Məhəmməd Salah premyer-liqanın 10-cu turunun “Brayton” ilə oyunundan (2:1) sonra sosial şəbəkə hesablarında paylaşım edib.
32 yaşlı futbolçunun paylaşımı birmənalı qarşılanmayıb. Bu, “Liverpul”un azarkeşləri və futbol ictimaiyyətinin Salahın mövsümün sonunda komandadan ayrılacağına işarə vurduğunu düşünməsinə səbəb olub.
“Bu klubun yeri cədvəlin başındadı. Bütün komandalar qalib gəlir, amma sonda yalnız biri çempion olur. Dünən gecə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Nə olursa olsun, “Enfild”də qol vurmağın necə bir hiss olduğunu heç vaxt unutmayacağam”.
Salahın “Liverpul”la müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdi. O, bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.