• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli”nin qələbə seriyası 5-ə çatdı - ŞƏRH

Dünya futbolu

5-11-2024, 14:0

A seriyasının həftəiçi keçirilən 10-cu turunda qeydə alınan nəticələrdən sonra “Napoli” liderliyi, “İnter” 2-ci yerdəki mövqeyini qorudu. Növbəti xal itkisindən qaça bilməyən “Yuventus” isə 3-cü pillədən 6-ya düşdü.

Turun mərkəzi oyununda “Milan”ın “Napoli”ni büdrədib-büdrətməyəcəyi sual doğururdu. Qeyd edək ki, “Bolonya” ilə əvvəlki matçının əlverişsiz hava şəraitinə görə təxirə salınması milanlıların işini çətinləşdirmişdi. Məsələ ondadı ki, Ernandeslə Reynders kimi vacib oyunçular cəzalı olduqları üçün məhz A seriyasının liderinə qarşı oynamadılar. Paulu Fonsekanın komandası Qabbya, Yoviç, Florentsi, Abraham və Bennaserdən isə zədə səbəbi ilə yararlana bilmədi. Ev sahiblərinin bu qədər itkinin fonunda yalnız dayaq yarmmüdafiəçisi Lobotkası zədəli olan neapollulara necə üstün gələcəyi maraq doğururdu. Amma “Milan” böyük çətinliklərin öhdəsindən gələ bilmədi. Antonio Kontenin çalışdırdığı komandanın ilk ciddi cəhdi qolla nəticələndi. Həmin epizodda hesabın açılmasına cərimə meydançasını tərk edib topu uğursuz ötürən Menyanın səhvi də təsir etdi. Topu ələ keçirən Zambo Angissa isə Lukakunu zərbə mövqeyinə çıxardı. Belçikalı hücumçunun ofsayddan məharətlə qurtularaq vurduğu qolu izləməyə dəyərdi. “Milan” hesabda erkən geri düşməsinə baxmayaraq, matçda tezliklə dönüş yaratmaq üçün cəhdlər etdi. Musanın zərbəsi qeyri-dəqiq alındısa, Meret Çukvuezenin qol sevinci yaşamasına mane oldu. Fasilə ərəfəsində isə Kvaratsxeliya cərimə meydançasının kənarından qapının uzaq küncünə endirdiyi zərbə ilə qonaqların üstünlüyünü iki topa çatdırdı. Meydan sahibləri 2-ci hissədə də oyunu xilas etmək üçün müəyyən cəhdlərə əl atdılar. Neapollular isə əsasən əks-hücumlarla Menyanı növbəti dəfə məyus etmək yolunu tutdular. “Milan”ın heç bir cəhdi təsəlli qolunu vurmaqla belə nəticələnmədi. “Napoli” ardıcıl 5-ci qələbə ilə liderliyi davam etdirdi. 9 oyuna 14 xal qazanan və son 5 mövsümün ən zəif startı ilə “fərqlənən” “Milan” isə 8-ci yerə düşdü.

Liderin əsas izləyicisi də qələbə qazandı. Əvvəlki turun “Yuventus”la ev oyununda 4:2 hesablı üstünlüyü əldən verən və sonda bir xal qazanan “İnter” üçün Empoli səfərinin ilk hissəsi çətin keçdi. İtaliya çempionu rəqibin arxa xəttini yara bilmədi. Milanlıların işini fasilə ərəfəsində Markus Türama qarşı kobudluğa görə qarşısında birbaşa qırmızı vərəqə görən gürcüstanlı müdafiəçi Qoqliçidze asanlaşdırdı. “İnter” meydanda 10 nəfərlə qalan rəqibə qarşı ikinci hissədə amansız oldu: Frattezinin iki, Lautaro Martinesin bir qolu Simone İnzaqinin komandasının böyükhesablı qələbəsini təmin etdi. “İnter” liderdən yenə 4 xal geridədi.

“Yuventus” isə növbəti büdrəmədən qaça bilmədi. Ev oyununda “Parma”dan erkən qol buraxan “ağ-qaralar” yalnız 31-ci dəqiqədə hesabı bərabərləşdirə bildilər. Az sonra cəsarətli oyunu ilə yadda qalan qonaqlar daha bir qol vuraraq fasiləyə üstün yollandılar. Tyaqo Mottanın komandası 2-ci hissənin əvvəlində hesaba yenə tarazlıq gətirsə də, sonda iki xal itkisi ilə barışdı. Maraqlı fakt kimi “Yuventus”un bu il çempionatda keçirdiyi 30 matçda 16 dəfə heç-heçəyə razılaşdığını və bu göstəriciyə əsasən qitənin 5 aparıcı liqasında lider olduğunu qeyd edək. Əlavə edək ki, turinlilər bu planda 1956-cı ildə şəxsi rekord müəyyənləşdiriblər (17 heç-heçə). Bəli, “Yuventus” hələ də A seriyasında uduzmayan yeganə komandadı. Amma indi “Napoli”dən 7 xal geri düşməklə 6-cı yerdədi.

Çünki hesabat turu ərəfəsində “qoca sinyora”dan bir xal geridə olan “Atalanta”, “Fiorentina” və “Latsio” qələbə qazandı. Başqa sözlə, bu komandalar uyğun olaraq 3-5-ci yerlərə yüksəldilər. “Atalanta” ilə “Fiorentina”nın ardıcıl 4-cü dəfə qalib gəldiyini də qeyd edək.

Paytaxtın digər klubu da uğurlu nəticə göstərdi. Əks halda “Roma”da bu mövsüm ikinci məşqçi dəyişikliyi reallaşa bilərdi. Daniele De Rossinin sentyabrda istefaya göndərilməsindən sonra baş məşqçi postuna təyin olunan İvan Yuriçin fəaliyyəti heç də ürəkaçan deyildi. “Canavarlar” əvvəlki 3 turda yalnız 1 xal qazana bilmiş və nəticədə cədvəlin 11-ci pilləsinə düşmüşdülər. “Torino” ilə ev oyununda Dibalanın vurduğu yeganə qol “Roma”nı 10-cu yerə yüksəltdi. Amma paytaxt komandasının ötənilki formasından uzaq olduğu aydın görünür.

10-cu tur
Milan – Napoli 0:2
Lukaku, 5. Kvaratsxeliya, 43. (73507)
Milan: Menyan, F.Terraçano, Pavloviç, Tiav, Emerson (Leao, 62), Musa, Fofana, Okafor (Pulişiç, 62), Loftus-Çik (Kamarda, 88), Çukvueze, Morata.
Napoli: Meret, Olivera (Zerbin, 90+4), Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Gilmor (Folorunşo, 90+4), Zambo Angissa, Kvaratsxeliya (Neres, 77), Politano (Matsokki, 69), Lukaku (Simeone, 77).

Empoli – İnter 0:3
Frattezi, 50; 67. Lautaro Martines, 79. (15706)
İnter: Zommer, Dimarko (Pavar, 65), De Vrey, Bissek, A.Bastoni (Dyumfris, 65), Darmian, Barella, Mxitaryan (Zyelinski, 65), Frattezi, Lautaro Martines, M.Türam (Taremi, 75).

Yuventus - Parma 2:2
Makkenni, 31. Vea, 49 – Delprato, 3. Zom, 38. (40809)
Yuventus: Di Qreqorio, Kabal (Savona, 59), Danilo, Qatti, Kambyaso, K.Türam (Facoli, 84), Lokatelli, Makkenni (Koopmeyners, 79), Vea (Yıldız, 59), Konseysao, D.Vlahoviç.

Atalanta – Montsa 2:0
Samarciç, 70. Zappakosta, 89. (22142)
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti, Hin, Rucceri (Kuadrado, 57), De Roon, Ederson, Bellanova (Zappakosta, 57), De Ketelare (Zanyolo, 66), Lukman (Samarciç, 46), Retegi (Kossunu, 90).

Kalyari – Bolonya 0:2
Orsolini, 35. Odqor, 51. (15977)
Bolonya: Skorupski, Miranda, Lukumi, Beukema, De Silvestri (Poş, 81), Moro (Fabbian, 81), Fröyler, Ndoy (Holm, 87), Odqor (Pobeqa, 68), Orsolini, Kastro (Dallinqa, 87).

Cenoa – Fiorentina 0:1
Qosens, 72. (30254)
Fiorentina: De Xea, Qosens, Ranyeri, Lukas Martines, Dodo, Bove (Mandraqora, 74), Riçardson (Adli, 63), Kuame, Kolpani (İkone, 74), Beltran (Rubino, 83), Sottil (Biraqi, 83).

Komo - Latsio 1:5
Matsitelli, 53 – Kastelyanos, 28-p.; 81. Pedro, 31. Parik, 72. Çauna, 90+1.(10750)
Latsio: Provedel, Tavareş, Xila, Patrik (Latsari, 87), Maruşiç (Jiqo, 80), Vesino, Genduzi, Noslin (Dia, 46), Pedro (Çauna, 80), İsaksen (Luka Pelleqrini, 66), Kastelyanos.

Roma - Torino 1:0
Dibala, 20. (60920)
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Zalevski (Əl-Şaaravi, 79), Kone, Çelik, Le Fe, Pizilli (Lorentso Pelleqrini, 65), Baldantsi (Kristante, 78), Dibala (Şomurodov, 79).

Leççe - Verona 1:0
Dorqu, 51. (23698)

Venetsiya - Udineze 3:2
Pohyanpalo, 41-p.; 86-p. Nikolussi-Kavilya, 56 - Lovriç, 19. Bravo, 25. (10000)

1. Napoli 10 8 1 1 18-5 25
2. İnter 10 6 3 1 24-13 21
3. Atalanta 10 6 1 3 26-14 19
4. Fiorentina 10 5 4 1 21-9 19
5. Latsio 10 6 1 3 22-13 19
6. Yuventus 10 4 6 0 17-7 18
7. Udineze 10 5 1 4 14-14 16
8. Milan 9 4 2 3 16-11 14
9. Torino 10 4 2 4 15-15 14
10. Roma 10 3 4 3 10-11 13
11. Bolonya 9 2 6 1 11-11 12
12. Empoli 10 2 5 3 7-9 11
13. Parma 10 1 6 3 14-16 9
14. Verona 10 3 0 7 13-22 9
15. Komo 10 2 3 5 12-21 9
16. Kalyari 10 2 3 5 8-17 9
17. Montsa 10 1 5 4 10-13 8
18. Venetsiya 10 2 2 6 10-18 8
19. Leççe 10 2 2 6 4-19 8
20. Cenoa 10 1 3 6 7-21 6

Bombardirlər: Retegi (Atalanta) - 10, M.Türam (İnter) - 7, D.Vlahoviç (Yuventus) - 6, Kastelyanos (Latsio), Kvaratsxeliya (Napoli), Pulişiç (Milan) - 5.

Turun rəqəmi
134 - Martines “İnter”in heyətində bütün turnirlərdə vurduğu qolların sayını bu rəqəmə çatdırdı. Argentinalı hücumçu macar İştvan Nyerşi arxada qoyaraq komandanın legionerləri sırasında ən yaxşı bombardir oldu. Lautaro klubun ən yaxşı bombardirlərinin ümumi siyahısında Cüzeppe Meatsa (255), Alessandro Altobelli (205), Roberto Boninsenya (173), Sandro Matsola (162) və Benito Lorentsidən (143) sonra 6-cı yeri tutur.

Turun ulduzu
Enriko Delprato (Parma) – Turində keçirilən matçda qol vurub məhsuldar ötürmə edən Vea da əla oynadı. Bu da var ki, “Yuventus”un evdə xal itirməsinə böyük ölçüdə Delprato səbəbkar oldu. Hesabı açan 24 yaşlı müdafiəçi oyun ərzində dəfələrlə komanasını real qoldan xilas etdi. Enrikonun bu mövsüm çempionatda 2-ci qolunu vurduğunu da xatırladaq.

Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Hər şeyə real nəzərlərlə baxır və nə istədiyimizi yaxşı bilirik. 10 turdan sonra turnir cədvəlinə başçılıq etməyimiz inanılmazdı. Bu, hətta ən ağlagəlməz arzularda belə real görünməyən nəticədi. Bu nəticəyə görə komandaya minnətdaram. Unutmayın ki, bu komanda ötən mövsümü liderdən 41 xal geridə başa vurub və səhv etmirəmsə, son 14 ildə ilk dəfə avrokuboklara vəsiqə qazana bilməyib. “Napoli”nin azarkeşlərinin böyük arzusunu həyata keçirmək istəyimizi gizlətmirik. Amma liqada daha 5-6 klubun skudettonu qazanmağa çalışdığını da bilirik. Biz ilk növbədə ayaqlarımız üzərində möhkəm dayanmağı bacarmalı və uğurlu nəticələrə görə başımızı itirməməliyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-02-2023, 21:0

“Napoli”də ciddi itki

Dünya futbolu

16-04-2024, 22:0

“Çempionlar Liqası zonası”nda “sülh” - TURUN İCMALI

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

12-10-2024, 18:0

“Yuventus”un 7 oyunluq seriyası qırıldı - İCMAL

Dünya futbolu

3-05-2023, 17:0

Romada dramatik sonluq, “Napoli”nin çempionluğu təxirə salındı - TURUN ŞƏRHİ

Dünya futbolu

30-04-2024, 23:0

“Milan” 2-ci yeri tutmaq şansını artırdı - TURUN ŞƏRHİ

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə