''Arsenal necə olur ki, Osimheni ala bilmir?''

1.11.2024 11:59 273
Dünya futbolu
Viktor Osimhenin ''Qalatasaray''a gəlişi və göstərdiyi performans müzakirə mövzusu olmaqda davam edir.

''Mançester Yunayted'' və Fransa yığmasının sabiq üzvü Patris Evra qatıldığı bir podkastda ''Arsenal''ı Osimheni transfer edə bilmədiyinə görə tənqid edib.

''Qalatasaray''da icarə əsasında top qovan nigeriyalı ulduz indiyə qədər İstanbul nəhəngində 7 rəsmi oyunda 4 qol, 3 məhsulda ötürməlik inamlı performans sərgiləyib:

''Mənə söyləyin görüm, necə olur ki, ''Qalatasaray'' Osimheni transfer edir, amma ''Arsenal'' edə bilmir? Onların Ayven Tonini də transfer etmək fürsəti var idi. Etmədilər və Toni Səudiyyə Ərəbistanına getdi. ''Arsenal''ın kəskin dərəcədə bitirici özəlliyə malik mərkəz hücumçusuna ehtiyacı var. Onların mərkəz hücumçusu yoxdu. Düzdü, Saka vinger olaraq önəmli işlər görür. Amma o, ''9 nömrə'' deyil. Bizim o vaxt ''Yunayted''də 4 hücumçumuz var idi. Ronaldo və Runidən başqa Teves və Berbatov da heyətdə idi. Amma indi ''Arsenal''ın heç bir dənə də hücumçusu yoxdu''.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul