• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəhənglər həftəni uğurlu keçirdi - “İstanbul BŞ” isə Sloveniyada rüsvay oldu

Dünya futbolu

29-10-2024, 15:0

Türkiyə klubları üçün avrokubok həftəsi çərşənbə günü “Qalatasaray”ın oyunu ilə start götürdü.

İsveç təmsilçisi “Elfsborq”u qəbul edən Türkiyə çempionu gözləniləndən bir qədər çətinliklə də olsa, hesabına 3 xal yazmağı bacardı. Okan Buruk bu oyunda komandası üçün tam yeni olan 3-4-1-2 taktikasını sınaqdan keçirdi. İkardi ilə Osimhen “Kasımpaşa” ilə oyundan (3:3) sonra ikinci dəfə eyni anda start heyətində meydana çıxdı. UEFA prezidenti Aleksander Çeferinin, eləcə də Türkiyə Futbol Federasiyası rəhbərliyinin stadiondan izlədiyi qarşılaşmada “Cim-Bom” ilk yarıda rəqibinə futbol dərsi keçdi. Bu mövsüm artıq bir neçə dəfə olduğu kimi “sarı-qırmızılar” bu dəfə də lazımi nəticəni əldə edəndən sonra arxayınlaşdılar. Komanda fasiləyə 3 topluq üstünlüklə yollansa da, qonaqlar 2-ci hissədə fəallaşaraq fərqi minimuma endirdi. Amma “Qalatasaray” bu dəfə “Kasımpaşa” və RFŞ ilə oyunlardan fərqli 3 xalı əldən vermədi. Qalan müddətdə komandalar hərəyə bir dəfə fərqləndilər və “Cim-Bom” 7 qolluq duelin qalibi oldu. “Qalatasaray” AL-in əsas mərhələsində 3 turdan sonra xalını 7-yə, rəsmi matçlarda isə məğlubiyyətsizlik seriyasını 10 oyuna çatdırdı. Yeri gəlmişkən, səhhətində problem yaranan Okan Buruk dünən təcili appendisit əməliyyatı keçirib. Onun bazar ertəsi “Beşiktaş”a qarşı önəmli derbidə komandanın başında yer alıb-almayacağı bilinmir.

Çərşənbə axşamı ilk öncə “İstanbul BŞ” meydana çıxdı. Səfərdə Sloveniya çempionu “Selye” ilə qarşılaşan başakşəhərlilər pərən-pərən düşdülər. Meydan sahibləri hələ ilk yarıda 3 cavabsız qol vurmaqla intriqanı öldürdülər. Çağdaş Atan hələ ki komandasını böhrandan çıxara bilmir. KL-in əsas mərhələsində keçirdiyi 2-ci oyundan da xalsız ayrılan “İstanbul BŞ”nin qələbəsiz seriyası 4 oyuna yüksəldi. “Fənərbaxça” ilə “Beşiktaş”ın oyunu isə gecə saatlarında başladı. Son avrokubok matçlarında inamsız təsir bağışlayan “Qartal”ın səfərdə “Lion”u yenə biləcəyini az adam proqnozlaşdırardı. Özü də UEFA-nın qərarı ilə “Beşiktaş” fanatları stadiona buraxılmamışdı. Üstəlik zədəli Mərt Günokun yoxluğunda Ərsin Destanoğlu fədakarlıq edərək meydana çıxmağa razılıq vermişdi. Halbuki o özü də zədəsini tam sağaltmamışdı. Bütün bunları nəzər aldıqda “ağ-qaralar”ın qələbəsini “möcüzəvi” adlandırmaq olar. “Futbol Tanrısı” ötən tur “Ayntraxt”la qarşılaşmada İstanbul nəhəngindən üz döndərmişdisə, bu dəfə “borcunu qaytardı”.

“Lion” bir çox fürsəti ya Ərsin, ya da şanssızlıq üzündən boşa verdi. Nəticədə Jedson Fernandeşin qolu oyunda yeganə oldu və “Beşiktaş” ilk xallarını qazandı. “Fənər” isə güclü azarkeş dəstəyi altında İngiltərə nəhəngi “Mançester Yunayted”i qəbul etdi. Qonaqlar oyuna daha inamlı başladılar. 15-ci dəqiqədə Zirkzeenin ötürməsindən sonra Eriksen bir toxunuşla topu tora göndərdi. Mourinyonun komandası hissənin ortalarından etibarən yuxudan ayılaraq hücumları gücləndirdi. İlk yarıya Onananın seyvləri damğa vurdu. Onun xüsuislə bir hücum zamanı 10 saniyə ərzində iki dəfə komandasını xilas etməsi yaddaqalan oldu. Amma kamerunlu qapıçı 2-ci hissənin əvvəllərində başla fərqlənən Ən-Nəsiriyə mane ola bilmədi. Mərakeşli forvard karyerası ərzində 3-cü dəfə “Yunayted”in qapısına yol tapdı. Çox keçmədən Uqarte ilə Osayi-Samuelin epizodunda penalti tələb edən Mourinyo fransalı hakim Kleman Türpen tərəfindən tribunaya göndərildi. Qalan müddətdə qol olmayınca tərəflər bərabərliyə razılaşdı. “Fənərbaxça” 3-cü turdan sonra xalını 5-ə çatdırdı.

Avropa Liqası, əsas mərhələ, 3-cü tur
Qalatasaray – Elfsborq (İsveç) 4:3

İkardi, 28. Pettersson, 39-öz qapısına. Barış Alpər Yılmaz, 44. Yunus Akgün, 83 – Hult, 52. Baydu, 65-p. Larsson, 90+2.
Qalatasaray: Günay Güvənc, Kaan Ayhan, Sançes, Əbdülkərim Bardakcı, Barış Alpər Yılmaz (Kərəm Dəmirbay, 74), Torreyra (Nelsson, 89), Sara, Yunus Akgün (Yelert, 86), Mertens (Berkan Kutlu, 74), Osimhen (Batşuayi, 86), İkardi.

Fənərbaxça – Mançetser Yunayted 1:1
Ən-Nəsiri, 49 – Eriksen, 15.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Bekao, 62), Ciku, Çağlar Söyüncü, Mərt Müldür, Amrabat, Fred, Şimanski (Mərt Hakan Yandaş, 90), Tadiç (Ceko, 79), Sen-Maksimen (İsmayıl Yüksək, 79), Ən-Nəsiri (İrfan Can Kahveci, 79).
Mançester Yunayted (İngiltərə): Onana, Dalot, De Liqt, Lindelöf (Kazemiro, 55), Martines, Eriksen, Uqarte, Reşford (Antoni, 73/Diallo, 89), Mazraui, Qarnaço, Zirkzee (Höylunn, 55).

Lion (Fransa) – Beşiktaş 0:1
Fernandeş, 71.
Beşiktaş: Ərsin Destanoğlu, Svensson, Uduoxay, Əmirhan Topçu, Masuaku, Ndur, Fernandeş (Salih Uçan, 90+6), Rafa Silva, Mario (Əl Musrati, 86), Muçi (Semih Kılıçsoy, 66), İmmobile (Onur Bulut, 86).
Konfrans Liqası, əsas mərhələ, 2-ci tur

Selye (Sloveniya) – İstanbul BŞ 5:1
Svetlin, 5. Brniç, 30. Seşlar, 34. Kuçiş, 51; 77 – Pelkas, 75.
İstanbul BŞ: Dəniz Dilmən, Duarte, Ba, Opoku, Ömər Əli Şahinər (Əmrə Kaplan, 46), Berat Özdəmir (Onur Ərgün, 46), Krespo (Kemen, 46), Dəniz Türüc, Pelkas (Berkay Özcan, 80), Fiqeyredo (Davidson, 69), Pyontek.

Faktlar
* “Qalatasaray” avrokuboklarda 321-ci oyunda 115-ci qələbəsini qazandı (85 heç-heçə, 121 məğlubiyyət, top fərqi – 438:482).
* “Qalatasaray” AL-də keçirdiyi son 17 oyunun yalnız 2-də uduzub (8 qələbə, 7 heç-heçə).
* Okan Buruk “Qalatasaray”ın başında UEFA kuboku/AL-də ardıcıl 3 ev oyununda qələbə qazanan ilk yerli məşqçi oldu.
* “Qalatasaray” İsveç təmsilçilərinə qarşı evdə keçirdiyi 5-ci oyunda ilk qələbəsini qazandı (2 heç-heçə, 2 məğlubiyyət)! Ümumilikdə İstanbul nəhəngi bu ölkənin təmsilçilərinə qarşı 8-ci oyunda cəmi 2-ci qələbəsini qazandı. İlk qələbə 1976/77-də Kuboklar Kubokunda AİK-lə səfər oyununda qeydə alınmışdı (2:1). Həmin vaxtdan bəri “Aslan” isveçrəliləri ardıcıl 6 oyunda yenə bilməmişdi (3 heç-heçə, 3 məğlubiyyət).
* “Qalatasaray” bu mövsüm qapısını toxunulmaz saxlamaqda çətinlik çəkir. Komanda 2024/25-də keçirdiyi 15 rəsmi matçın yalnız 3-də qapısını toxunulmaz saxlayıb və bu qarşılaşmalarda ümumilikdə 23 qol buraxıb!
* “Qalatasaray” 2013-ün noyabrından (“Kopenhagen”ə qarşı oyundan) bəri ilk dəfə avrokubok matçının ilk yarısında 3 top vurdu.
* İkardi “Qalatasaray”da 85-ci rəsmi oyunda vurduğu qolların sayını 61-ə çatdıraraq klub tarixinin ən məhsuldar əcnəbi oyunçuları siyahısında 2-ci pillədə qərarlaşan Milan Baroşa (116 oyun, 61 qol) çatdı. Bu siyahıya George Haci (192 oyun, 72 qol) başçılıq edir.
* Barış Alpər Yılmaz 24-cü avrokubok oyununda ilk qolunu vurdu.
* “Fənərbaxça”nın avrokuboklarda 277-ci oyununda 58-ci dəfə bərabərlik qeydə alındı (110 qələbə, 109 məğlubiyyət, top fərqi – 378:394).
* “Fənərbaxça” ilə “Yunayted”in 7-ci duelində ilk dəfə bərabərlik qeydə alındı. Tərəflər hərəyə 3 qələbə qazanıb.
* “Fənərbaxça” evdə “Yunayted”ə qarşı ardıcıl 3-cü oyunda uduzmadı (2 qələbə, 1 heç-heçə). Bu, “Fənər”in tarixi ərzində avrokuboklarda evdə bir rəqibə qarşı yaxaladığı ən uzun məğlubiyyətsiz seriyanın təkrarı deməkdi. “Sarı-lacivərdlilər”in müxtəlif dönəmlərdə “Anderlext”, “Benfika” və PSV-yə qarşı da belə seriyaları olub.
* “Fənərbaxça” avrokuboklarda öz meydanında keçirdiyi son 18 oyunun yalnız 1-də uduzub (14 qələbə, 3 heç-heçə).
* “Yunayted”in avrokuboklarda qələbəsiz seriyası 6 oyuna çatdı (4 heç-heçə, 2 məğlubiyyət). Komandanın sonuncu dəfə belə bərbad seriyası 1980-83-cü illərdə olmuşdu.
* Mourinyo sabiq klublarına rəqib olduğu son 18 matçın cəmi 2-də qələbəyə sevinib (5 heç-heçə, 11 məğlubiyyət).
* Mourinyonun komandaları evdə “Yunayted”ə qarşı keçirdikləri 13 rəsmi oyunun cəmi 1-də məğlubiyyət acısı yaşayıblar (6 qələbə, 6 heç-heçə). Həmin yeganə məğlubiyyəti 2021-in aprelində “Tottenhem” yaşayıb (1:3).
* “Beşiktaş” avrokuboklarda 247-ci oyunda 93-cü qələbəsini (49 heç-heçə, 105 məğlubiyyət, top fərqi – 330:376).
* “Beşiktaş” Fransa təmsilçilərinə qarşı 11-ci oyununu keçirdi və maraqlıdı ki, qələbə sayında önə keçdi (5:4).
* “Lion” AL-in qrup/əsas mərhələsi çərçivəsində keçirdiyi 14-cü ev oyununda ilk dəfə məğlub oldu (10 qələbə, 3 heç-heçə).
* Ərsin Destanoğlu oyunu 8 seyvlə tamamlayaraq son 7 ildə bu turnirdə bir matçda ən çox qurtarış edən “Beşiktaş”lı qapıçı oldu. Maraqlıdı ki, AL-də “Qartal”ın qapısında ondan daha çox (9) qurtarışın müəllifi olan Fabri bu performansı 2017-nin aprelində yenə də “Lion”a qarşı oyunda nümayiş etdirmişdi!
* Fernandeş bu mövsüm “Beşiktaş”ın avrokuboklarda vurduğu 10 qolun 5-də yaxından iştirak edib (4 qol, 1 məhsuldar ötürmə).
* “İstanbul BŞ” 58-ci avrokubok matçında 23-cü məğlubiyyətlə üzləşdi (22 qələbə, 13 heç-heçə, top fərqi – 84:83).
* “İstanbul BŞ” cəmi ikinci dəfə bir avrokubok matçında 4 top fərqi ilə uduzdu. İlk belə hal 2019/20-də AL-də səfərdə “Roma” ilə oyunda (0:4) qeydə alınmışdı.
* “İstanbul BŞ” Çağdaş Atanın başçılığı altında 55-ci rəsmi oyunda ilk dəfə 5 top buraxdı.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Oyun istədiyimiz məcrada keçdi. İlk dəfə 3-4-1-2 sxemi ilə meydana çıxdıq. İlk yarıda ideala yaxın oynadıq. 4 qol vursaq da, oyunu hətta 8-9 qolla da tamamlaya bilərdik. İkinci hissədə rəqibin fəallaşdığı anlar oldu. Buna baxmayaraq, matçın böyük bölümündə topa nəzarət etdik. Qarşıdakı bəzi oyunlarda yenə bu sistemdən faydalanmağı düşünürəm. Sadəcə, müdafiədə daha diqqətli oynamalıyıq. Bəxsizliyimiz ondadı ki, qapımız önündə yaranan hər təhlükə qolla nəticələnir. RFŞ ilə matçda da belə olmuşdu. İsveç klubları, adətən, fiziki cəhətdən güclü olur. Amma bu baxımdan onlardan heç nədə geri qalmadıq”.


Oskar Hilyemark, “Elfsborq”un baş məşqçisi:
“Belə komandaya qarşı bu cür azarkeşlər önündə oynamaq bizim üçün özəl bir durum idi. Hər şeyə rəğmən, ikinci hissədə taktikamızı dəyişdikdən sonra yaxşı təsir bağışladıq. Həm də fasilədə oyunçuların motivasiyasını yüksəltməyə çalışdım. “Qalatasaray” dünya səviyyəli komanda olduğunu bir daha göstərdi. Amma biz də onlardan çox da geri qalmadıq. Oyunun gedişində rəqibə çətin anlar yaşatdıq”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Bizdən daha üst səviyyədə olan bir rəqibə qarşı oynadıq. Amma oyunçularım əla performans ortaya qoydu. Baxmayaraq ki, müdafiədə bəzi futbolçular heç də öz mövqelərində oynamırdılar. Bundan artığını oyunçularımdan tələb edə bilməzdim. İlk yarıda rəqibin “çərçivə”yə düşən yeganə zərbəsi qolla nəticələndi. Onananın necə qurtarışlar etdiyini hər kəs gördü. Normal şərtlərdə “Yunayted”lə oyunda 1 xal qazanmaq yaxşı nəticə sayılmalıdı. Amma bu gün oyunun axarına nəzər salsaq, 2 xal itirən tərəf biz olduq. Sabah İngiltərə mətbuatı “Yunayted”in zəif oynadığını iddia edəcək. Amma buna bizim səbəb olduğumuzu yazmayacaqlar. Ən-Nəsiri yavaş-yavaş istədiyimiz səviyyəyə gəlir. Hakim haqda danışmaq istəmirəm. Mənə verilən qırmızı vərəqəyə etiraz etsəm, 6 aylıq cəza alacam. “Sevilya”ya qarşı finaldan bəri durum məhz bu cürdü. Görünür, artıq “Fənərbaxça”dan sonra Avropada yer almayan bir klubun başına keçməli olacam”.


Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi:
“Bu turnirdə ardıcıl 2 çətin səfər oyunu keçirdik. “Portu” və “Fənərbaxça” səfərlərindən ümumilikdə 2 xalla döndük. Hesabı 2:0 etmək üçün dəfələrlə əla fürsətlərimiz oldu. Amma əvəzində ikinci hissənin əvvəlində çox sadə bir top buraxdıq. Oyun gözlədiyimiz kimi keçdi. Ümumi götürsək, komandamın performansından razı qaldım. “Fənərbaxça” ilə AL-in finalında qarşılaşmaq əla olardı”.
Pyer Saj, “Lion”un baş məşqçisi: “Bir çox fürsəti əldən verdik. Qalib gələ bilərdik. Xüsusilə ilk yarıda gözəl şansları dəyərləndirə bilmədik. “Beşiktaş” ikinci hissədə hücumda fəallaşdı. Qol buraxdığımız epizod da daxil olmaqla bəzi anlarda düzgün müdafiə olunmadıq. Ancaq yenə də ən azı məğlubiyyətdən qurtulmaq üçün şanslarımız çox oldu. Onları dəyərləndirə bilmədiyimiz üçün üzgünük”.


Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:
“İlk iki oyunda qeydə alınan məğlubiyyətlərdən sonra bu gün göstərdiyimiz reaksiya məni sevindirdi. Oyun gözlədiyimiz kimi keçdi. “Lion” matçboyu təhlükəli hücumlarla bizə çətin anlar yaşatdı. Açığı, bəzi epizodlarda bəxt tərəfimizdə oldu. Amma bəzən bəxtə də ehtiyac olur. İkinci hissədə müdafiədən hücuma daha sürətli çıxmağa başladıq. Qolu da məhz bu şəkildə vurduq. Ərsini xüsusi olaraq təbrik edirəm. Komanda ilə birlikdə cəmi 2 məşqə çıxa bilmişdi. Oyunun əvvəllərində bizim üçün çox mühüm qurtarışlar etdi. Ümumiyyətlə, bu gün müdafiədə daha inamlı təsir bağışladıq. Qələbənin sirri də məhz bundadı. Bir qədər dincəlib derbiyə hazırlaşacağıq”.


Çağdaş Atan, “İstanbul BŞ”nin baş məşqçisi:
“10 illik məşqçi karyeramın ən ağır məğlubiyyətlərindən birini yaşadım. Amma oyuna yaxşı başladıq. İki fürsəti boşa verdik. Tezliklə hesabı açacağımızı düşündüyüm anda qol buraxdıq. Fasiləyə qədər daha iki sadə top buraxdıq və psixoloji cəhətdən çökdük. Bu, bizim üçün ciddi problemdi və üzərində işləməliyik. Hər dəfə oyuna dönə biləcəyimizi düşündüyümüz anda qol buraxdıq. Belə ağır məğlubiyyətdən lazımi dərslər çıxarıb yolumuza davam edəcəyik. Faktiki ilk ”8-liy”ə düşmək şansını itirdik. Artıq hədəfimiz pley-off zonasına düşməkdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-09-2024, 20:0

''Qalatasaray'' bu uğursuzluğu tarixində cəmi 2-ci dəfə yaşadı

Dünya futbolu

24-10-2024, 15:0

''Qalatasaray'' və Okan Burukdan növbəti ilklər

Çempionlar Liqası

21-09-2023, 21:0

''Qalatasaray'' XXI əsrdə bunu ilk dəfə bacardı!

Dünya futbolu

5-10-2024, 20:0

Okan Buruk futbolçularla toplantı keçirdi

Dünya futbolu

2-02-2023, 22:0

''Qalatasaray'' Türkiyə futbolunda yeni tarix yazdı

Dünya futbolu

17-08-2024, 13:0

''Qalatasaray'' Okan Burukun yubiley oyununda qalib gəldi

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 156
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 150
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə