• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

David Alaba 2023-cü ilin dekabrından bəri oynamır - avstriyalı zədə üzündən karyerasını bitirə bilər

Dünya futbolu

29-10-2024, 13:0

Ardıcıl ikinci mövsümdə “Real”ın aparıcı oyunçularını zədə epidemiyası izləyir: ötən ilin avqustunda Kurtua məşqdə xaçvari bağları qırdı, Eder Militao üç gün sonra “Atletik”lə oyunda eyni şeyi etdi. Arda Gülər iyuldan ilin sonuna qədər müalicə olundu, Çuameni oktyabrda pəncəsini zədələdi, Vinisius Junior budundakı problem üzündən dəfələrlə sıradan çıxdı.

Komanda bütün bu çətinliklərin öhdəsindən gəldi – İspaniya çempionluğunu və Çempionlar Liqasını qazandı, bütün adı çəkilən futbolçular isə yüksək səviyyəsinə döndü. Braziliyalı vinger zədədən sonra elə möhtəşəm təsir bağışladı ki, yaxın günlərdə “Qızıl top”u alacağı belə şübhə doğurmur. Ancaq xoş olmayan tarixçələr də var. Ötən il dekabrın 17-də “Real” La Liqa çərçivəsində “Vilyarreal”ı qəbul etdi. Oyun hələ ilk yarıda meydanı tərk etməli olan David Alaba üçün faciəvi bitdi – adi bir toqquşmadan sonra dizini tutdu. Müdafiəçi həkimlərin müşayiəti ilə meydandan ayrıldı, sol ayağını yerə basa bilmirdi. Klub bir neçə saatdan sonra müayinənin nəticəsini açıqladı: xaçabənzər bağın qırılması.

Növbəti gün avstriyalı vətənində - İnsbrukda əməliyyat olundu. Həkimlər 9 aylıq bərpa dövrü planlaşdırdı. Bu isə o demək idi ki, müdafiəçi həm mövsümün qalan hissəsini, həm də Avstriya yığmasının onda artıq vəsiqəni təmin etdiyi Avropa çempionatını buraxacaq. Sonradan aydın oldu ki, bu, hələ nikbin proqnoz imiş.

Bərpa uzanır
Tezliklə bərpa prosesinin ləngiyəcəyi aydın oldu. Onun dizi gözləniləndən daha gec sağalırdı. İspaniyanın əksər media qurumları, o cümlədən “Marca” və “Relevo” da müntəzəm bu haqda yazırdı. “Real” isə ictimaiyyət önündə Alabanı dəstəkləyir, onun komandadakı gələcəyi ilə bağlı nəticə çıxarmağa tələsmirdi. Hərçənd müqavilə müddətinin bitməsinə iki ildən də az qalırdı.

Futbolçu da özünü kollektivdən ayrı tutmurdu: komandası “Bavariya”nı Çempionlar Liqasının yarımfinalında sıradan çıxarandan sonra bayramlaşanlar arasında idi, hamı ilə birgə Kroosu təqaüdə yola saldı, almaniyalı üçün açılan şərəf dəhlizində yer aldı. Maraqlıdı ki, futbolçu “Barsa”dan da xoş sözlər eşitdi. Çünki 7 il Davidlə Münhen klubunun paltardəyişmə otağını bölüşən Levandovski orda oynayır. Polşalı sosial şəbəkədə dostuna “güclü ol” mesajını göndərdi.

Madrid klubunun məlum reaksiyası həm də ona görə cəlbedici ki, avstriyalı onda əməkhaqqına görə bütün İspaniyada 2-ci yerdə idi – ildə 22,5 milyon avro. Ondan çox qazanan yalnız Levandovski idi, yayda isə Mbappe də bu siyahıya düşdü, Alabanı 3-cü pilləyə saldı.

2021-ci ildə məhz pulun Alabanın “Bavariya”dan “Real”a keçidində əsas amil olduğunu deyirdilər – axı qazancı ikiqat artmışdı. Münhenlilərin sabiq oyunçusu Yürgen Koler də bu nəzəriyyəni dəstəkləyənlərdən idi:

“O, “Bavariya”nı pul üzündən tərk edir, mən onu anlaya bilirəm. Davidin 28 yaşı var, uzunmüddətli müqavilə istəyir. Zamanında mən də “Bavariya”dan “Yuventus”a pula görə keçmişəm. Əlbəttə, şəxsi inkişaf baxımından da keçid faydalı idi, ancaq bu, mənim ilk niyyətim deyildi. Bilirəm ki, belə desəydim, başqalarının gözünə gözəl görünəcəkdim. Futbolçu ömrü qısadı, bu üzdən Alabanı tam anlayıram”.


David isə başqalarının gözünə yaxşı görünmək istəyirdi, bu üzdən transferi belə əsaslandırdı:
“Hansısa dönəm başa çatanda həmişə çətindi. Sirr deyil ki, “Bavariya”da özümü evdəki kimi hiss edirəm. Klubdan göz yaşı içində gedirəm, ancaq eyni zamanda gələcəyə baxıram. Yeni nəyisə sınamağa, irəli addım atmağa qərar verdim. Güclü olmaq üçün rahatlıq zonasını tərk etmək lazımdı. Böyümək üçün bəzən məchulluğa doğru addım atmaq lazım gəlir”.


2024-cü ilin oktyabrı “Real”a müdafiəçinin durumu ilə bağlı bəd xəbərlər gətirdi. Oktyabrın 10-da Davidin yalnız yanvarda meydana qayıdacağı ilə bağlı şayiə yayıldı, cəmi 4 gün sonra isə Avropadakı bir neçə qaynaq hər kəsi şoka saldı: 32 yaşlı Alaba karyerasını bitirə bilər. Son məlumatlara görə, futbolçunun orqanizmi davam gətirmir. Deyirlər ki, avstriyalı heç də ağır olmayan yüklənmələr zamanı dözülməz ağrılar hiss edir. Dizdəki sümüklər bir-birinə sürtülür, kobud desək, onların arasında qığırdaqdan heç nə qalmayıb, tam dağılıb. Lakin sonradan insayderlər futboldan birdəfəlik gedişi ilə bağlı şayiələri təkzib etdilər.

Təəssüf ki, son illərdə müxtəlif səbəblər üzündən hələ oynamalı olan çoxlu ulduz itirmişik: Eden Azar, Toni Kroos, Qaret Beyl, Serxio Aquero, Tyaqo Alkantara. İnanmaq istərdik ki, Alaba bu siyahını zənginləşdirməyəcək. David 30 yaşını tamamlayandan sonra da zərrəcə geriləməmişdi, Madriddə özünü yaxşı göstərirdi. Sərhədsiz universallığın və sabitliyin üzərinə təcrübə də əlavə olunmuşdu, Karlo Ançelotti onu yüksək dəyərləndirirdi. Klub ona bu qədər çox pulu boş-boşuna ödəmir ki... Avstriyalı böyük çətinlikləri arxada qoyub Giqqzin top-liqalardakı çempionluq sayına görə rekordunu təkrarlasaydı, gözəl olardı. Bunun üçün cəmi bir titul qazanmaq lazımdı. Nəgəng stimuldu.

La Liqanın ən yüksək ödənişi oyunçuları
oyunçu klub maaşı*

Robert Levandovski Barselona 33,33
Kilian Mbappe Real 31,25
David Alaba Real 22,5
Cud Bellingem Real 20,83
Yan Oblak Atletiko 20,83
Vinisius Real 20,83
Frenki de Yonq Barselona 19
Federiko Valverde Real 16,67
Tibo Kurtua Real 15
Antonio Rüdiger Real 14,58
Eder Militao Real 14,58
* - illik qazanc (milyon avro ilə).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-10-2024, 14:0

David Alaba üçün "2024" bitdi

Dünya futbolu

11-10-2022, 12:0

3-cü dəfə ilin ən yaxşı idmançısı seçildi

Dünya futbolu

28-09-2023, 22:0

“Real”da növbəti itki

Dünya futbolu

19-05-2022, 16:0

Çempionlar Liqasının finalında oynaya bilər

Dünya futbolu

19-12-2023, 23:0

Arda Gülər 2023-də debüt edə bilmədi...

Dünya futbolu

31-12-2022, 21:0

"Real"ın futbolçusu ilin ən yaxşısı seçildi

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə