• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” “Bavariya” sindromuna darmadağınla ilə son qoydu - İCMAL

Çempionlar Liqası

29-10-2024, 11:0

İkinci oyun günü maraqlı nəticələrlə start götürdü.

Ötən tur Dortmund “Borussiya”sından 7 qol buraxan “Seltik”, görünür, səhvlərindən nəticə çıxarmağı bacarıb. Çünki bu dəfə qlazqolular çətin Berqamo səfərində qapını toxunulmaz saxladılar. Hələ ki ÇL-də mövsümün əsas sürprizlərindən olan “Brest” yoluna məğlubiyyətsiz davam edir. Turnirin debütantı bu dəfə Almaniya çempionunu da büdrətməyi bacardı. Hər iki komanda ilk dəfə xal itkisi ilə üzləşdi. Maraqlıdı ki, “Brest”i məğlubiyyətdən xilas edən Les-Melu 10 il öncə 5-ci liqada oynayır və bununla paralel ibtidai sinif müəllimi işləyirdi...

Günün əsas sürprizi Kataloniyada qeydə alındı. “Barselona” son illərdə “Bavariya”ya qarşı yığılan bütün acığını bu oyunda çıxmağa müvəffəq oldu. Rafinyanın artıq 54-cü saniyədə vurduğu qola Keyn cavab versə də, qonaqların daha sonra heç nəyə gücü çatmadı. Qalan vaxtda 3 qol vuran “blauqrana” bu rəqibə qarşı 6 oyunluq məğlubiyyət və 5 oyunluq qol vura bilməmək seriyalarına çox parlaq şəkildə son qoydu. Münhen nəhəngi əsas mərhələdə ardıcıl 2-ci qarşılaşmadan xalsız ayrılmaqla pley-off şansını çətinə saldı. Maraqlıdı ki, komanda hazırda turir cədvəlində hətta ilk turda 9:2 hesabı ilə yendiyi Zaqreb “Dinamo”sundan da geridədi! Çünki Xorvatiya çempionu səfərdə Avstriya çempionunu yenməklə ilk qələbəsini qazandı. Günün daha bir maraqlı oyunu Leyptsiqdə keçirildi. “Öküzlər” bundesliqada “Bavariya” ilə zirvəni bölüşsələr də, komandanın ÇL-də işləri yaxşı getmir. Evdə “Liverpul”a uduzmaqla “Leyptsiq” 3-cü turu da xalsız tamamladı. “Liverpul” isə əksinə, “Aston Villa” ilə birlikdə ilk 3 turda xal itirməyən iki komandadan biridi. “Mançester Siti” və “İnter”, proqnozlaşdırıldığı kimi, hesabına növbəti 3 xalı yazdı. Holannın havada dabanla vurduğu qol günün bəzəyi oldu.

“Şəhərlilər”dən fərqli “İnter“ İsveçrədə fanatlarını uzun müddət intizarda saxladı. Hətta Arnautoviç penaltini də əldən verdi. Amma bu mövsüm milanlıların heyətində ən yaxşılardan olan Türam son saniyələrdə fərqlənməklə qəhrəmana çevrildi. Günün növbəti sürprizləri Madrid və Lissabonda qeydə alındı. “Atletiko” “Lill” ilə oyunda fasiləyə üstün yollanarkən bu klubun hətta ən bədbin azarkeşi belə sonluğun faciəvi alınacağını güman edə bilməzdi. Amma ötən tur “Real”ı xala həsrət qoyan “Lill” bu dəfə ikinci hissədə vurduğu qollarla yenə Avropanı təəccübləndirməyi bacardı. Hərçənd “Atletiko” qonaqların qazandığı və Devidin dəqiq yerinə yetirdiyi penaltiyə görə UEFA-ya rəsmi şikayət göndərib. Kərəm Aktürkoğlunun sehri isə bu dəfə “Benfika” üçün işə yaramadı. Türkiyəli ulduzun transferindən bu yana keçirdiyi 6 rəsmi oyunun hamısında qalib gələn “qartallar”ın bu seriyası evdə - “Feyenoord”la qarşılaşmada qırıldı. Özü də türkiyəli hakimin idarəçiliyi altında. Hərçənd komandasının yeganə qolunu vuran Kərəm fərdi planda bu matçı hesabına yaza bilər. O, “Benfika”da 6-cı rəsmi oyunda göstəricilərini 5 qol, 2 məhsuldar ötürməyə çatdırdı.

Brest – Bayer-04 1:1 (1:1)
Brest (Fransa): Bizot, Lala, Şardonne, Kulibali, M.Aydara, Les-Melu, Kamara (Dumbiya, 83), Manyetti (Fernandeş, 83), Del Kastilyo (Fevr, 72), Sima (M.Balde, 66), Ajork (İ.Salah, 72).
Bayer-04 (Leverkuzen, Almaniya): Kovarj, Mukiele (Tapsoba, 72), Ta, İnkapye, Qrimaldo, Qarsiya, Palasios (Caka, 63), Tella (Frimponq, 63), Virts, Hofmann, Şik (Adli, 63).
Qollar: Virts, 24 (0:1). Les-Melu, 39 (1:1).
Vərəqələr: Frimponq, 72. Virts 74. İ.Salah, 84. Ta, 90+2. Les-Melu, 90+5. Caka, 90+9 – sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
23 oktyabr. Genqam. 15510 tamaşaçı.

Atalanta – Seltik 0:0
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Bellanova (Samardziç, 59), Cimşiti, Hien, Kolaşinats (Rucceri, 78), Zappakosta, De Roon, Ederson, Paşaliç (Zanyolo, 78), Lukman (Kuadrado, 69), Reteqi (De Ketelare, 59).
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston, Skeyls, Trasti, Valle, Makqreqor, Engels (Makqovan, 75), Hatate (Bernardo, 68), Kun, Maeda (Palma, 75), Ayda (Furuhaşi, 68).
Vərəqə: Conston, 8 – sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
23 oktyabr. Berqamo. 21614 tamaşaçı.

Barselona – Bavariya 4:1 (3:1)
Barselona (İspaniya): Penya, Kunde, Kubarsi, Martines, A.Balde, Kasado, Pedri (Qavi, 85), Yamal (Fati, 85), Lopes (De Yonq, 61), Rafinya (Olmo, 75), Levandovski (Viktor, 85).
Bavariya (Münhen, Almaniya): Noyer, Gerreyro (Laymer, 85), Upamekano, Kim Min Ce, Devis, Kimmix, Palyinya (Qoretska, 60), Olise (Sane, 60), Müller (Musiala, 60), Qnabri (Koman, 60), Keyn.
Qollar: Rafinya, 1 (1:0). Keyn, 18 (1:1). Levandovski, 36 (2:1). Rafinya, 45 (3:1). Rafinya, 56 (4:1).
Vərəqələr: Kimmix, 27. Qoretska, 90 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
23 oktyabr. Barselona. 50312 tamaşaçı.

Leyptsiq – Liverpul 0:1 (0:1)
Leyptsiq (Almaniya): Qulaçi, Qeertruyda (Bitşiabu, 74), Orban, Lukeba, Henrixs, A.Aydara (Elmas, 86), Vermeeren (Kampl, 74), Nusa, Simons (Poulsen, 78), Şeşko (Baumqartner, 74), Openda.
Liverpul (İngiltərə): Kelleher, Aleksandr-Arnold (Qomes, 75), İ.Konate, Van Diyk, Tsimikas (Robertson, 75), Qravenberx, Makallister, Soboslai, M.Salah (Dias, 63), Qakpo, Nunyes (Cons, 74).
Qol: Nunyes, 27.
Vərəqələr: Lukeba, 8. Makallister, 12. Qeertruyda, 23 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
23 oktyabr. Leyptsiq. 45228 tamaşaçı.

Atletiko – Lill 1:3 (1:0)
Atletiko (Madrid, İspaniya): Oblak, Molina (Simeone, 77), Ximenes, Vitsel, Qalan (Reynildo, 77), De Paul, Koke, Qallaxer (Lino, 77), Qrizmann, Alvares, Sörlot (Korrea, 65).
Lill (Fransa): Şevalye, Menye, Ture (Diakite, 46), Mandi, Ribeyro, Qudmundsson, Andre, Mukau (Qomes, 88), Kabella (Jeqrova, 16), Fernandes (Sahraui, 88), Bayo (Devid, 65).
Qollar: Alvares, 8 (1:0). Jeqrova, 61 (1:1). Devid, 74-p. (1:2). Devid, 89 (1:3).
Vərəqələr: Qalan, 17. Ture, 44. Ximenes, 78. Menye, 78. Vitsel, 88 – sarı.
Hakim: Marko Quida (İtaliya).
23 oktyabr. Madrid. 61197 tamaşaçı.

Mançester Siti – Sparta 5:0 (1:0)
Mançester Siti (İngiltərə): Orteqa, Lyuis, Stouns (Dias, 74), Akanci, Ake (Qvardiol, 74), Nunyeş, İlkay Gündoğan (Kovaçiç, 69), Savinyo, B.Silva (Makeyti, 69), Foden, Holann (O`Rayli, 80).
Sparta (Praqa, Çexiya): Vindal, Presiado, Vitik, Panak, Sorensen, Rıneş (Visner, 88), Laçi, Kairinen (Solbakken, 88), Birmançeviç (Danek, 73), Haraslin (Krasniqi, 46), Olatunyi (Rrahmani, 60).
Qollar: Foden, 3 (1:0). Holann, 58 (2:0). Stouns, 64 (3:0). Holann, 68 (4:0). Nunyeş, 88-p. (5:0).
Vərəqələr: Stouns, 7. Presiado, 87 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
23 oktyabr. Mançester. 50116 tamaşaçı.

Yanq Boyz – İnter 0:1 (0:0)
Yanq Boyz (Bern, İsveçrə): Fon Ballmoos, Blum (Atekame, 86), Lauper, Benito, Acam, Lakomi (Elia, 77), Uqriniç, Vircinius (Kolli, 59), İmeri (Maleş, 59), Monteyro, Qanvula (İtten, 86).
İnter (Milan, İtaliya): Zommer, Dyumfris, Pavar (Bastoni, 76), De Vrey, Bissek, Auqusto (Dimarko, 54), Frattezi, Barella, Mxitaryan (Zelinski, 61), Taremi (Türam, 76), Arnautoviç (Martines, 61).
Qol: Türam, 90+3.
Arnautoviç 48-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Acam, 33. Monteyro, 35. Dyumfris, 35. İmeri, 36. Maleş, 81 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
23 oktyabr. Bern. 31500 tamaşaçı.

Benfika – Feyenoord 1:3 (0:2)
Benfika (Lissabon, Portuqaliya): Trubin, Bah (Şelderup, 88), Trauxo, Otamendi, Fernandes, Eursnes, Luiş (Amduni, 65), Orkun Kökçü (Sançeş, 72), Di Mariya (Beste, 65), Kərəm Aktürkoğlu, Pavlidis (Kabral, 72).
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Lotomba (Hac Mussa, 75), Trauner, Hantsko, Bueno (Smal, 88), Hvan İn Bom, Milambo, K.Timber, Osman (Beelen, 59), Payşao, Ueda (Karransa, 75).
Qollar: Ueda, 12. (0:1). Milambo, 33 (0:2). K.Aktürkoğlu, 66 (1:2). Milambo, 90+2 (1:3).
Vərəqələr: K.Timber, 39. Amduni, 90+1. Sançeş, 90+2 – sarı.
Hakim: Xəlil Umut Melər (Türkiyə).
23 oktyabr. Lissabon. 61687 tamaşaçı.

Zaltsburq – Dinamo Z 0:2 (0:0)
Zaltsburq (Avstriya): Şlager, Dediç, Pyontkovski, Baydu, Terziç (Qindo, 82), Kyerqor, Bidstrup (Kapaldo, 58), Diambu (Bayçetiç, 58), Daqim (Dorjeles, 58), Qlux (Blasvix, 69), K.Konate.
Dinamo (Zaqreb, Xorvatiya): Nevistiç, Ristovski, Teofil-Katrin, Bernauer, Torrente, Mişiç, Suçiç (Stoykoviç, 87), Ademi (Roq, 59), Baturina (Kaçavenda, 88), Oqivara (Pyer-Qabriel, 77), Kulenoviç (Petkoviç, 77).
Qollar: Kulenoviç, 49 (0:1). Petkoviç, 84 (0:2).
Vərəqələr: Bidstrup, 18. Dediç, 31. Pyontkovski, 73. Roq, 90 – sarı. Şlager, 66 – qırmızı.
Hakim: Danni Makkeli (Niderland).
23 oktyabr. Zaltsburq. 24018 tamaşaçı.

1. Aston Villa 3 3 0 0 6-0 9
2. Liverpul 3 3 0 0 6-1 9
3. Mançester Siti 3 2 1 0 9-0 7
4. Monako 3 2 1 0 9-4 7
5. Brest 3 2 1 0 7-2 7
6. Bayer-04 3 2 1 0 6-1 7
7. İnter 3 2 1 0 5-0 7
8. Sportinq 3 2 1 0 5-1 7
9. Arsenal 3 2 1 0 3-0 7
10. Barselona 3 2 0 1 10-3 6
11. Borussiya D 3 2 0 1 12-6 6
12. Real 3 2 0 1 8-4 6
13. Benfika 3 2 0 1 7-4 6
14. Yuventus 3 2 0 1 6-4 6
15. Lill 3 2 0 1 4-3 6
16. Feyenoord 3 2 0 1 6-7 6
17. Atalanta 3 1 2 0 3-0 5
18. Ştutqart 3 1 1 1 3-4 4
19. PSJ 3 1 1 1 2-3 4
20. Seltik 3 1 1 1 6-8 4
21. Sparta 3 1 1 1 4-6 4
22. Dinamo Z 3 1 1 1 6-11 4
23. Bavariya 3 1 0 2 10-7 3
24. Jirona 3 1 0 2 4-4 3
25. Milan 3 1 0 2 4-5 3
26. Brügge 3 1 0 2 2-6 3
27. Atletiko 3 1 0 2 3-8 3
28. PSV 3 0 2 1 3-5 2
29. Bolonya 3 0 1 2 0-4 1
30. Şaxtyor 3 0 1 2 0-4 1
31. Leyptsiq 3 0 0 3 3-6 0
32. Şturm 3 0 0 3 1-5 0
33. Srvena Zvezda 3 0 0 3 2-11 0
34. Zaltsburq 3 0 0 3 0-9 0
35. Yanq Boyz 3 0 0 3 0-9 0
36. Slovan 3 0 0 3 1-11 0

Bombardirlər: Keyn (Bavariya) – 5, Rafinya (Barselona) – 4.

Növbəti turun oyunları noyabrın 5-6-da keçiriləcək: PSV – Jirona, Slovan – Dinamo Z, Real – Milan, Liverpul – Bayer-04, Sportinq – Mançester Siti, Lill – Yuventus, Bolonya – Monako, Seltik – Leyptsiq, Borussiya D – Şturm, Brügge – Aston Villa, Şaxtyor – Yanq Boyz, İnter – Arsenal, PSJ – Atletiko, Bavariya – Benfika, Srvena Zvezda – Barselona, Ştutqart – Atalanta, Feyenoord – Zaltsburq, Sparta – Brest.

Faktlar
* “Brest” son 26 ildə ÇL-də keçirdiyi ilk 3 oyunda uduzmayan birinci Fransa təmsilçisi oldu. Sonuncu dəfə bunu 1998-də “Lans” bacarmışdı.
* Rafinya avrokuboklar tarixində “Bavariya” ilə oyunda het-trik edən 5-ci futbolçu oldu. Daha öncə bunu Alan Evans (“Liverpul”, 1971), Roy Makay (“Deportivo”, 2002), Serxio Aquero (“Mançester Siti”, 2014) və Kriştiano Ronaldo (“Real”, 2017) bacarmışdı.
* “Bavariya” ÇL-də ardıcıl 3-cü səfər oyununda uduzmaqla öz antirekordunu yenilədi.
* “Mançester Siti” ÇL-də ardıcıl 26-cı oyunda uduzmamaqla “Mançester Yunayted”i geridə qoydu və turnirin yeni rekordunu müəyyənləşdirdi. Bundan başqa, “Siti” UEFA-nın turnirlərində ardıcıl 27-ci oyunda uduzmamaqla bu göstəricidə də rekordçu oldu. Əvvəlki rekord 2006-19-cu illərdə ardıcıl 26 oyunda uduzmayan “Espanyol”a məxsus idi.
* Holann ÇL-də 44-cü qolunu vurmaqla bu turnirin tarixində ən məhsuldar oyunçular siyahısında 16-cı pillədə qərarlaşan Didye Droqbaya çatdı. Maraqlıdı ki, Holann 44 qolu 42 oyuna vurduğu halda Droqba 92 oyuna vurub.
* “Atletiko” ÇL-də son iki oyunda 7 top buraxmaqla şəxsi antirekordunu yenilədi. ÇK daxil olmaqla “Atletiko” bu turnirdə heç vaxt bir mövsümün gedişində iki ardıcıl oyuna 7 top buraxmamışdı.
* “Lill” ÇL-də bir mövsümdə həm “Real”, həm də “Atletiko”nu məğlub etməyi bacaran cəmi 3-cü komanda oldu. Daha öncə bunu 2020/21-də “Çelsi” və 2021/22-də Mançester “Siti“ bacarmışdı.
* “Liverpul” tarixində ilk dəfə mövsümün ilk 6 rəsmi səfər oyunundan qələbə ilə ayrılmış oldu. Daha öncə İngiltərə klublarından bunu yalnız 2017/18-də “Mançester Siti” bacarmışdı.
* “Liverpul”un Almaniya klublarına qarşı məğlubiyyətsiz seriyası 13 oyuna çatdı (10 qələbə, 3 heç-heçə).
* “Feyenoord” son 49 ildə səfərdə “Benfika”nı məğlub edən ilk Niderland təmsilçisi oldu. Sonuncu dəfə bunu 1975-də PSV bacarmışdı. Eyni zamanda “Feyenoord” 1974-dən bu yana ilk dəfə ardıcıl iki ÇK/ÇL oyununda ən azı 3 qol vurmağı bacardı.

Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Bizim üçün möhtəşəm bir gecə alındı. Çünki “Bavariya” dünya səviyyəli futbolçulara malik olan çox güclü rəqibdi. Ona görə də belə qələbələri doyunca qeyd etmək lazımdı. Əminəm ki, bu nəticə “El Klasiko” ərəfəsində oyunçularımın özünəinamımı artıracaq”.


Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:
“Oyuna istədiyimiz kimi nəzarət edə bilmədik. Ona görə də “Barselona” topu ələ keçirəndə qapımız önündə təhlükələr yaradaraq bizi cəzalandırırdı. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, “Barsa” hazırda Avropanın ən güclü klubudu. Oyun bizim üçün çox üzücü alındı. Çünki bütün komponentlərdə geri qaldıq. Hərçənd ilk yarım saat ərzində inanırdım ki, hələ də qalib gələ bilərik. Amma onların vurduğu 2 və 3-cü qollardan sonra oyun dəyişdi. Heç bir bəhanəmiz yoxdu. Bu məğlubiyyətdən lazımi dərslər çıxarmalıyıq”.
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Bu oyun bir daha göstərdi ki, ÇL-də asan görüşlər olmur. İtaliya klubları üçün bu turnirdə qələbə qazanmaq həmişə çətindi. Bir çox fürsətləri boşa versək də, qələbəyə olan inamı sona qədər itirmədik. Sonradan meydana çıxanlar da oyunumuzu gücləndirdi. Arnautoviçlə qaçırdığı penalti haqda söhbət etdim. Bunu faciəyə çevirmədik. Ona soyuqqanlı olmağı və həmişəki kimi məşqlərdə üzərində çalışmağı məsləhət gördüm”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Oyunun ilk dəqiqələrini yaxşı keçirməsək də, sonradan özümüzə bənzəməyə başladıq. Mərkəzdə rəqibi üstələdik. “Leyptsiq”in pressinqindən də çox gözəl çıxmağı bacarırdıq. Təəssüf ki, yalnız bir qol vura bildik. Fərq minimal olduğundan son anlarda geri çəkilmək məcburiyyətində qaldıq. Halbuki 70-ci dəqiqəyə qədər artıq intriqanı öldürməliydik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-11-2023, 19:0

''Bavariya''nın iki rekord seriyası qırıldı

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

24-10-2024, 15:0

Rafinya tarixə düşdü, ''Bavariya'' antirekordunu yenilədi

Dünya futbolu

18-09-2024, 20:0

Keyn və ''Bavariya'' Zaqreb ''Dinamo''sunu dağıtdı

Dünya futbolu

7-02-2024, 19:0

Liderlər mövsümün şah oyunundan öncə büdrəmədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə