Yenidən əvvəlki iş yerinə qayıtdı

28.10.2024 12:16 292
Dünya futbolu
“Monpelye”nin yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə Jan-Lui Qasse təyinat alıb.

70 yaşlı mütəxəssis əvvəlki iş yerinə qayıdıb. O, komandanı 1998-99 və 2017-ci illərdə də çalışdırıb.

Qassenin əvvəlki iş yeri ötən mövsümün sonunda ayrıldığı “Marsel” olub. “Monpelye” isə Fransa çempionatında 8 turdan sonra 4 xalla sonuncu yeri tutur.