Bu gün ''Beşiktaş''ın illik idari və maliyyə toplantısı keçirildi.
İstanbulda ICC Konqres Mərkəzində keçirilən toplantıda gərgin anlar baş verdi. Sabiq başqan Ahmet Nur Çəbi salona bir neçə tərəfdaşı ilə daxil oldu. Həmin an salonda bəzi klub rəsmiləri onları alqışlamağa başladı. Bu alqışa digər klub rəsmiləri etiraz etdikdən sonra gərginlik başladı. Çəbi yerinə əyləşdikdən sonra da ara sakitləşmədi. Kürsüyə çıxan İsmayıl Cəvahir adlı klub üzvü açıqlama verərkən idarə heyətinin sədri tərəfə barmaq sallayaraq bəzi sözlər söylədi. Onun bu hərəkəti indiki başqan Hasan Aratın və ikinci başqan Hüseyin Yücəlin etirazına səbəb oldu. Salondakıların da Cəvahirə etiraz etməsindən sonra ara qarışdı, məzhəb itdi.
O, kürsüdən aşağı endikdən sonra salonda klub üzvləri arasında əməlli başlı yumruqlu dava başladı. Dava zamanı bəzi klub üzvlərinin qarşı tərəfə hətta oturacaqları da fırlatması diqqət çəkdi. Araya girənlərin müdaxiləsi ilə dava böyük çətinliklə sakitləşdirildi və toplantı davam etdi.
ƏLİ