Dünyanın sabiq 3-cü raketkası Dominik Tim peşəkar karyerasında sonuncu oyununu keçirib.
Avstriyalı tennisçi Vyanada keçirilən ATP 500 turnirində italiyalı Luçano Darderiyə uduzub - 6:7 (6:8), 2:6. Tim bir müddət əvvəl 2024 mövsümünün sonunda idmandan gedəcəyini bildirmişdi. Oyundan sonra onun üçün yolasalma mərasimi keçirilib.
Tim 2020-ci ildə keçirilən “US Open”in qalibi olub. 31 yaşlı idmança fərdi yarışlarda 17 titul qazanıb. Onun ATP reytinqindəki ən yüksək mövqeyi 2020-ci ilə aiddi (3-cü yer).