• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” liderliyi qorudu, “Arsenal” ilk dəfə büdrədi - İCMAL

Dünya futbolu

25-10-2024, 17:0

Premyer-liqada liderlərdən “Liverpul”la “Mançester Siti” eyni hesabla qələbə qazandısa, “Arsenal” mövsümdə ilk dəfə uduzdu. “Mançester Yunayted” qələbəsiz oyunlar seriyasını 3-də dayandırdı. Turnir cədvəlinin aşağı hissəsinə gəlincə, 4 komanda – “İpsviç”, “Kristal Pelas”, “Sauthempton” və “Vulverhempton” hələ də qələbəyə həsrətdi.

Turun mərkəzi oyununda “Liverpul” “Çelsi”ni qəbul etdi. “Qırmızılar” onların liderliyinin təsadüf və mövsümün əvvəlində zəif rəqiblərlə qarşılaşmağın nəticəsi olduğunu deyənlərin dəlillərini sıradan çıxarmaqdadı. “Çelsi” layiqincə müqavimət göstərsə də, “Enfild”də uduzdu. Və demək olmaz ki, hesab oyunun axarına uyğun deyildi. Əlbəttə, oyunun əksər bölümündə meydanda bərabər mübarizə getdi. Əvvəlcə hər iki komanda ehtiyatlı davranmağa, bir-birinin səhvindən yararlanmağa üstünlük verdi. Ancaq yarım saatın tamamında “Liverpul” penalti qolu ilə hesabı açdı. Hakim Koluillin Consa qarşı kobudluğuna görə “zadəganlar”ı sərt cəzalandırdı. Cekson Salahı söhbətə çəkməklə penaltini dəqiq yerinə yetirməyə mane olmağa çalışsa da, misirlinin əsəbləri yerində idi. Qoldan sonra hücumların sayını artıran “Çelsi” 2-ci hissənin əvvəlində bərabərliyi bərpa etdi. Ancaq 1:1 hesabı cəmi üç dəqiqə qorundu. Salah topu qapıçı meydançasına göndərdi, müdafiəçilərin diqqətindən yayınan Cons iki toxunuşla topu tora saldı. “Qırmızılar” qələbə hesabını sona qədər qorudu.

“Mançester Siti”nin əsas autsayderlərdən biri ilə oyunda xal itirəcəyini düşünənlərin sayı az idi. Amma hadisələrin axarı buna doğru aparırdı. Bu oyunda hesabı “Vulverhempton” açdı. 7-ci dəqiqədə Strand Larsen qapının sol aşağı küncünü “nişan aldı”. “Şəhərlilər” yalnız 33-cü dəqiqədə hesabı bərabərləşdirə bildi. Qvardiol Qvardiolanın bir qədər sakit nəfəs almasına imkan verdi. Bundan sonra “canavarlar”ın qapıçısı dəfələrlə qəhrəmanlıq göstərdi. Sa, demək olar ki, səhvə yol vermədi, qeyri-adi toplar çıxardı. Ancaq autsayder sona qədər təzyiqə dözə bilmədi. Uzatma dəqiqələrində qonaqların yerinə yetirdiyi künc zərbəsindən sonra Stounz qələbə topunu vurdu. Açığı, “Siti” bu oyunda 3 xalı haqq etmirdi. Meydan sahibləri Holannın əl-qol açmasına imkan vermədi. Bununla belə, hələ ki məğlubiyyət tanımayan çempion zirvəyə yürüşünü davam etdirir.

“Mançester Yunayted”də baş məşqçi dəyişikliyi ilə bağlı söhbətləri təxirə salmaq olar. Ten Haqın komandası qələbəsiz oyunlar seriyasını “Brentford”la oyunda dayandırdı. Etiraf etməyə dəyər ki, bu, MY-nin cari mövsümdəki ən yaxşı oyunlarından biri idi. “Yunayted” dərhal rəqibə təzyiq göstərməyə başlasa da, uzun müddət Flekkenin qoruduğu qapıya yol tapa bilmədi. Üstəlik fasilə ərəfəsində künc zərbəsindən sonra “Brentford” hesabı açdı. Düzdü, fasilədən dərhal sonra MY bərabərliyi bərpa etdi. Və güclü təzyiqi də dayandırmadı. Odu ki, meydan sahiblərinin 2-ci qolu yalnız zaman məsələsi idi. Və həmin qolu çox gözləmək lazım gəlmədi. Qonaqların hesabı bərabərləşdirmək cəhdləri o qədər də inamlı deyildi. Əksinə, MY 3-cü qolu da vura bilərdi. Odu ki, hesab bunu göstərməsə belə, meydan sahibləri inamlı qələbə qazandı.

Hesabat turu “Arsenal”ın ilk məğlubiyyəti ilə əlamətdar oldu. Özü də “topçular” heç gözləmədiyi yerdə uduzdu. Amma onlar bu məğlubiyyətə görə ilk növbədə özünü günahlandırmalıdı. İlk yarı bərabər və yetərincə “tənbəl” mübarizə şəraitində keçdi. Komandalar tələsmir və bir-birindən ehtiyatlanırdı. Ardından ötürmə səhvi və Salibanın potensial təkbətəkin qarşısını almaq cəhdi qırmızı vərəqə ilə nəticələndi. Zəif komanda heç də həmişə say üstünlüyündən yararlana bilmir. Ancaq bu sözü “Bornmut”a aid etmək olmaz. Salibanın qovulmasından ruhlanan və oyuna nəzarəti ələ keçirən meydan sahibləri artıq dominantlıq edirdi. Onlar Rayyanın qapısı önündə çoxlu təhlükəli vəziyyət yaratdı. Bir çox şans əldən veriləndən sonra, nəhayət, 70-ci dəqiqədə hesab açıldı. “Bornmut” tezliklə 2-ci qolu da vurdu. Rayyanın təkbətək çıxan Evanilsona qarşı kobudluğuna görə təyin olunan penaltini Klyuvert qola çevirdi. Hədsiz çox səhvə yol verən “topçular” haqq etdiyi məğlubiyyətlə üzləşdi.

“Tottenhem” cari mövsümdə 3-cü böyükhesablı, özü də əzmkar qələbəsini “Vest Hem” ilə oyunda qazandı. “Çəkicdöyənlər” 18-ci dəqiqədə hesabı açsalar da, Kulusevski fasiləyə qədər bərabərliyi təmin etdi. 2-ci hissənin ilk 15 dəqiqəsində oyunun taleyi həll olundu. Bissuma və Son Hın Min fərqləndi, Todibo isə “qapıların yerini səhv saldı”.

Turun qalan oyunlarına gəlincə, “Fulhem” evdə “Aston Villa”ya uduzdu. Birmingemlilər bu qələbə sayəsində 3-cü yerə şərik oldu. “Everton” səfərdə “İpsviç”i, “Brayton” isə “Nyukasl”ı məğlub etdi. “Sauthempton” – “Lester” oyunu dramatik mübarizəyə səhnə oldu. “Müqəddəslər” ilk yarım saatda iki qol vurandan sonra hər kəs onların mövsümdə ilk qələbəsini qazanacağını düşünməyə başladı. Ancaq fasilədən sonra oyunun axarı 180 dərəcə dəyişdi. 65-ci dəqiqədə Buonanotte fərqi azaltdı. 73-cü dəqiqədə Freyzer penaltiyə səbəbkar olmaqla yanaşı, meydandan qovuldu. Say üstünlüyündən yararlanan “tülkülər” 8-ci uzatma dəqiqəsində qələbə topunu da vurdu. Turun son oyununda “Nottingem Forest” “Kristal Pelas”a qalib gəldi.

8-ci tur
Liverpul – Çelsi 2:1

Salah, 29-p. Cons, 51 – Cekson, 48. (60277)
Liverpul: Kelleher, Aleksander-Arnold (Qomes, 81), Konate, Van Diyk, Robertson, Cons (Makallister, 81), Qravenberx, Soboslai, Salah, Jota (Nunyes, 30), Qakpo (Dias, 66).
Çelsi: Sançes, Ceyms (Veyqa, 53), Adarabioyo (Badyaşil, 53), Koluill, Hüsto, Kaysedo, Lavia (Fernandes, 53), Madueke (Nkunku, 76), Palmer, Sanço (Neto, 46), Cekson.

Vulverhempton – Mançester Siti 1:2
Strand Larsen, 7 – Qvardiol, 30. Stounz, 90+5. (31319)
MS: Ederson, Lüis, Diaş, Stounz, Qvardiol, Kovaçiç (Nunyeş, 86), Savinyo (Qriliş, 72), B.Silva, Gündoğan, Dokyu (Foden, 66), Holann.

Bornmut – Arsenal 2:0
Kristi, 70. Klyuvert, 79-p. (11235)
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Kalafyori, Rays, Parti, Merino (Nvaneri, 81), Sterlinq (Kivyor, 37/Jezus, 81), Haverts, Trossar (Martinelli, 64).

Mançester Yunayted – Brentford 2:1
Qarnaço, 47. Heylunn, 62 – Pinnok, 45+1. (73738)
MY: Onana, Dalot, De Liqt, Evans (Lindelöf, 89), Martines, Kazemiro (Uqarte, 88), Eriksen, Qarnaço (Mazraui, 90+1), Fernandeş, Reşford, Heylunn (Zirkzee, 75).

Tottenhem – Vest Hem 4:1
Kulusevski, 36. Bissuma, 52. Todibo, 55-öz qapısına. Son Hım Min, 60 – Kudus, 18. (61381)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Udoci (Qrey, 88), Kulusevski, Bissuma (Bentankur, 81), Meddison (Sarr, 46), Conson, Solanke (Rişarlison, 81), Son Hın Min (Verner, 70).

Fulhem – Aston Villa 1:3
Ximenes, 5 – Rocers, 9. Uotkins, 59. Diop, 69-öz qapısına. (26743)

İpsviç – Everton 0:2
Ndiay, 17. Kin, 40. (29862)

Nyukasl – Brayton 0:1
Uelbek, 35. (52220)

Sauthempton – Lester 2:3
Arçer, 8. Aribo, 28 – Buonanotte, 65. Vardi, 74-p. Ayyu, 90+8. (31145)

Nottingem Forest – Kristal Pelas 1:0
Vud, 65. (29443)

1. Liverpul 8 7 0 1 15-3 21
2. Mançester S. 8 6 2 0 19-9 20
3. Arsenal 8 5 2 1 15-8 17
4. Aston Villa 8 5 2 1 15-10 17
5. Brayton 8 4 3 1 14-10 15
6. Çelsi 8 4 2 2 17-10 14
7. Tottenhem 8 4 1 3 18-9 13
8. Nottingem F. 8 3 4 1 8-6 13
9. Nyukasl 8 3 3 2 8-8 12
10. Fulhem 8 3 2 3 11-11 11
11. Bornmut 8 3 2 3 10-10 11
12. Mançester Y. 8 3 2 3 7-9 11
13. Brentford 8 3 1 4 14-15 10
14. Lester 8 2 3 3 12-14 9
15. Vest Hem 8 2 2 4 11-15 8
16. Everton 8 2 2 4 9-15 8
17. İpsviç 8 0 4 4 6-16 4
18. Kristal Pelas 8 0 3 5 5-11 3
19. Sauthempton 8 0 1 7 6-18 1
20. Vulverhempton 8 0 1 7 10-23 1

Bombardirlər: Holann (MS) – 10, Palmer (Çelsi), Mbemo (Brentford) - 6.
Növbəti turun oyunları oktyabrın 25-27-si aralığında keçiriləcək: Lester – Nottingem Forest, Aston Villa – Bornmut, Brentford – İpsviç, Brayton – Vulverhempton, Mançester Siti – Sauthempton, Everton – Fulhem, Çelsi – Nyukasl, Kristal Pelas – Tottenhem, Vest Hem – Mançester Yunayted, Arsenal – Liverpul.

Turun rəqəmi
10 – “Liverpul” “Çelsi” ilə duellərdə məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdırdı. Bu seriya bütün turnirlərə aiddi. “Zadəganlar” “qırmızılar”ı sonuncu dəfə 2021-ci ilin martında məğlub edib.

Turun ulduzu
Kertis Cons (Liverpul) – gənc yarımmüdafiəçi Makallisteri start heyətində ən yaxşı şəkildə əvəzlədi. “Çelsi” oyunboyu Consun qarşısını almaqda çətinlik çəkdi. Londonluların onun hücumlara qəfil qoşulmasının qarşısını ala bilmirdi. Kertis həm penalti qazandı, həm də qələbə topunu vurdu.

Turun sitatı
Qari Nevill, MY-nin sabiq müdafiəçisi: “Hər iki komandanın azarkeşləri gördüklərindən məmnundu. “Çelsi”nin azarkeşləri belə düşünür ki, onların komandası yaxşı çıxış etdi. Arne Slot isə inkişaf baxımından “Çelsi”ni qabaqlayan komanda qurub. “Liverpul” bu oyunda haqlı qələbə qazandı”.

Faktlar
* Salah həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Misirli ulduz “Liverpul”un heyətində məhsuldar hərəkətlərinin sayını 232-yə çatdırdı – 160 qol, 72 ötürmə. Salah bir komandanın heyətində “qol+ötürmə” sistemi üzrə İngiltərə çempionatında toplanan xal sayına görə 6-cı yerə yüksəldi. O, 231 xala malik Aqueronu arxada qoydu. Bu göstəricidə ilk 5 pillədə qərarlaşan futbolçular: Runi – 276 (183+93), Giqqz – 271 (109+162), Keyn – 259 (213+46), Anri – 249 (175+74), Lempard – 237 (147+90).
* Salah indiyə qədər premyer-liqada 34 oyunda həm qol vurub, həm də məhsuldar ötürmə verib. O, bu göstəricidə yalnız Runidən (36) geri qalır.
* MS məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmaqla klub rekordunu yenilədi. “Şəhərlilər” premyer-liqada sonuncu dəfə ötən ilin dekabrında “Aston Villa”ya uduzub (0:1).
* Yalnız Qvardiola premyer-liqa klununun “sükanı arxasında” 10 qələbə həddinə Slotdan daha tez çatıb. Ona bunun üçün 10, niderlandlı mütəxəssisə isə 11 oyun lazım gəlib.

Reaksiyalar
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Nəticəyə görə çox məyusuq. 65 və ya 68 dəqiqə azlıqda oynamaq çətindi, komandanı günahlandıra bilmirəm. Hesab 0:0 olanda hesabı açmaq üçün əla imkan qazandıq. Futbolçumuz qapıçı ilə təkbətək çıxsa da, qol vura bilmədi. Biz özümüzü suçlamalıyıq. Futbol elə idman növüdü ki, burda səhvlər qaçılmazdı. Bu gün yol verdiyimiz iki ciddi cəhv, təəssüf ki, bizə məğlubiyyət bahasına başa gəldi”.

Erik ten Haq, MY-nin baş məşqçisi:
“Qələbəyə görə sevinirik. MY-də həm qalib gəlməli, həm də adamları əyləndirməlisən. Düşünürəm ki, bu gün hamı məmnun oldu. İlk yarıda yaxşı imkanlarımız olsa da, qol vura bilmədik. 2-ci hissədə qoldan sonra hər şey dəyişdi. Əksəriyyət əleyhimizə olanda biz bütünləşirik. Bu gün möhtəşəm olan azarkeşləri də qeyd etmək istəyirəm. Qələbə vacibdi, komandaya özünəinam verməlidi”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Biz sonda qələbə topunu vuran komandalardan deyilik. Ancaq oyun möhtəşəm idi. Hücumda böyük oyunçularımızın sayı çoxdu. Onlar güclü və aqressivdilər. Çox yaxşı oynadıq, şanslardan yararlandıq. Sonradan meydana çıxanlar da qeyri-adi oyun göstərdi. Bu şəkildə qələbə qazanmaq möhtəşəmdi”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Bəzi əvvəlki oyunlar da çətin keçib, ancaq bugünkü ən çətin idi. Qalib gəlmək üçün inadkarcasına çalışdıq. Artıq fasiləyə qədər hesab 2:0 olmalıydı. Ancaq qol buraxandan sonra fəallaşdıq və qələbə qazandıq. Qarşılaşdığınız komanda nə qədər güclü olursa, siz də xarakter göstərməli olursuz. Premyer-liqada çoxlu yaxşı rəqib var. Qalib gəlmək istəyirsənsə, döyüşməlisən”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-03-2022, 19:0

Qvardiola üçün premyer-liqada münasib olmayan rəqiblər var

Dünya futbolu

26-09-2024, 15:0

MY darmadağın etdi, “Tottenhem” çətin qələbə qazandı - İCMAL

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

16-06-2022, 14:0

Premyer-liqanın təqvimi müəyyənləşdi

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

20-08-2024, 21:0

Salah hamıdan öndədi

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 244
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 144
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə