Samir Əliyevin istefa qərarına ilin sonunda baxılacaq

25.10.2024 18:57 286
Aktual / Yığma
U-21-in çalışdırıcısı Samir Əliyev komandanın son oyunlarda üzləşdiyi uğursuzluqdan danışarkən baş məşqçi postunda da ayrılacağını söyləyib:

“Mən artıq qərarımı vermişəm. Əslində U-21-in baş məşqçi postunda ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişəm. Qərarımı qətiləşdirmişəm, AFFA-da müəyyən insanlara da fikrimi çatdırmışam. Birincisi, mənim komandada qalmağım düzgün deyil. İkincisi, ispan, portuqal və ya azərbaycanlı məşqçi olsun, kim baş məşqçi postuna təyin olunacaqsa, böyük ölçüdə heç nəyi dəyişə bilməyəcək”.


Bəs artıq Samir bəyin istefa verdiyini hesab edə bilərikmi? Əliyev haqqında U-21-in sabiq baş məşqçisi ifadəsini işlətmək olarmı?

Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“Samir Əliyevin müqaviləsinin müddəti ilin sonunda başa çatacaq. İlin sonunda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin fəaliyyətinə qiymət veriləcək, onlarla müqavilənin uzadılıb-uzadılmaması barədə qərar qəbul ediləcək”.


ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul