AFFA islahatlara başlayır: yığmalarda baş məşqçi dəyişikliyi? - RƏSMİ AÇIQLAMA

31.12.2023 17:21 945
Yığma / Manşet
AFFA rəhbərliyi əsas yığmamızın gələcəyi sayılan aşağı yaş qrupu üzrə milli komandalarda islahat aparmaq niyyətindədi. Məşqçilər heyətində köklü dəyişiklik edilə bilər.

Son məlumata görə, İlham Yadullayev (U-15, U-16), Füzuli Məmmədov (U-17), Elxan Abdullayev (U-18) və Aqil Nəbiyevlə (U-19) müddəti başa çatan müqavilələr yenilənməyib. Samir Əliyev və köməkçilərinin (U-21) taleyi isə bəllidi. Onlar vəzifələrinin icrasına davam edəcək.

Mövzuyla bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlini aradıq. Qurum rəsmisinin "football-plus.az"a dedikləri:
"Bu məsələyə İcraiyyə Komitəsinin yanvarda keçiriləcək iclasında baxılacaq və yekun qərar veriləcək".


KƏNAN BAHADIR