"Sabah qalib gələ bilərik" - Yankoviç qələbəyə inanır

23.10.2024 15:57 312
Aktual / Avropa Liqası
"Qarabağ" sabah Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində "Ayaks"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın futbolçusu Marko Yankoviç matçdan əvvəl keçirilən mətbuat konfrasında oyun haqda danışıb və jurnalistlərin suallarını cavablayıb.

- Sabah bizi böyük futbol günü gözləyir. Avropada böyük uğurlar qazanmış komandaya qarşı oynayacağıq. Motivasiyamız çox yaxşıdı. Təbii ki, hədəfimiz yaxşı nəticə əldə etmək olacaq.

- Məlumdu ki, matçın favoriti "Ayaks"dı. Belədə xeyrimizə olan hansı məqamdan danışmaq olar?
- Belə rəqiblərə qarşı daha əvvəl də oynamışıq. Futbolun gözəlliyi elə bundadı. Favorit uduza da bilər, heç-heçə də edər. Sabah qalib gələ bilərik. Ümid edirəm ki, oyunumuz da yaxşı olacaq, nəticəmiz də.

- Avropa Liqasının yeni formatı sənin üçün nə dərəcədə maraqlıdı?
- Dəyişiklik futbolun bəzəyidi. Oyun sayı artıb. Belədə böyük komandalarla qarşılaşmaq, təcrübə toplamaq şansımız çoxdu. Hansısa ciddi dəyişiklik hiss etmirəm.

KƏNAN BAHADIR