• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Çəkinəcək bir şey qalmayıb, təcrübəmiz var" - Qurbanovun narahatlığının səbəbi nədi?

Manşet / Avropa Liqası

23-10-2024, 14:0

"Qarabağ" sabah Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində "Ayaks"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfrasındanda oyun haqda danışıb və jurnalistlərin suallarını cavablayıb.

- Hər birinizi salamlayıram. "Ayaks"la matç bizim üçün çox vacibdi. Rəqib dünya futbolunda tanınır və gözəl oyunlar keçirir. Matçın azarkeşlərin diqqəti mərkəzində olmasının səbəblərindən biri də məhz "Ayaks"dı. Sınağa pis hazırlaşmamışıq. Başqa rəqiblərə nisbətən bu dəfə daha çox vaxtımız oldu. Futbolçularımın hazırlıq səviyyəsi pis deyil. İnanıram ki, azarkeşlərimiz oyundan razı qalacaq. Hər birinizi sevindirmək üçün meydanda ən yaxşı oyunlarımızdan birini sərgiləməyə çalışacağıq.

- Zədəlilərlə bağlı vəziyyət necədi?
- Marko Veşoviç və Mateus Silva oyunda iştirak edə bilməyəcək. Müalicələri davam edir.

- "Ayaks" ölkəmizə gələn ən titullu klubdu. Futbolçuların bundan qorxmaması, çəkinməməsi üçün hansısa tədbir nəzərdə tutulubmu?
- Rəqibin böyük olması bizim üçün üstünlükdü. Belə klubların Bakıya gəlməsi, azarkeşlərimizin onları canlı görməsi futbolumuza sevginin artması və inkifaşı üçün böyük təkandı. Azyaşlı oyunçularımız və valideynləri belə klubları canlı görəndə futbolumuza inamı və diqqəti də çoxalır. "Ayaks"ın ümumi göstəricilərinə gəlincə, çəkinəcək bir şey qalmayıb. Təcrübəmiz var. İndiyə qədər böyük klublara qarşı həm evdə, həm də səfərdə oynamışıq. Bəzən böyük hesabla məğlub olmuşuq. "Ayaks"a olduğu kimi yaxınlaşmaq istəyirik. Bəzi çempionatlarla bizim futbolumuz arasında fərq böyükdü. Böyümək istəyiriksə, məğlubiyyətlərdən də çəkinməli deyilik. Azərbaycan futboluyla Avropanın aparıcı ölkələrinin ümumi müqayisəsinə nəzər salsaq, reallıqlar var. Bu məqamlar bizi çəkinməməyə sövq edir. Belə matçlar bizim inkişafımız üçün çox vacibdi. Ona görə ki, "Ayaks" çox yaxşı, dinamik futbol oynayır. Biz onlara qarşı həm mübarizə aparacağıq, həm də bəzi şeyləri öyrənəcəyik. Rəqibdən nəsə öyrənməkdən utanmırıq. "Ayaks"ın qarşısında möhkəm dayanmalıyıq. Azarkeşlərimizi razı salmalıyıq.

- Marko Yankoviç uzun müddətdən sonra meydana çıxa bilər. Belə təcrübəli, böyük klublara qarşı oynamış futbolçunun uzun müddətdən sonra sərəncamınızda olması qələbəyə inamınızı artırırmı?
- Bu gün daha bir məşqimiz var. Özünü yaxşı tərəfdən göstərsə, Yankoviç də meydanda olacaq. Təbii ki, futbolçularımın sağlam olması, təcrübə toplaması məni çox sevindirir. Onlar tələblərimizi anlayır və düzgün icra edə bilir. Komandada təcrübəli oyunçular olanda məşqin keyfiyyəti də artır. Dediyim kimi, hazırlaşmaq üçün daha çox vaxtımız oldu. Milli fasilədə belə azsaylı futbolçularla məşq etməyə çalışdıq. Son iki gündə isə komandayla birgə hazırlaşmışıq. İnanıram ki, "Ayaks"la matçda yaxşı oyun göstərəcəyik. Yankoviçə gəlincə, əsas üzvlərimizdən biridi. Sağlam olması və tapşırıqlarımı yerinə yetirməsi məni çox sevindirir.

- Qapıçı mövqeyi hamını narahat edir. İki qapıçı alsaz da, problemin həll edilmədiyini düşünənlər var. Bu baxımdan nə dərəcədə narahatsız?
- Düzünü desəm, narahat deyiləm. Yeni qapıçılarımızın potensialı böyükdü və məşqlərdə özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Ola bilər ki, bir neçə oyunda komandaya uyğunlaşa bilmədikləri üçün zəif çıxış ediblər. Amma Polşa və Portuqaliya çempionatlarında oynayıblar. Bizdə olan tələblər həmin yarışlarda olmayıb, arxayın olublar. Hər qapıçıya güvənirəm. Kollektivə sadiq və məsuliyyətlidilər. Zamanla daha yaxşı çıxış edəcəklər. İnşallah, bunu sizdə görəcəksiz. Komandaya çox böyük fayda verəcəklər. Şahruddinin zədədən qayıtması da rəqabəti artıracaq. Hər birinə inamım böyükdü.

- Aleksey Kaşukun indiki durumu "Ayaks"a qarşı yaxşı oyun göstərməyə bəs edirmi?
- Pis deyil, amma tam razı deyiləm. Onu çox gözəl anlayıram. Uzun müddət meydandan kənarda qalıb. Məşqdən-məşqə, oyundan-oyuna daha yaxşı vəziyyətdə olur. "Ayaks"la oyunda sürət tam başqa səviyyədə olacaq. Onun nə dərəcədə uğurlu olacağını deyə bilmərəm. Amma lazım olduğu təqdirdə Kaşukdan da istifadə edəcəyik.

- Püşkatmadan sonra pley-off mərhələsinə yüksələcəyinizə inananlar çox idi. İndi "Qarabağ" aşağı pillələrdədi. Bu durum sizi narahat edir?
- Avrokubokların digər formatı daha rahat idi. Üstünlükləri çox idi. Yeni format tam fərqlidi. Buna uyğunlaşmaq lazımdı. Deməzdim ki, narahat deyiləm. Ümumi duruma baxanda, xalımız yoxdu. Yenə də heç nə bilmək olmaz. Qarşıda hələ oyunlar var. Burda üstünlük də var. Əvvəl pley-offa yüksələndə çox oyun şansı qazanırdıq. İndi isə onsuz da səkkiz oyun oynayacağıq. Pley-offa yüksəlmək böyük uğurdu. Daha yuxarı pillələrdə olmaq şansımız varsa, bundan maksimum istifadə edəcəyik. 16-17 ildi ki, burdayam. Bütün oyunlardan əvvəl narahatlığım olub.

Xatırladaq ki, “Tofiq Bəhramov"da keçiriləcək oyun saat 20.45-də başlayacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-09-2024, 22:0

Yenidən “Ayaks”a qayıtdı

Ölkə futbolu

23-10-2024, 13:0

"Ayaks" "Neftçi Arena"da

Avropa Liqası

21-10-2024, 16:0

"Qarabağ" "Ayaks"la oyun haqda məlumat yaydı - azarkeşlərin diqqətinə!

Avropa Liqası

21-10-2024, 12:0

"Qarabağ" - "Ayaks": mətbuat konfranslarının vaxtı

Dünya futbolu

25-09-2023, 16:0

Van der Vaartın oğlu da “Ayaks”da

Aktual
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
Son xəbərlər
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə