Bir aydan sonra sıraya döndü

23.10.2024 14:12 282
Dünya futbolu
Kevin De Bruyne il bağlı sevindirici xəbər yayılıb.

“Mançester Siti”nin yarımmüdafiəçisi zədəsini sağaldıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi arıq komanda ilə məşqlərə başlayıb. Xatırladaq ki, De Bruyne sentyabrın 18-də Çempionlar Liqasında “İnter”lə keçirilən oyununda (0:0) əzələsindən zədə almışdı.

Kevin bu mövsüm “şəhərlilər”in heyətində bütün turnirlərdə 6 matçda iştirak edib, 1 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.