İtaliya klubunda yeni oyunçu

22.10.2024 21:32 286
Dünya futbolu
“Cenoa” heyətinə yeni oyunçu cəlb edib.

İtaliya klubu Qaston Pereyro ilə müqavilə bağlayıb. Uruqvaylı yarımmüdafiəçi ötən mövsüm “Kalyari”nin oyunçusu kimi B seriyasında icarə əsasında “Ternana”da çıxış edib. 29 yaşlı futbolçu bu liqada meydana çıxdığı 20 oyunda 6 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub.

Onun daha əvvəl PSV-də çıxış etdiyini də bldirək.