• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa çempionları daha bir səddi aşdı - ŞƏRH

Dünya futbolu

19-10-2024, 10:0

Luis de la Fuente təkcə yüksək səviyyəli mütəxəssis deyil, həm də yaxşı adamdı.

O, komandaya motivasiya verməyi, kollektivdə ailə ab-havası yaratmağı bacarır. Bu planda onun üçün xırdalıqlar yoxdu. Məsələn, yığma Olimpiadaya yollanarkən sabiq köməkçisi Santi Deniyanın çalışdırdığı komandanın düşərgəsinə yollanıb xeyir-dua verir. Yığmanın oktyabr oyunları ərəfəsində isə ağır zədə ilə üzləşən Rodri və Karvaxal düşərgəyə gəldi. Hər ikisi əsa ilə gəlmişdi, oyundaşları onlar üçün çempionluq dəhlizi düzəltdi. Bax, belə komandanın yaşıl meydanda uğur qazanması da təbiidi.

Bu dəfə “qırmızı furiya”nın heyətində nə “Real”ın, nə də “Atletik”in təmsilçisi var idi. Amma onlarsız da İspaniya yığması yetərincə güclüdü. Yeri gəlmişkən, yığmanın kapitanı Morata Mursiyadakı “Nueva-Kondomina” stadionunda keçirilən oyun ərəfəsində Avropa çempionatında qazanılan kuboku publikaya göstərdi. Amma Alvaro meydanda çox yaxşı imkanı qaçırdı. Milli komandada artıq 17-ci oyununu keçirən Yamal da hədəfə düşə bilmədi. Danimarka yığmasını da hesabdan silməyək. Qonaqlar zaman-zaman təhlükəli vəziyyətlər yaradırdı. Məsələn, epizodların birində Rayya son anda topu Dolberqin ayağından götürə bildi.

Ümumiyyətlə, zədəlilərin çoxluğu İspaniya yığmasının oyununa əməlli-başlı təsir göstərdi. Start heyətində sonuncu Avropa çempionatının finalında meydana çıxanlardan yalnız dördü var idi. Belə yarımcan heyətlə də meydan sahibləri fasilədən sonra təzyiqi artırdı. Ruis Moratanı zərbə mövqeyinə çıxarsa da, o, irəli çıxıb məsafəni azaldan Şmeyhelin öhdəsindən gələ bilmədi. Daha bir epizodda Lyaportun cərimə meydançası xaricindən zərbəsindən sonra top əlverişli mövqedə olan Moratanın ayağına düşdü. Onun zərbəsi zamanı Şmeyhel ustalığını göstərdi. İspaniya yığmasının qol axtarışı, nəhayət, 79-cu dəqiqədə nəticə verdi. “Real Sosyedad”ın yarımmüdafiəçisi Subimendi yığmanın yeni qəhrəmanı oldu.

Düzdü, zərbə zamanı səkən topun Şmeyheli çaşdırdığını da vurğulamalıyıq. Bu turnirdə indiyə qədər qol buraxmayan danimarkalı qapıçı yaxın küncə zərbənin öhdəsindən gələ bilmədi. Bu qol “qırmızı furiya”nı turnir cədvəlində zirvəyə çıxardı.

Bu qrupun digər oyununda Serbiya ilk iki qarşılaşmada uduzan İsveçrəni qəbul etdi. Serblərin baş məşqçisi Draqan Stoykoviç müdafiə xəttini yenidən qurmuşdu. Mərkəz müdafiəçilərinin “üçlüy”ünə Erakoviçi daxil etmiş, 18 yaşlı Nedelkoviçi isə cinaha qoymuşdu. Serb müdafiəçilər birbaşa funksiyalarının öhdəsindən gəlməklə yanaşı, rəqib qapısı önündə də fəallıq göstərirdilər. Hesab ilk yarının sonunda açıldı. Samarciçin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Milenkoviç topu tora göndərdi. Elvedi avtoqola səbəblkar oldu.

İkinci hissənin əvvəlində Yoviç fərqi artırmaq imkanını əldən verdi. Ümumiyyətlə, hər iki komandanın hesabı dəyişmək imkanları oldu. Stoykoviç zədələnən Lukiçi Zdelarla əvəzlədi. Qonaqların vurduğu qol ofsayd üzündən sayılmayandan sona Mitroviç kiçik şedevr yaratdı. Artıq meydanı tərk etmək üzrə olan snayper ardından Akancini arxada qoyaraq cərimə meydançasına daxil oldu və yuxarı küncə dəqiq zərbə vurdu.

Bu oyunun daha bir qəhrəmanı qonaqların qol cəhdlərinin qarşısına fədakarlıqla alan, hətta Embolonun penaltisini də qaytaran Raykoviç oldu.

A liqası, 4-cü qrup
3-cü tur
İspaniya – Danimarka 1:0 (0:0)

İspaniya: Rayya, Porro, Vivian, Lyaport, Qrimaldo, Subimendi, Ruis, Yamal (S.Qomes, 90+3), Pedri, (Merino, 62), Oyarsabal (Baena, 62), Morata (Xoselu, 78).
Danimarka: Şmeyhel, Kristensen, Vesterqor, Nelsson, Bax, Heybyerq, Yulmann, Kristiansen, Qrenbek (Heylunn, 78), Eriksen (İsaksen, 73), Dolberq (Poulsen, 73).
Qol: Subimendi, 79.
Vərəqələr: Yulmann, 23. Kristensen, 85. Bax, 88. Nelsson, 90+3. Rayya, 90+4 – sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
12 oktyabr. Mursiya. 29870 tamaşaçı.

Serbiya – İsveçrə 2:0 (1:0)
Serbiya: Raykoviç, Pavloviç, Milenkoviç, Erakoviç, Birmançeviç (Çumiç, 88), Qruiç (Yoviç, 46), N.Maksimoviç, Nedelkoviç (Simiç, 73), Lukiç (Zdelar, 53), Samarciç, Mitroviç (A.Maksimoviç, 73).
İsveçrə: Kobel, Rodriges (Qarsiya, 70), Akanci, Vidmer (Rider, 46), Ebişer (Fernandeş, 70), Caka, Froyler, Elvedi, Ndoy, Embolo (Montero, 85), Amduni (Zekiri, 70).
Qollar: Elvedi, 45+1-öz qapısına (1:0). Mitroviç, 61 (2:0).
Embolo 72-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Vidmer, 23. Elvedi, 44. Nedelkoviç, 71. Simiç, 84. Samarciç, 90+3 – sarı.
Hakim: Simone Sotsa (İtaliya).
12 oktyabr. Leskovats. 6383 tamaşaçı.

1. İspaniya 3 2 1 0 5-1 7
2. Danimarka 3 2 0 1 4-1 6
3. Serbiya 3 1 1 1 2-2 4
4. İsveçrə 3 0 0 3 1-8 0
15 oktyabr: İspaniya - Serbiya, İsveçrə - Danimarka.

Oyundan sonra
Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:

“Yamalın ayağına daim zərbə vururlar... Mənim bir komanda yoldaşım var idi, gileylənənlərə həmişə belə cavab verərdi: “Bəs siz nə gözləyirdiz, öpüş?” Rəqib bütün yol verilən metodlardan yararlanmağa çalışır. Qaydalar çərçivəsində maksimal dərəcədə sərt oynamaq lazımdı. Hakim isə məhz bunun üçün, yəni sərtliklə kobudluğun sərhədlərini müəyyənləşdirmək üçündü. Böyük istedada malik gənc oyunçuları tez-tez məhz bu yolla qorxutmağa, onlarla təmasda olmağa çalışırlar. Hakim Yamal kimi oyunçuları qorumağa borcludu. Ancaq Lamin də belə vəziyyətə uyğunlaşmağı bacarmalıdı. Bəlkə də bəzi oyun epizodlarında topla daha tez vidalaşmalıdı. Mən də istərdim ki, meydan Yamal üçün qızılgül baxçası olsun, ancaq futbolun təbiəti belədi, futbol sərt idman növüdü”.

Viktor Nelsson, Danimarka yığmasının müdafiəçisi:
“İspanlarla səfər oyununda rəqibə qol vəziyyətləri yaratmaqda mane olmaq mümkünsüzdü. Çox çətin oyun idi. Bu oyunda dözməli olduğumuz anların olacağını bilirdik. Bununla belə, məyusam. Hesab edirəm ki, heç-heçə haqqımız idi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-03-2023, 16:0

Morata üçün xüsusi status

Dünya futbolu

26-07-2024, 22:0

Moratanı vətənində niyə sevmirlər? - Avropa çempionlarının kapitanı yenidən İtaliyaya yollandı

Dünya futbolu / AÇ

8-07-2024, 21:0

İspaniya “alman maşını”nı dayandırdı

Dünya futbolu

12-01-2024, 14:0

De la Fuente ilə müqavilə müddəti uzadılacaq

Dünya futbolu

19-07-2024, 13:0

Prezident Sereso transferi təsdiqlədi

AÇ

17-10-2023, 19:0

İspaniya və Şotlandiya AÇ-yə gedir, Holann isə...

Aktual
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
Son xəbərlər
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Dünən, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Dünən, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Dünən, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 221
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə