Prezident Sereso transferi təsdiqlədi

19.07.2024 13:30 330
Dünya futbolu
Alvaro Moratanın “Atletiko”dan ayrılacağı haqda xəbərlər səngimir.

İspaniya yığması ilə Avropa çempionu olan hücumçunun 13 milyon avroya “Milan”a keçəcəyi iddia edilir. Madrid klubunun prezidenti Enrike Sereso transferi təsdiqləyib:

“Morata gedir. O, “Milan”a keçəcək? Deyəsən, hə. Kim qalmaq istəmirsə, gedir. Bu vəziyyət bizi narahat edir. Ona görə ki, Alvaro fantastik oyunçu və valehedici adamdı”.