• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İspaniya və Şotlandiya AÇ-yə gedir, Holann isə...

AÇ

17-10-2023, 19:0

Oktyabrın 13-15-i aralığında futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin 7-8-ci turları çərçivəsində 22 oyun keçirildi.

"Football-plus.az" xəbər verir ki, oktyabrın 13-də Fransa, Portuqaliya və Belçika, srağagün isə İspaniya, Şotlandiya və Türkiyə AÇ-yə vəsiqə qazandı. Xankəndidə bayrağımızın ucaldığı gün “ay-ulduzlular”ın ardıcıl 3-cü qitə birinciliyində oynamaq haqqı qazanması bir başqa ləzzət idi. Daha bir dost ölkə - Qazaxıstan isə səfərdə Danimarkaya uduzmaqla bu mənada şansını xeyli azaltdı.

İspaniya səfərdə Norveç üzərində strateji cəhətdən vacib qələbə qazandı. Skandinavların bu qrupda İspaniya ilə Şotlandiyanın “başını ağrıtmaq” imkanı var idi, ancaq onlar son məğlubiyyətlə bu iki komandanın AÇ-yə yolunu açdı. İlk yarıda meydanda amansız, amma qol vəziyyətləri ilə zəngin olmayan mübarizə getdi. 20-ci dəqiqədə meydanda çox maraqlı epizod yaşandı. Strannberqdən səkən top onsuz da tora daxil olurdu. Ancaq qapı xəttində dayanan Moratanın acgözlüyü qolun qeydə alınmamasını şərtləndirdi. Belə ki, Karvaxalın həmin səkməyə səbəb olan ötürməsi zamanı Morata artıq ofsaydda idi. 2-ci hissədə təzyiqi artıran ispanlar tezliklə qol istəyinə çatdı. Holann və komanda yoldaşları ən azı Qavi hesabı açandan sonra fəallaşmalıydı. Ancaq yığmanın liderləri heç nə ilə yadda qalmadı, azarkeşləri məyus etdi. Bir sözlə, Norveçin AÇ-dən kənarda qalması tam qanunauyğundu.

Qrupun digər oyununda Gürcüstan Cənubi Kipri darmadağın etdi. İlk yarı meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, hesab açılmadı. Villi Sanyol fasilədə yetirmələrinə yaxşıca “qulaqburması vermişdi”. 2-ci hissə başlayan kimi Kiteişvili fərqləndi. Saatın tamamında isə Kvaratsxeliya haqq etdiyi qolu vurdu. Seçmə mərhələdə cəmi iki qol vuran Kipr yunanların bu fərqi aradan qaldıracağı çətin görünürdü. Belə də oldu. Sonradan meydana çıxan Şengeliya tezliklə fərqi darmadağın həddinə çatdırdı. Nəhayət, 5-ci uzatma dəqiqəsində Mikautadze penaltidən fərqləndi. Gürcüstan bu qrupdan çıxmaq şansını itirsə də, Millətlər Liqası vasitəsi ilə AÇ-yə yollana bilər. Bir neçə gün əvvəl Taylandı da 8:0 məğlub edən qonşularımızın iki oyunda 12 qol vurması da maraqlı məqamdı.

A qrupu, 8-ci tur
Norveç – İspaniya 0:1 (0:0)
Norveç: Nülann, Ryuerson, Strannberq (Ayer, 77), Estiqor, Melinq, Eursnes (Torstvedt, 77), Berq (Nusa, 58), Edeqor, Berge, Bobb (Sörlot, 58), Holann.
İspaniya: Simon, Karvaxal, Le Norman (D.Qarsiya, 46), Lyaport, F.Qarsiya, Ruis, Rodri, Qavi (Sanset, 79), Torres (Pedrasa, 71), Fati (Oyarsabal, 46), Morata (Xoselu, 89).
Qol: Qavi, 49.
Vərəqələr: Le Norman, 30. Bobb, 31. Ryuerson, 40. Lyaport, 56. Morata, 61. Rodri, 86 – sarı.
Hakim: Tobias Ştiler (Almaniya).
15 oktyabr. Oslo. 25885 tamaşaçı.
Gürcüstan – C.Kipr 4:0 (0:0)
Gürcüstan: Mamardaşvili, Kaşiya, Kverkveliya, Loçoşvili, Azarov (Şengeliya, 71), Kiteişvili (Kvekveskiri, 85), Koçoraşvili, Çakvetadze (Davitaşvili, 71), Mamuçaşvili, Kvaratsxeliya (Mekvabişvili, 85), Zivzivadze (Mikautadze, 59).
C.Kipr: Mall, Andreu (Antoniu, 46), Qoqiç, Karo, Kiprianu, İoannu (A.Korreyya, 87), Kiriaku (Haralampus, 62), Kusulos, Spolyariç, Kastanos (Loizu, 70), Xristofi (Kakulis, 70).
Qollar: Kiteişvili, 46 (1:0). Kvaratsxeliya, 58 (2:0). Şengeliya, 82 (3:0). Mikautadze, 90+5 (4:0).
Vərəqələr: Xristofi, 29. Çakvetadze, 45. Karo, 48 – sarı.
Hakim: Robert Cons (İngiltərə).
15 oktyabr. Tbilisi. 27223 tamaşaçı.
1. İspaniya 6 5 0 1 19-3 15
2. Şotlandiya 6 5 0 1 12-3 15
3. Norveç 7 3 1 3 11-9 10
4. Gürcüstan 6 2 1 3 9-13 7
5. C.Kipr 7 0 0 7 2-25 0

Fakt
İspaniya yığması son 4 oyunda ümumi 16:1 hesabıyla qələbə qazanıb. “Qırmızı qəzəb” Norveçə qədər Gürcüstan (7:1), Cənubi Kipr (6:0) və Şotlandiya (2:0) ilə oyunlardan da qalib ayrılmışdı.

Oyundan sonra
Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi: “Komanda böyüyür. Biz vahid kollektivik və bu meydanda da görünür. Bu uğura nail olmaq üçün xeyli iş görmüşük. AÇ-yə vəsiqə öhdəlik və məsuliyyətdi, başqa heç nə. Bu seçmə mərhələdə nələrdən keçdiyimizi xatırlayırıq. Problemlər həll olundu, detallar düzəlişə məruz qaldı, ancaq ssenari həminkidi”.

Paylaş:
Digər xəbərlər

AÇ / Manşet

29-03-2023, 10:0

AÇ-2024: Seçmə mərhələdə 2-ci tura yekun vuruldu - YENİLƏNİB

AÇ / Manşet

9-09-2023, 10:0

AÇ-2024-də 5-ci turun növbəti oyunları keçirilib - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

31-08-2023, 21:0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

İdman

7-10-2023, 17:0

“Efes” mövsümə məğlubiyyətlə başladı

Manşet / Çempionlar Liqası

25-08-2022, 20:0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Aktual
Elvin də qol vurdu, Abbas da - “Qarabağ”dan böyükhesablı qələbə!
Elvin də, Abbas da oyuna çıxdı!
Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
“Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
“Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
Son xəbərlər
  • Bu gün, 14:53
    “Qarabağ”ın, yoxsa “Sabah”ın çempionluğu vacibdi?
  • Bu gün, 14:32
    Füzulidə qızlar üçün futbol festivalı keçirildi
  • Bu gün, 14:01
    Elvin də qol vurdu, Abbas da - “Qarabağ”dan böyükhesablı qələbə!
  • Bu gün, 13:40
    Mövsümü erkən başa vurdu
  • Bu gün, 13:19
    Tahir Gözəl "Sabah"ı təbrik etdi
  • Bu gün, 12:58
    Millimiz Belarusa qalib gəldi
  • Bu gün, 12:37
    "Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
  • Bu gün, 12:16
    Elvin də, Abbas da oyuna çıxdı!
  • Bu gün, 11:54
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı
  • Bu gün, 11:23
    ''Fənərbaxça''nın kapitanı bir illik futboldan kənarlaşdırıldı! - Edersonun da cəzası bəlli oldu
  • Bu gün, 10:52
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 10:31
    DÇ-2026-nın mükafat fondu artırılacaq
  • Bu gün, 10:00
    Rokkinin cəzalanması “İnter”i B seriyasına göndərə bilər
  • Bu gün, 01:02
    Arda Turan acı məğlubiyyətlə üzləşdi
  • Bu gün, 00:04
    9-cu çempion: "Sabah" - 18 ildə ilk
  • Dünən, 23:05
    “Sizdən bir xahişim olacaq: bu gün olarmı sual verməyəsiz?” – Yuri Vernidub
  • Dünən, 22:47
    “Həmişə çempion olası deyilik ki...” – Qurban Qurbanov
  • Dünən, 22:19
    "Neftçi" mövsümün ən böyükhesablı qələbəsini qazandı
  • Dünən, 21:54
    "Neftçi" "Zirə"ni arxada qoydu, "Sabah" çempion oldu - YENİLƏNİB
  • Dünən, 20:57
    AFFA rəhbərliyi FİFA-nın Konqresində
  • Dünən, 19:34
    "Neftçi" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:51
    Ferrara skudettonu əsas hədəf sayır - “Artıq dünyanın ən yaxşı oyunçularına malik deyilik”
  • Dünən, 18:20
    “İnter” 3, “Latsio” 7 ildən sonra finalda oynayacaq - İCMAL
  • Dünən, 17:59
    Məşqçilər üçün beynəlxalq seminar
  • Dünən, 16:58
    Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
  • Dünən, 16:27
    Binə stadionuna FİFA sertifikatı verildi
  • Dünən, 15:56
    Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi
  • Dünən, 15:25
    Prezident güləşçilərlə görüşdü, avropalılardan narazılıq etdi
  • Dünən, 14:53
    "Daha güclü olacaq potensiala malikik” - Aqil Nəbiyev
  • Dünən, 14:22
    Argentina klublarından 6 qələbə!
  • Dünən, 13:51
    Son çempion ardıcıl 3-cü qələbəsini qazandı
  • Dünən, 13:22
    266-cı “Superklasiko”da “Boka Xuniors” qalib gəldi
  • Dünən, 12:53
    “Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
  • Dünən, 12:24
    Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
  • Dünən, 11:55
    Millimiz Pakistana qalib gəldi
Daha çox
Oxunub: 296
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 198
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 190
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 155
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 130
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
Oxunub: 129
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə