Portuqaliyalı ulduz Rikardo Kaureşma 41 yaşı olmasına və 2022-dən bu yana klubsuz qalmasına baxmayaraq hələ də karyerasını başa vurmayıb.
Ünlü futbolçu Portuqaliya mətbuatına son açıqlamasında bu mövzuya toxunub. ''Beşiktaş''da iki fərqli dönəmdə (2010-13, 2015-19) çıxış edən, 227 rəsmi oyuna çıxaraq 38 qol, 77 məhsuldar ötürmə ilə fərqlənən Kaureşma vida oyununu məhz bu klubda keçirəcəyini istisna etməyib: ''Karyeramda böyük iz buraxan cəmi 3 klub var. ''Sportinq'' futbola başladığım yerdi. Karyeram boyunca ürəkdən sevdiyim iki klub olub. Biri ''Portu'', digəri ''Beşiktaş''. Bundan sonra bir daha yüksək səviyyədə oynayıb-oynamayacağımı bilmirəm. Oynamasam, ən azı bir vida oyunu təşkil etmək istərdim. Bunu ya ''Portu'', ya da ''Beşiktaş''ın heyətində edəcəm''. Kaureşma ən son 2021/22-də vətənində ''Gimaraynş''ın şərəfini qoruyub.
ƏLİ