FİBA Avropa Kubokunda mübarizə aparan "Sabah" Basketbol klubu növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionu Yunanıstanın "Marussi" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 82:70 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" turnirin ilk turunda səfərdə Belçika təmsilçisi "Spiru"ya 81:82 hesabı ilə məğlub olub.