• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avqustun 27-də futboldan getmişdi, oktyabrın 2-də müqavilə bağladı...

Dünya futbolu

14-10-2024, 11:0

“Barselona” oktyabrın 2-də 34 yaşlı qolkiper Voytsex Şensnının keçidini elan edib.

Aydın məsələdi ki, polşalı ciddi zədə alan Mark-Andre ter Ştegenin əvəzinə gətirilib. La Liqanın qaydaları azad agent kimi müqavilə bağlayan futbolçuları sifariş ərizəsinə salmağa imkan vrir. Kataloniya klubunun rəhbərliyi də məhz bu qaydadan yararlanıb.

Qapıçının “Barsa” ilə müqaviləsi 2025-ci ilin iyununa qədər nəzərdə tutulub. “Diario Sport”un yazdığına görə, “göy-qırmızılar” ona bir il üçün 3 milyon avroya yaxın (vergilər çıxılmadan) və bonuslar ödəyəcək.

Maraqlıdı ki, Voytsex “blauqrana”nın şərəfini qorumaq naminə karyerasını bitirməklə bağlı qərarını dəyişdi – o, avqustun 27-də “peşəkar futboldan getmək qərarına gəldim”, - deyə “Yuventus”la müqaviləni vaxtından əvvəl pozmuşdu, indi isə top-klubla müqavilə bağladığına görə Turin klubuna 2 milyon avro kompensasiya ödəməli olacaq.

Voytsexlə danışıqlar çoxdan gedirdi. Ancaq klub “qeydiyyatla bağlı texniki problemlər” üzündən keçidi elan edə bilmirdi. Çərşənbə axşamı, oktyabrın 1-də - “Barselona”nın Çempionlar Liqası çərçivəsində “Yanq Boyz”u darmadağın etdiyi (5:0) oyunu izləyənlər arasında polşalı qapıçı da var idi.

Xatırladaq ki, “Barsa” əsas qapıçısı Ter Ştegeni uzun müddətə itirib. 32 yaşlı alman sağ dizinin vətərlərini qırıb və buna görə ən azı 8 ay yaşıl meydana çıxa bilməyəcək. Odu ki, təcili ona güclü əvəzedici tapılmalıydı. Düzdü, heyətdə 25 yaşlı İnyaki Penya da var. “La Masiya”nın yetirməsi Mark-Andre zədələnəndən sonra artıq 4 oyunda “Barselona” forması geyməyə imkan tapıb. Ancaq oyunu ilə klub rəhbərliyinə inam bəxş etməyib. Düzünə qalsa, ötən mövsüm də özünü almaniyalı kiperin layiqli əvəzedicisi kimi göstərə bilməyib.
“Göy-qırmızılar” yalnız azad agentlərin namizədliyini nəzərdən keçirə bilərdi. Ona görə ki, Avropada “transfer pəncərəsi” yanvara qədər bağlıdı. Voytsex yeganə variant deyildi. Loris Karius, Klaudio Bravo və Keylor Navasın da namizədliyi müzakirə olunurdu. İspaniya mediasına inansaq, polşalının keçidində həlledici rolu həmvətəni Robert Levandovski oynayıb. Məhz məşhur hücumçu Şensnının Kataloniyanın paytaxtına köçməsində israrlı olub.

Xatırladaq ki, qolkiper Polşa yığması üçün uğursuzluqla nəticələnən Avropa çempionatından sonra mydana çıxmayıb. Almaniyadakı turnir yığma üçün qrup mərhələsində bitib, Voytsex isə iki oyunda meydana çıxaraq 5 qol buraxıb. O, son 7 mövsümü “Yuventus”da keçirib. Turin klubuna qədər də “Roma”, “Arsenal” və “Brentford”un şərəfini qoruyub. Avqustun sonunda isə gözlənilmədən karyerasını bitirdiyini elan edib. Qolkiper həmin vaxt sosial şəbəkədə belə yazmışdı:

“Bu gün nəyim varsa, ona görə gözəl futbola borcluyam. Ancaq mən də futbola hər şeyimi vermişəm. Cismim hələ də yeni çağırışlara hazır olsa da, ürəyim artıq yerində deyil”.

Şensnı artıq böyük futbola qayıdır, ancaq forma yığmalı olacaq. Çox güman, bunun üçün müəyyən vaxt lazım gələcək. Polşalı qapıçını yalnız yığmaların oyunları üçün yaranan fasilədən sonra yaşıl meydanda görə biləcəyik.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-08-2024, 11:0

Klubunu 7 ildən sonra tərk etdi

Dünya futbolu

1-10-2024, 16:0

Ter-Ştegenin zədələnməsi Olmoya şans yaratdı

Dünya futbolu

27-09-2024, 16:0

“Barselona” ilə razılığa gəldi

İdman

7-08-2023, 20:0

Avroliqa iştirakçıları kimi alır, kimi satır?

Aktual

24-06-2024, 19:0

Mbappe 100 milyon avro irəli düşəcək

Dünya futbolu

17-03-2024, 13:0

Hülmann və Qrinvud yayda Kataloniyada görünə bilər

Aktual
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Son xəbərlər
  • Bu gün, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Bu gün, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Bu gün, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Bu gün, 20:33
    MY-də yeni qapıçı
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə