• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hülmann və Qrinvud yayda Kataloniyada görünə bilər

Dünya futbolu

17-03-2024, 13:0

“Malyorka” ilə oyunda “Barselona”ya qələbə qazandıran yeganə qolun müəllifi Lamin Yamal yenə futbol ictimaiyyətinin diqqət mərkəzindədi.

Cari mövsümdə “blauqrana”nın heyətində çıxış edən, ancaq “Mançester Siti”yə məxsus olan sağ cinah müdafiəçisi Joao Kanselo da yeniyetmə istedadla bağlı fikirlərini bölüşüb:

“Lamin qeyri-adi oyunçudu. 16 yaşında “Barsa”nın şərəfini qorumaq üçün hər kəsin çata biləcəyi xoşbəxtlik deyil. O, xüsusi istedaddı, ancaq futbolda yalnız istedad kifayət etmir. Sizə mentallıq da lazımdı, gördüyüm qədəri ilə Lamində bu var. Fikri dağılmasa, onu böyük gələcək gözləyir. Kubarsi ilə Fermin Lopesi də izləyin. “La Masiya” böyük işlər görür”.


“Barsa”nın tarixinə 400 oyun keçirən 3-cü qeyri-ispan kimi düşən almaniyalı qapıçı Mark-Andre ter Ştegen isə Yamal yox, Xavi Ernandesin klubdan ayrılmaq qərarı haqda danışıb:

“Komanda baş məşqçinin qərarına görə məsuliyyət daşıyır. Həmişə mümkün olan hər şeyi etməliyik. Eləcə də baş məşqçi üçün. Xavi komandanı yüksək səviyyəyə qaytaran əla mütəxəssisdi. Xavi əla işləyir, bu isə komandaya 3-4 gündən bir oynamaq imkanı verir. Onun klubdan ayrılmasını qəbul etmək çətindi: həm futbolçu, həm də dost kimi”.


“Barselona”nın sabiq oyunçusu, əfsanələrindən biri Andres İnyesta da Xavinin yayda komandanın düşərgəsini tərk etmək qərarına toxunub:

“Azarkeş və dost kimi onun gedişinə təəssüflənirəm. Ona görə ki, “Barselona”da çalışmağı necə ürəyinə yaxın qəbul etdiyini, bu klubun onun üçün necə əziz olduğunu bilirəm. Xavi bütün bunları özünə və ya şəxsi şöhrətinə görə yox, kluba sevgisi üzündən edir. Aydın məsələdi ki, Xavi getmək qərarı veribsə, bu addımı “Barsa” naminə atır”.


Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” klubunun şərəfini qoruyan İnyesta həmkarımızın “gələcəkdə “Barselona”nı çalışdırmaq istərdinizmi” sualını da cavablamalı olub:

“Barsa”nı çalışdırmaq istəyirəmmi? Perspektivdə hə, amma ona qədər hələ uzun yol var. Karyeramı davam etdirirəm, hətta lisenziyam da yoxdu. Başlanğıc üçün lisenziya almaq lazımdı, ondan sonra vəziyyətə baxarıq”.


“Barselona” ilə bağlı bəzi başqa maraqlı xəbərlər də var. Klub dayaq zonasını gücləndirmək variantlarına baxır. “Sportinq”in dayaq yarımmüdafiəçisi Morten Hülmann kataloniyalıların maraq dairəsindədi. Bu haqda xəbəri “Tipsbladet” yayıb. Elə həmin qaynağa inansaq, “blauqrana” rəhbərliyi Mortenin karyerasını yaxından izləyir və yayda rəsmi təklif göndərməyə hazırdı. Hülmann “Barselona”nın düşərgəsinə Portuqaliya çempionatının liderinin baş məşqçisi Ruben Amorimlə birgə yollana bilər. Futbolçunun Lissabon klubu ilə müqaviləsinin müddətini 2028-ci ilin iyununa qədərdi, onun illik maaşı 2 milyon avrodu. “Трансфермаркт” danimarkalını 30 milyon avroya dəyərləndirir. Hülmann cari mövsümdə “Sportinq”in heyətində keçirdiyi 37 oyunsa iki qol vurub, dörd məhsuldar ötürmə verib.

Hülmann ilə yanaşı, “Mançester Yunayted”in hücumçusu, hazırda icarə əsasında “Xetafe”də çıxış edən Meyson Qrinvud da karyerasını “Barselona”da davam etdirə bilər. “Diario Sport” xəbər verir ki, kataloniyalıların idman direktoru Deku Barselonada MY-nin icraçı direktoru Con Merto ilə görüşüb. Klub təmsilçiləri Qrinvudun yay “transfer pəncərəsi” dövründə mümkün keçidini müzakirə edib.

“Xetafe” Qrinvudu ötən ilin sentyabrında icarəyə götürüb. O, cari mövsümdə İspaniya klubunun heyətində keçirdiyi 26 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, məişət zorakılığında suçlanan hücumçu 2022-ci ilin yanvarından “Xetafe”yə yollanana qədər MY-də futboldan uzaqlaşdırılmışdı. Onun mankunianlarla müqaviləsinin müddəti 2025-ci ilin yayında bitəcək.

Düzdü, MY hücumçunu satmaq istəyir. Ancaq “Marca”nın yazdığına inansaq, İngiltərə klubu 50 milyon avrodan aşağı qiymətə razılaşmır. 22 yaşlı futbolçunun xidmətində maraqlı olan klublardan heç biri həmin məbləği ödəməyə hazır deyil. Onu almağa əsas iddialı “Barselona” olsa da, “Xetafe” və “Atletiko” da bu yarışa qoşula bilər. “Transfermarkt” Qrinvudini indiki bazar qiymətinin 7,5 milyon avro ilə dəyərləndirir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-05-2023, 13:0

15 yaşında rekordçu oldu

Dünya futbolu / Yazarlar

13-09-2023, 20:0

16 yaşında dünyanı heyran edən istedad… - YAZI

Dünya futbolu

9-09-2023, 18:0

Milli komandanın tarixinə düşdü

Dünya futbolu

28-07-2022, 13:0

Ter Ştegen "Barselona"da qalaca

Dünya futbolu

3-10-2023, 17:0

16 yaşlı futbolçuya 1 milyard avro qiymət qoyuldu

Dünya futbolu

14-07-2023, 22:0

“Barselona” hələ yalnız 13 futbolçunu qeydiyyatdan keçirib

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 130
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə