• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlər qələbə qazandı, MY, “Çelsi” və “Tottenhem” büdrədi - ŞƏRH

Dünya futbolu

10-10-2024, 00:0

Premyer-liqada hesabat turu ilk üç pillədə qərarlaşanların – “Liverpul”, “Mançester Siti” və “Arsenal”ın qələbəsi ilə əlamətdar oldu.

Təbii ki, belədə zirvədə xal fərqi dəyişməz qaldı. Qalan nəhənglərdən “Mançester Yunayted” və “Çelsi” heç-heçə ilə kifayətləndi, “Tottenhem” isə ilk yarını 2:0 öndə bitirdiyi oyunda məğlub oldu.

7-ci turun yekununda “Liverpul” zirvədə qaldı. Slotun komandası səfərdə “Kristal Pelas”ı məğlub edə bildi. Oyun hər iki komanda üçün birmənalı alınmadı. İlk yarı “qırmızılar”ın total dominantlığı şəraitində keçdi. Ancaq belə böyük üstünlük yalnız Jotanın 9-cu dəqiqədə vurduğu qolda əksini tapdı. İkinci yarının əvvəli də “Liverpul”un üstünlüyü şəraitində keçsə də, “Kristal Pelas” tədricən oyunu bərabərləşdirə bildi. Artıq qonaqların qapısı önündə də təhlükəli vəziyyətlər yaranmağa başladı. Bundan başqa, onlar Alissonun zədəsi üzündən də sonda əsəbləşməli oldular. Hər halda, qələbə hesabını və liderliyi qoruya bildilər.

MS “Liverpul”a xal fərqini artırmağa imkan vermədi. “Fulhem”ə qalib gələn “şəhərlilər” yenidən “qırmızılar”dan geriliyi 1 xala endirdi. “Bağbanlar”la oyun meydan sahibləri üçün heç də asan keçmədi. Erkən qol vurmaq istəyən “şəhərlilər” istəyinə çatmadı. Rəqibin start təzyiqini dəf edən “qonaqlar” 26-cı dəqiqədə hesabı açdı. Ximenesin cəlbedici daban ötürməsindən sonra Pereyra yaxın məsafədən Edersonun qapısına yol tapdı. 6 dəqiqə sonra “Siti” hesabı bərabərləşdirdi – künc zərbəsinin ardından Kovaçiç fərqləndi. Xorvat hücumçu 2-ci hissənin əvvəlində cərimə meydanının xətti üzərindən zərbə ilə daha bir qol vurdu. Ardından Qvardiolanın komandası ərazi üstünlüyünü rəqibə verdi. “Siti” 82-ci dəqiqədə sürətli əks-hücumların birində hesabı 3:1 etdi. Sonradan meydana çıxan Dokyu adını tabloya yazdırdı. Ancaq “Fulhem” sona qədər mübarizə apardı. Muniz 89-cu dəqiqədə fərqi minimuma endirdi. Sonluq “Siti” üçün əsəbi alındı. Çempion qələbə qazansa da, oyunu ümid vermədi.

“Arsenal” lideri izləməkdədi. “Topçular” “Sauthempton”la oyunda favorit statusunu doğrultdu. Hərçənd ilk yarı qolsuz keçdi. Bütün komponentlərdə üstün olan “Arsenal” təzyiq göstərsə də, “müqəddəslər” sıx müdafiə olunurdu. 2-ci yarıda oyun daha açıq xaraker aldı. Qarşılıqlı təhlükəli vəziyyətlərin ardından hesabı “Aston Villa” açdı. Amma cəmi 3 dəqiqə sonra hesabı bərabərləşdirən “Arsenal” təzyiqi bir qədər də artırdı. Hücum dalğası fonunda Martinellinin 69-cu dəqiqədəki qolu da təəccüb doğurmadı. Qonaqların, demək olar ki, məğlubiyyətdən qurtulmaqla bağlı düşünməyə vaxtı yox idi, çünki təzyiq davam edirdi. Sakanın 88-ci dəqiqədəki qolu intriqanı tam öldürdü.

“Aston Villa” ilə MY məğlubiyyətdən necə qorxdusa, bir-birinin qapısına yol tapa bilmədi. Özü də qolsuz heç-heçəni tam qanunauyğun və ədalətli nəticə saymaq olar. İlk yarıda komandalar çox ləng oynadı, qarşılıqlı pressinq tətbiq etdi, çoxlu səhvə yol verdi və irəlidə fəallıq göstərmədi.

Ümumiyyətlə, təhlükəli vəziyyətlər yox idi. Fasilədən sonra meydanda daha canlı, daha gümrah oyun getdi. Ancaq o da hiss olunurdu ki, rəqiblərdən heç biri açılmaq, risk etmək istəmir. Hər biri “az qan” ilə nəticəyə nail olmağa çalışırdı. Oyunun mənzərəsini bir qədər dəyişən, bununla belə, qol vurulmasına səbəb olmayan əvəzetmələr də işə yaramadı. Nəticədə heç kimi razı salmayan, ancaq tərəflərdən heç biri üzərində təzyiq də yaratmayan qolsuz heç-heçə qeydə alındı.
“Çelsi” “Nottingem Forest”i qəbul etdi. Oyun asta tempdə başladı. Madueke cərimə meydançasına daxil olaraq yaxın küncə zərbə vurdu – top toru yandan silkələdi. Qonaqlar buna Yeytsin təhlükəli baş zərbəsi ilə cavab verdi. “Zadəganlar”ın heyətində istənilən mövqedən zərbə vurmağa çalışan Madueke seçilirdi. Hissənin sonunda komandalar hərəyə iki təhlükəli vəziyyət yaratdı. Sançes Murilyonun, Sels Maduekenin zərbəsinin qarşısını aldı. Ardından Palmer topu dirəyə vurdu, Yeytsin əlverişli mövqedən zərbəsini Koluill blokladı. 2-ci hissənin əvvəlində qonaqlar irəli çıxdı. Amma “Çelsi” çox tez hesabı bərabərləşdirdi. Palmerdən ötürmə alan Madueke uzaq küncə dəqiq zərbə vurdu. Londonluların qələbə topunu vurmaq üçün də imkanları oldu. Uord-Prouz 78-ci dəqiqədə meydandan qovulandan sonra “Çelsi” say üstünlüyü qazansa da, bundan yararlana bilmədi.

“Arsenal” kimi “Brayton” da əzmkar qələbə qazandı. Baxmayaraq ki, “Tottenhem”lə oyun “qağayılar” üçün çox pis başladı. Şimali London klubu ilk yarının ortalarında əla forma yığan Consonun qolu ilə önə keçdi. Fasiləyə qədər Meddison “mahmızlar”ın üstünlüyünü möhkəmlətdi. Ancaq 2-ci hissə başlayan kimi oyunun axarı dəyişdi. “Brayton” bir-birinin ardınca üç qol vurdu. Cari mövsümdə 3-cü məğlubiyyətini alan “Tottenhem”, çətin ki, “ÇL zonası”na düşmək uğrunda mübarizə apara bilə.

Turun qalan oyunlarına gəlincə, “Everton”la “Nyukasl” qalibi müəyyənləşdirə bilmədi. “Sağsağanlar”ın ilk yarıda hesabı açmaq üçün əla imkanı var idi, ancaq Qordon penaltini boşa verdi. “Brentford” və “Vest Hem” azarkeşlərini məhsuldar qələbə ilə sevindirdi. “Arılar” “Vulverhempton”u 5:3 hesabıyla məğlub etdi, London klubu isə “İpsviç”dən üstün oldu – 4:1. “Lester” mövsümdə ilk qələbəsini qazandı. “Tülkülər” evdə “Bornmut”u Buonanottenin yeganə qolu ilə məğlub etdi.

7-ci tur
Kristal Pelas – Liverpul 0:1

Jota, 9. (25185)
Liverpul: Alisson (Yaroş, 79), Aleksander-Arnold, Konate, Van Diyk, Simikas (Robertson, 79), Cons (Endo, 89), Makallister (Soboslai, 46), Salah (Dias, 72), Qravenberx, Qakpo, Jota.

Mançester Siti – Fulhem 3:2
Kovaçiç, 32; 47. Dokyu, 82 – Pereyra, 26. Muniz, 89. (55017)
MS: Ederson, Lüis, Akanci (Uoker, 62), Diaş, Qvardiol, Kovaçiç, Gündoğan (Nunyeş, 90+1), B.Silva, Foden (Stounz, 79), Qriliş (Dokyu, 62), Holann.

Arsenal – Sauthempton 3:1
Haverts, 58. Martinelli, 69. Saka, 88 – Arçer, 55. (60307)
Arsenal: Rayya, Parti (Tomiyasu, 85), Saliba, Qabriel, Kalafyori (Kivyor, 90), Haverts, Jorjinyo (Merino, 61), Rays, Saka, Jezus (Trossar, 60), Sterlinq (Martinelli, 60),

Aston Villa – Mançester Yunayted 0:0
(42585)
MY: Onana, Mazraui (Lindelöf, 46), Maquayr (De Liqt, 46), Evans, Dalot, Maynu (Kazemiro, 85), Eriksen, Qarnaço, Fernandeş, Reşford (Antoni, 64), Heylunn (Zirkzee, 64).

Çelsi – Nottingem Forest 1:1
Madueke, 57 – Vud, 50. (39501)
Çelsi: Sançes, Hüsto, Fofana, Koluill (Adarabioyo, 90+3), Kukurelya, Kaysedo, Fernandes (Feliş, 81), Madueke (Neto, 90), Palmer, Sanço (Mudrik, 90), Cekson (Nkunku, 81).

Brayton – Tottenhem 3:2
Mintex, 48. Rütter, 58. Uelbek, 66 – Conson, 23. Meddison, 37. (31487)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Udoci, Kulusevski, Bentankur (Bissuma, 79), Meddison (Mur, 86), Conson, Solanke, Verner (Sarr, 79).

Brentford – Vulverhempton 5:3
Kollinz, 2. Mbemo, 20-p. Nerqor, 28. Pinnok, 45+2. Karvalyo, 90 – Kunya, 4. Strand Larsen, 26. Ayt-Nuri, 90+3. (16960)

Lester – Bornmut 1:0
Buonanotte, 16. (31706)

Vest Hem – İpsviç 4:1
Antonio, 4. Kudus, 43. Bouen, 50. Paketa, 69 – Delap, 6. (62467)

Everton – Nyukasl 0:0
(39265)

1. Liverpul 7 6 0 1 13-2 18
2. Mançester S. 7 5 2 0 17-8 17
3. Arsenal 7 5 2 0 15-6 17
4. Çelsi 7 4 2 1 16-8 14
5. Aston Villa 7 4 2 1 12-9 14
6. Brayton 7 3 3 1 13-10 12
7. Nyukasl 7 3 3 1 8-7 12
8. Fulhem 7 3 2 2 10-8 11
9. Tottenhem 7 3 1 3 14-8 10
10. Nottingem F. 7 2 4 1 7-6 10
11. Brentford 7 3 1 3 13-13 10
12. Vest Hem 7 2 2 3 10-11 8
13. Bornmut 7 2 2 3 8-10 8
14. Mançester Y. 7 2 2 3 5-8 8
15. Lester 7 1 3 3 9-12 6
16. Everton 7 1 2 4 7-15 5
17. İpsviç 7 0 4 3 6-14 4
18. Kristal Pelas 7 0 3 4 5-10 3
19. Sauthempton 7 0 1 6 4-15 1
20. Vulverhempton 7 0 1 6 9-21 1


Bombardirlər: Holann (MS) – 10, Palmer (Çelsi), Mbemo (Brentford) - 6, Dias (Liverpul) - 5.

Növbəti turun oyunları oktyabrın 19-21-i aralığında keçiriləcək: Tottenhem – Vest Hem, Fulhem – Aston Villa, İpsviç – Everton, Mançester Yunayted – Brentford, Nyukasl – Brayton, Sauthempton – Lester, Bornmut – Arsenal, Vulverhempton – Mançester Siti, Liverpul – Çelsi, Nottingem Forest – Kristal Pelas.

Turun rəqəmi
50 – “Mançester Siti” evdə məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdırdı. Komanda son 50 ev oyununun 41-də qələbə qazanıb, 9-da heç-heçə edib.

Turun ulduzu
Bukayo Saka (Arsenal) – “topçular”ın liderlərindən biri “Sauthempton”la oyunda özünü parlaq şəkildə göstərdi. Reaktiv Bukayo əvvəlcə iki məhsuldar ötürmə verdi, sonda isə özü də fərqlənməklə qalibin kimliyi ilə bağlı sualı cavabladı. Yarımmüdafiəçi mövsümün əvvəlində əla forma yığıb. Tempi aşağı salmasa, mövsümün sonunda hansısa fərdi mükafata ümid edə bilər.

Turun sitatı
Dimitar Berbatov, MY-nin sabiq hücumçusu:

“Doğru sözlər tapmağa çalışıram. 36 yaşlı Evans meydanda ən yaxşı oyunçu idi. “Mançester Yunayted”in bütün oyunçuları buna görə utanmalıdı. Komandanın belə oyunla xallar toplaması çətin olacaq”.


Faktlar
* Slot “Liverpul” üçün yeni rekord müəyyənləşdirdi. 46 yaşlı niderlandlı klub tarixinə ilk 10 oyunda 9 qələbə qazanan ilk məşqçi kimi düşdü. “Qırmızılar” onun rəhbərliyi altında bir dəfə - 4-cü turun “Nottingem Forest”lə oyununda uduzub (0:1).
* Haverts “Emireyts” stadionunda ardıcıl 7-ci oyunda fərqlənməklə Van Persiyə məxsus rekordu təkrarladı.
* “Tottenhem” premyer-liqada 10-cu dəfə 2:0 öndə olduğu oyunun sonunda uduzdu. Heç bir başqa komandanın belə pis nəticəsi yoxdu.
* Conson “Tottenhem”in heyətində ardıcıl 6-cı oyunda fərqləndi. Sonuncu dəfə Keynin 2019-da belə uğurlu seriyası olmuşdu.
* MY premyer-liqadakı ardıcıl 3-cü oyunda qol vura bilmədi. Ümumiyyətlə, 7 turdan sonra “qırmızı şeytanlar”ın hesabında cəmi 5 qol var. Yalnız “Sauthempton” daha az qol vurub.
* 7 turdan sonra 8 xal MY-nin son 35 ildəki ən pis nəticəsidi. 1989/90 mövsümünə də belə zəif başlayan komanda sonda 13-cü yeri tutmuşdu.

Reaksiyalar
Erik ten Haq, MY-nin baş məşqçisi:
“Cari mövsümdə 4-cü “quru” oyunumuzu keçirdik. Lazımi sayda qol vəziyyəti yarada bilmədik. Tirdən dönən topumuz oldu, Reşford də fərqlənə bilərdi. Ancaq meydanda bərabər oyun getdi. Son oyunlarda çoxlu qol vəziyyəti yaradırıq, sadəcə, daha fəal olmalıyıq. Hazırda bizdə qolların çatışmadığını bilirik. Bu cəhəti yaxşılaşdırmaq lazımdı. Ancaq dörd oyunda da qol buraxmamışıq. Bu isə yaxşıdı, necə lazımdısa, elə də müdafiə olunuruq”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Alisson bizim aşkar “1 nömrə”di. O, dünyanın ən yaxşı qapıçısıdı. Belə oyunçunun zədə alması böyük zərbədi. Çox güman, nə Braziliya yığmasının heyətində olacaq, nə də yığma fasiləsindən sonrakı ilk oyunlarımızda meydana çıxacaq. Bir neçə həftəliyə sıradan çıxıb”.


Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi:
“Məğlubiyyətə görə əlim-qolum boşalıb. Bu, komandanın rəhbərliyim altındakı ən pis məğlubiyyətidi. İkinci hissə yolverilməz idi. Anlaması çətin olan vəziyyətlə üzləşdik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

21-02-2023, 14:0

İngiltərə premyer-liqasının ötən turu ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

16-06-2022, 14:0

Premyer-liqanın təqvimi müəyyənləşdi

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

26-09-2024, 15:0

MY darmadağın etdi, “Tottenhem” çətin qələbə qazandı - İCMAL

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 245
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 150
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə