• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Az oynadığıma görə Fernando Santuşa haqq verirəm” - Vüsal Azərbaycana qayıtmaq istəmir

Aktual / Müsahibə

29-09-2024, 12:0

Türkiyə çempionatının 1-ci liqasında forma geyən azərbaycanlı futbolçulardan biri də Vüsal İsgəndərlidi.

Albaniya karyerası ürəkaçan olmayan Vüsalın indiki komandası “Boluspor”da da çətin günlər yaşanır. Mövsümə uğursuz nəticələrlə başlayan, məşqçi dəyişikliyi edilən komanda hazırda autsayderlər sırasındadı. Hətta Vüsalın Albaniyaya dönmək variantı da ortaya atılıb. Belə zəif nəticələr fonunda İsgəndərlinin yığmaya çağrılmaması təəccüb doğurmadı. Dünən onunla əlaqə saxladıq, bəzi suallara cavab tapmağa çalışdıq.

- “Boluspor” ilk 5 turda cəmi bir qələbə qazanıb və turnir cədvəlində 5 xalla autsayderlər sırasındadı. Ötən mövsüm Superliqaya yüksəlmək üçün mübarizə apardığınız halda, yeni mövsümə belə pis başlamağın səbəbi nədi? Bundan sonra hədəf nə olacaq?
- Hələ çempionat yenicə başlayıb. Düzdü, 5 oyun keçib və istədiyimiz nəticələr yoxdu. Çətinlik çəkirik, heyət eyni olsa da, baş məçqçimiz yenidi, onun istədiyi şeylər başqadı və s. Amma çempionat uzun marafondu, hər şey ola bilər. Tezliklə toparlanmalıyıq. Əlimizdən gələni edib, daha yaxşı nəticələr qazanmağa çalışmalıyıq.

- Ötən oyunda adın iştirak ərizisinə salınmamışdı. Bu, fiziki durumunda hansısa problem ilə bağlıdı, yoxsa heyətdəki rəqabətlə?
- Xəstəydim. Əslində komanda ilə getmişdim, amma alınmadı. Yəni özümü yaxşı hiss etmirdim deyə iştirak ərizəsinə adım salınmamışdı. İnşallah, növbəti matçlarda heyətdə olaram. Yəqin ki baş məşqçi mənə şans verər. Şans verildiyi təqdirdə əlimdən gələn hər şeyi etməyə hazıram.

- Ardıcıl uğursuz nəticələr Türkiyədəki karyerana necə təsir edə bilər? Bu yay Türkiyədən və Azərbaycandan hansısa təkliflər aldınmı?
- Əslində təsir edəcəyini düşünmürəm. Hələ ki karyeramı ölkə xaricində davam etdirmək istəyirəm, Azərbaycana qayıtmaq fikrim yoxdu. Ümid edirəm xeyirlisi olar. Zaman göstərər. Böyük danışmaq istəmiəm. Amma ağlımdakı xaricdə oynamaq, legioner həyatını davam etdirməkdi.

- Amil Yunanov bu həftə Albaniyanın “Bülis” klubuna transfer olundu. Albaniyada çıxış etmiş biri kimi onunla danışdınmı, məsləhətlərini, klub barədə fikirlərini bölüşdünmü?
- Hə, Amillə dünən danışdım, xeyir-dua verdim. Çox sevindim. Əslində o çempionatı bu dərəcədə bilməzdim. Həqiqətən də həm döyüşkən, həm də sərtliyi sevən çempionatdı. Bir də özünü yaxşı tərəfdən göstərdiyin halda, yaxşı yerdən təkliflər gələ bilər. Yüksək yerlərə getmək imkanın və şansın olduqca böyükdü. İnşallah, Amil də orda uğurlu olar.

- Ümumiyyətlə, “Bülis”i necə tanıyırsan, bu barədə nə deyə bilərsən? Albaniya çempionatının bizimki ilə müqayisədə hansısa üstünlükləri varmı?
- Dediyim kimi, yaxşı seçim edib. Çempioanları müqayisə etməyi sevmirəm. Nə Albaniya, nə Türkiyə, nə də Azərbaycanı biri-biri ilə müqayisə etməyi xoşlayıram. Mənə elə gəlir ki, hər birinin özünə görə həm güclü, həm də zəif cəhətləri var.

- Yığmamız Millətlər Liqasında iki oyun keçirdi və ikisində də məğlub oldu. Həmin oyunlarını izlədinmi? Komandamızın məğlubiyyətlərinin səbəbini nədə görürsən?

- Millinin hər iki oyununu izlədim. Fikrimcə, İsveçə qarşı ilk 45 dəqiqədə doğrudan da yaxşı oynadıq. Penalti epizodu qol olsaydı, fərqli şeylər ola bilərdi. Amma futboldu, bəzən penaltni qaçıra bilirsən. Əlbəttə, Ramil Şeydayev də çox istəyərdi qol olsun. Amma olmadı. Slovakiya ilə heç istədiyimiz oyun alınmadı. Milimizə yeni baş məşqçi gəlib, fərqli nəsə etmək istəyir. Onun öz oyun üslubu, seçimləri, taktikası var. Bunun üçün zaman lazımdı. Əvvəl-əvvəl həm futbolçular, həm də baş məşqçilər üçün çətin olur. Mənə elə gəlr ki, iki oyunun nəticəsinə görə nəsə demək düzgün olmaz.

- Yığmanın yeni baş məşqçisi Fernando Santuş səni ilk toplanışa çağırmadı. Səbəb nədi? Özünü hazır hiss edirdin? Buna görə incimədin ki? AFFA-dan sənə zəng edən, işlərinlə maraqlanan olurmu?
- Düzü, çağrılmamağımın səbəbini bilmirəm. Amma əlbəttə, bir problem yoxdu. Burdakı üç oyunda iştirak etmişdim Sadəcə, birində əsas heyətdə oldum, ikisində sonradan meydana çıxdım. Ola bilər, baş məşqçimizin seçimi elədi. Mən də onun seçiminə hörmətlə yanaşıram. Əlimdən gələni edib, növbəti oyunlara dəvət almağa çalışacam. Millimizin şərəfini qorumaq hər kəs üçün qürürdu. Mən də buna layiq olmaq üçün bacardığımı edəcəm.

- Santuşun gələcək planlarında Vüsal İsgəndərli yoxdu, yoxsa indiki vəziyyətində çağrılmamağın ədalətli qərar idi?
- Əlbəttə, baş məşqçi də istər ki, əlinin altında yaxşı, tam hazır oyunçular olsun. Ola bilər bizim oyunları izləyib. Az oynadığıma görə Fernando Santuşa haqq verirəm. Heç bir problem yoxdu. Mən də gələn oyunlara dəvət almağa çalışacam.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-03-2024, 13:0

Vüsalın komandasından qələbə

Dünya futbolu

19-08-2024, 11:0

Vüsalın komandasından heç-heçə

Dünya futbolu

30-01-2024, 10:0

Vüsal Türkiyədə ilk qələbəsini qazandı

Dünya futbolu

25-08-2024, 21:0

Vüsal oynadı, komandası qalib gəldi

Dünya futbolu

17-01-2024, 15:0

Vüsalın komandası Türkiyə Kuboku ilə vidalaşdı

Dünya futbolu

3-02-2024, 18:0

Vüsal oynadı, "Boluspor" qalib gəldi

Aktual
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Son xəbərlər
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Dünən, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Dünən, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Dünən, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Dünən, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Dünən, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Dünən, 14:45
    MS-ni tərk edə bilər
  • Dünən, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Dünən, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Dünən, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Dünən, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Dünən, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Dünən, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Dünən, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 264
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 230
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə