• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” oyunboyu azlıqda qalan rəqiblə bacarmadı - REPORTAJ

Reportaj / Avropa Liqası

28-09-2024, 11:0

Avropa Liqası, əsas mərhələ, 1-ci tur
Tottenhem (İngiltərə) – Qarabağ 3:0 (1:0)

1. Qulyelmo Vikario
33. Ben Devis
37. Miki van de Ven
6. Radu Drequşin
14. Arçi Qrey
15. Lukas Berqvall
(13. Destini Udoci, 12)
8. İv Bissuma
(30. Rodriqo Bentankur, 71)
29. Pape Matar Sarr
7. Son Hın Mın (k)
(16. Timo Verner, 71)
19. Dominik Solanke
(47. Mayki Mur, 84)
22. Brennan Conson
(21. Deyan Kulusevski, 46)
Ehtiyat oyunçular
20. Freyzer Forster
40. Brendon Ostin
10. Ceyms Meddison
23. Pedro Porro
42. Vilyam Lankşear
Baş məşqçi: Ange Postekoğlu

99. Mateuş Koxalski
44. Elvin Cəfərquliyev
55. Bədavi Hüseynov (k)
13. Bəhlul Mustafazadə
2. Mateus Silva
(30. Abbas Hüseynov, 79)
66. Patrik Andrade
6. Julio Romao
(15. Leandro Andrade, 67)
10. Abdulla Zubir
(8. Marko Yankoviç, 79)
7. Yassin Benzya
27. Toral Bayramov
(11. Emmanuel Addai, 67)
18. Olavio Juninyo
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
97. Fabian Buntiç
20. Riçard Almeyda
21. Aleksey Kaşuk
22. Musa Qurbanlı
24. Aleksey İsayev
90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

Qollar: B.Conson, 12 (1:0). P.M.Sarr, 52 (2:0). D.Solanke, 68 (3:0).
T.Bayramov 58-ci dəqiqədə penaltidən yararlana bilməyib (tir).
Vərəqələr: E.Cəfərquliyev, 23. İ.Bissuma, 56 – sarı. R.Drequşin, 8 – qırmızı.
Hakimlər: VİLLİ DELAJO, Ervan Finjan, Filip Jan, Tomas Leonard (hamısı Fransa).
VAR hakimi: Benua Miyo (Fransa).
VAR hakiminin köməkçisi: Alan Kicas (Avstriya).
Hakim-inspektor: Lusilio Batista (Portuqaliya).
UEFA nümayəndəsi: Knut Byorn Nordheym (Norveç).
26 sentyabr. London. “Tottenhem Hotspur” stadionu. 51757 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

6 (5) qapıya (“çərçivə”yə) zərbə 13 (5)
3 künc zərbəsi 9
2 ofsayd 6
10 qayda pozuntusu 9
1 (1) sarı (qırmızı) vərəqə 1 (0)
53 topa sahibolma (faizlə) 47


Bütün azərbaycanlı futbolsevərlər səbrsizliklə axşam saat 23.00-ı gözləyirdi. Saatın əqrəbləri həmin ana yetişirdi ki, “Qarabağ”ın London küçələrini ağuşuna alan tıxacda ilişdiyi və oyuna 23.35-da start veriləcəyi bəlli oldu. Oyun başlayan kimi hadisələr həm arzuolunan, həm də arzuolunmaz yöndə cərayan etdi. Rəqibin ilk dəqiqələrdən azlıqda qalması, oyunboyu müdafiə xəttində xeyli səhv etməsi, bizimkilərin xeyrinə penalti təyin olunması, Postekoğlunun əsas heyətin üzvü olmayan bəzi futbolçulara şans verməsi fonunda xeyli şans yarandı. Təəssüf ki, bütün imkanları sağa-sola xərcləyən ağdamlılar ardıcıl üçüncü avrokubok matçında həm uduzdu, həm də qol vurmadı!

Düzdü, “mahmızlar” hakimin start fitindən etibarən topa sahib olmaqla “Qarabağ”ı təzyiq altında saxlamağa, imkan tapan kimi irəli atılmağa cəhd göstərirdi. Lakin 7-ci dəqiqədə hücuma keçən ağdamlılar rəqibin azlıqda qalmasına nail oldu. Juninyo Drequşinin səhvindən yararlanıb təkbətək çıxmaq üzrə olarkən rumın müdafiəçi onu kobud müdaxiləylə dayandırdı və “son ümid folu”na görə qovuldu. Planları dəyişən Postekoğlu Berqvallı Udoci ilə əvəzləyərək müdafiə xəttini gücləndirdi. Vaxtilə “Yurqorden”in heyətində Musayla birgə top qovan futbolçunun meydanı tərk etməsi bizimkilər üçün böyük ümid vəd edirdi ki, “Tottenhem” hesabı açdı. Romaonun kobud səhvindən sonra topu ələ keçirən Solanke Consonun fərqlənməsinə şərait yaratdı. “Köhlən atlar”ın ilk təhlükəli hücumu isə 19-cu dəqiqəyə təsadüf etdi. Benzyanın uzaqdan göndərdiyi topu irəlidə qəbul edən Toral Vikarioyla təkbətək qala bilərdi. Lakin bu dəfə onu ustalıqla dayandırdılar. Daha doğrusu, Udoci özünü çatdıraraq topu qapıçıya təhvil verdi. 27-ci dəqiqədə isə qapıdan çıxan Koxalski az qala Consonun 2-ci qoluna səbəbkar olacaqdı. Yaxşı ki top qapıdan aralı keçdi. Bir qədər sonra Vikario sol cinahla irəliləyən Elvinin qapı önünə ötürdüyü topu uzaqlaşdırmaqla Juninyonun zərbə endirməsinə imkan vermədi. 40-cı dəqiqədə faktiki boş qapı önündə topa yiyələnə braziliyalı daha bir real imkanı qaçırdı. Hissənin sonlarına yaxın fəallaşan “köhlən atlar” daha bir neçə dəfə cəhd göstərsə də, hesabı bərabərləşdirə bilmədi.

Fasiləyə məğlub yollanan “Qarabağ” 2-ci hissədə daha baxımlı oyun sərgiləsə də, daha iki qol buraxdı. Əvvəl Vikario Elvinin qapı önünə ötürməsini qarşılaşamaqla Juninyonu dayandırdı. “Mahmızlar”ın 52-ci dəqiqədə qazandığı künc zərbəsi isə fərqi artırmalarına şərait yaratdı. Kulusevskinin cərimə meydançasına ötürdüyü topu yumruqla dəf edən Koxalskinin inamsız müdaxiləsi Sarrın fərqi artırmasıyla nəticələndi. Hətta 2:0 da dünyanın sonu deyildi. İş ondadı ki, 55-ci dəqiqənin tamamında Bissumanın Cəfərquliyevə qarşı kobudluğuna görə referi dərhal “nöqtə”ni göstərdi. İndi Toralın öhdəsinə düşən iş penaltini qola çevirməklə fərqi azaltmaq idi. Amma o nə etdi? Heç nə! Necə zərbə vurdusa, yüngülcə tirə toxunan top göyə uçdu. Günahını anlayan Bayramov bir qədər sonra uzaqdan zərbə ilə bəxtini sınasa da, qapıçı yerində idi. 61-ci dəqiqədə Zubir Benzyanın ötürməsini dəyərləndirə bilmədi. Daha doğrusu, Vikario onun başla zərbəsini zərərsizləşdirdi. Qolkiper ardınca Juninyonun zərbəsini qarşıladı və növbəti fürsət boşa verildi. 68-ci dəqiqədə qapımıza daha bir qol vuruldu. Son Hın Minin uzaqdan zərbəsini dəf edən Koxalski topu önünə qaytardı və Solanke yuxulayan müdafiəçiləri qabaqlayaraq təkrar zərbə endirdi. Fərqi azaltmaq imlanlarımız oldu, hətta 78-ci dəqiqədə Juninyo ofsayddan da olsa, rəqib qapısına yol tapdı. Beləliklə, “Qarabağ” Avropa Liqasının liqa mərhələsindəki ilk oyununda dramatik və acı məğlubiyyət yaşadı.

Gözdən qaçmadı
* Stadionda minə yaxın azərbaycanlı azarkeş var idi. Onlar “Qarabağ” qollar buraxandan sonra da ruhdan düşmür, komandanı dəstəkləyirdilər. 44-cü dəqiqədə “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirildi.
* Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da oyunu izləyənlər arasındaydı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

26-09-2024, 21:0

"Tottenhem" - "Qarabağ":  START HEYƏTLƏR

Ölkə futbolu

12-09-2024, 17:0

"Tottenhem"in iştirak ərizəsi

Premyer-liqa

1-09-2024, 19:0

“Zirə” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu / Avropa Liqası

5-09-2024, 09:0

"Qarabağ"ın Avropa Liqası üçün iştirak ərizəsi

Ölkə futbolu

20-09-2024, 18:0

"Qarabağ" - "Neftçi": START HEYƏTLƏRİ

Premyer-liqa

24-08-2024, 17:0

"Qarabağ" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Dünən, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Dünən, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Dünən, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 228
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə