"Sabah"ın daha bir rəqibi müəyyənləşdi

27.09.2024 11:55 139
İdman
Basketbol üzrə Avropa kubokunun qrup mərhələsində “Sabah”ın daha bir rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, "Marussi” (Yunanıstan) "bayquşlar"la bir qrupda yarışacaq.

Komanda seçmə mərhələsinin cavab matçında “Peja”ya (Kosovo) 106:81 hesabı ilə qalib gəlib. İlk oyunda da qələbə qazanan (98:75) yunanlar Azərbaycan təmsilçisinin rəqiblərin biri olub.

Xatırladaq ki, "Sabah"ın digər rəqibi daha əvvəl müəyyənləşən “Nörçöppinq Delfins”di.

Qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.