"Sabah"ın rəqiblərini qəbul edəcəyi arena bəlli olub

23.09.2024 21:13 147
İdman
"Sabah" basketbol klubunun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə rəqiblərini qəbul edəcəyi arena bəlli olub.

"Football-plus.az" xəbər verir ki, ev oyunları Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, FIBA Avropa Kubokunun qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.