''Real'' və Fransa futbolunun əfsanəsi Zinəddin Zidanın oğlu Entsonun karyerasını başa vurmağa hazırlaşması ilə bağlı xəbərlər öz təsdiqini tapıb.
Zidanın 4 oğlundan ən böyüyü olan Entso 29 yaşında futbolla vidalaşdığını açıqlayıb. O, bu qərarını şəxsi həyatına daha çox diqqət ayırmaq istəməsi ilə izah edib.
Futbola ''Yuventus''un akademiyasında başlayan daha sonra ''Real''ın aşağı yaş qruplarından ibarət komandalarında top qovan Entso əsas komandada şans qazana bilmədi. ''Real''dan sonra ''Alaves'', ''Lozanna'', ''Aveş'', ''Almeriya'', ''Rodes'' və son olaraq ''Fuenlabrada''da çıxış etmişdi.
Mərkəz yarımmüdafiəçisi mövqeyində oynayan Entso karyerası ərzində 203 rəsmi oyuna çıxaraq 13 qol, 24 məhsuldar ötürmə ilə fərqlənə bildi.
ƏLİ