Bir neçə gün əvvəl "Sumqayıt"dan ayrılan Slaviş Radoviçin yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, Bosniya və Hersoqovinadan olan müdafiəçi Serbiyada çıxış edəcək. 30 yaşlı müdafiəçi "Radniçki" ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Superliqa təmsilçisi Radoviçlə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Slaviş Radoviç "Sumqayıt"da cəmi 2 ay çıxış edib. İyulda transferi açıqlanan və ötən həftə komandadan ayrılan futbolçu "Sumqayıt"da 4 oyunda iştirak edib.