“Benfika”nın yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, kluba tanış mütəxəssis təyinat alıb. Komandaya portuqaliyalı mütəxəssis Bruno Lajeyə tapşırılıb. Onunla müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Təcrübəli mütəxəssis sentyabrın 1-də “Moreyrense” ilə 1:1 hesablı heç-heçədən sonra klubu tərk edən Rocer Şmidtə xələf olub.
48 yaşlı Laje “Benfika”nı 2019-cu ilin yanvarından 2020-ci ilin iyununa qədər də çalışdırıb. O, daha əvvəl 6 ay ərzində “Benfika B”yə rəhbərlik edib.