Sabiq klubuna qayıtdı

9.09.2024 22:12 122
Dünya futbolu
Andre Qomeş özünə yeni iş yeri tapıb.

Bu yay “Everton”dan ayrılan portuqaliyalı futbolçu yenidən Fransada top qovacaq. Andre sabiq klubuna qayıdıb.

O, 2022/23 mövsümündə formasını daşıdığı “Lill” ilə 2 illik müqaviləyə qol çəkib. Portuqaliya yığması ilə Aropa çempionu olan Qomeş “Everton”dan azad agent kimi ayrılmışdı.

O, daha əvvəl “Barselona”, “Valensiya” və “Benfika”nın formasını geyib.