6 ildən sonra doğma klubuna qayıtdı

8.07.2023 17:32 220
Dünya futbolu
Con Terri yenidən “Çelsi”yə xidmət edəcək.

"Football-plus.az" xəbər verir ki, o, 6 ildən sonra doğma klubuna qayıdıb.

İngiltərə millisinin sabiq üzvü bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, paytaxt klubun akademiyasında çalışacağını bildirib.

Xatırladaq ki, Terri 19 il (1998-2017) “Çelsi”nin formasını geyib.