Millətlər Liqasında İtaliya yığmasına Fransa üzərində qələbə (3:1) ciddi itki hesabına başa gəlib.
"Football-plus.az" xəbər verir ki, Rikkardo Kalafyori ikinci hissədə Usman Dembelenin zərbəsi nəticəsində baldırından zədə alıb. Bu səbəbdən meydanı tərk edən “Arsenal”ın müdafiəçisinin təxminən 1-2 həftə oynaya bilməyəcəyi ehtimal edilir. Bu isə o deməkdi ki, Rikkardo böyük ehtimalla “Tottenhem” ilə oyunu buraxmalı olacaq.
İngiltərə çempionatında London derbisi sentyabrın 15-nə təyin olunub.