MBA klublarından “Leykers”in forvardı Lebron Ceyms hesab edir ki, bəzi olimpiya idman növlərində uğur qazana bilərdi:
"Football-plus.az" xəbər verir ki, o, bunları söyləyib:
“Hazıqlıqsız heç bir yarışa qatılmazdım. Ancaq bəlkə də hündürlüyə və uzunluğa tullanmanın adını çəkərdim. Düşünürəm ki, 6-8 aylıq hazırlıqdan sonra belə yarışlara qatıla bilərdim”.
39 yaşlı basketbolçu ABŞ yığmasının heyətində Paris Olimpiadasının qalibi olub. Bu, Lebronun 4-cü olimpiya medalıdı. Əvvəllər iki dəfə (2008, 2012) çempion olmuş, bir dəfə (2004) isə bürünc medal qazanmışdı.