• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aslan Kərimovdan Qurban Qurbanova cavab: "məğlubiyyəti mənim sözlərimlə əlaqələndirirlər"

Aktual / Ölkə futbolu

2-09-2024, 11:0

Aslan Kərimov ölkə futbolu ətrafında yaşananlara daim obyektiv münasibət göstərən nadir mütəxəssislərdəndi.

Bu üzdən “Futbol+” də tez-tez onu ekspert kimi seçir. Bəzi fikirləri birmənalı qarşılanmasa da. “Dinamo” ilə cavab görüşündən sonra da ona müraciət etdik:

“Mən də hamı kimi məyus oldum. İki görüşün nəticəsinə görə 0:5 uduzduq, amma oyunun detallarına varanda görürsən ki, heç də 0:5-lik oyun deyildi. İlk oyunda çoxlu qol imkanımız var idi, ancaq reallaşdıra bilmədik. Bakıdakı oyuna baxsaq, əslində bunun strategiyasını hamı bilirdi. Bunun üçün böyük mütəxəssis olmaq lazım deyil. Heç kim düşünmürdü ki, “Dinamo” 3:0-lıq qələbədən sonra Bakıda öndə pressinq edəcək və ya açıq futbol nümayiş etdirəcək. 3:0-ı qorumağa çalışacaq, imkan olduqca qol da vuracaqdılar. Oyundan əvvəl demişdim ki, “Qarabağ”ın qol şansları olacağına yüzdəyüz əminəm. Sadəcə, ən təhlükəli məqam əks-hücumlara hazır olmaqdı. Dediyim kimi də oldu. “Qarabağ” yenə bir sıra qol imkanlarından yararlana bilmədi. Əvəzində rəqib əks-hücumları qola çevirdi. Əlbəttə, həmin qollara görə fərdi baxımdan kimlərisə günahlandırmaq mümkündü. Ancaq həmin detallara toxunmaq istəmirəm. Hesab edirəm ki, oyun baxımından geridə deyildik. Hətta “Dinamo”nu üstələyə bildik. Sadəcə, zaqreblilər əlinə düşən imkanlardan yararlanaraq bu dueldən qalib ayrıldı. Yəni bizim çoxlu qol vəziyyəti yaradıb vura bilməməyimiz, rəqibin isə bu qədər az qol imkanından yararlanması onları növbəti mərhələyə daşıdı”.

Yeri gəlmişkən, oyunsonrası mətbuat konfransında Qurban Qurbanov həmkarımızın ona ünvanladığı “komandada inanılmaz yorğunluq hiss edilirdi, sanki futbolçuların halı yox idi. Bunu ilk oyundakı hədsiz yüklənmə ilə əlaqələndirirsizmi” sualına “bilmirəm bu fikir haradan yaranıb, Aslan Kərimov da deyib” - cavabını vermişdi. Kərimov adının hallandığı məsələ ilə bağlı da “Futbol+”ə danışdı:

“Doğrusu, Qurbanovun niyə bu qədər aqressiv olduğunu başa düşə bilmədim. Yəni mən heç vaxt “Qarabağ”ın “Dinamo”ya fiziki baxımdan uduzduğunu iddia etməmişəm. Orda verilən suallar da mənim fikrimi ortaya qoymurdu. Hesab edirəm ki, orda olan bütün media işçilərinin hər birinin düşüncələrini sərbəst söyləmək hüququ var. Ən azı da ona əminəm ki, ordakıların çoxunun futbolu təhlil etmək qabiliyyəti var, fikirlərini də rahat şəkildə səsləndirə bilərlər. Hesab etmirəm ki, mən adamların fikrini dəyişirəm və ya buna təsir edirəm. O ki qaldı şəxsi fikirlərimə, mən heç bir yerdə “Qarabağ”ın fiziki baxımdan rəqibə uduzduğunu iddia etməmişəm. Ortaya qoyduğum düşüncəyə gəlincə, əslində elə baş məşqçinin dediyi sözlərə əsaslanmışam Fikirlərimdən biri də o idi ki, Zaqrebdəki oyunda uduzduq və geri qayıtmaq baxımından son 10-15 dəqiqədə çətinlik çəkdik. Bildirmişdim ki, bilmirəm bu fiziki, yoxsa psixoloji yorğunluq idi. Sona 10-15 dəqiqə qalmış rəqibin 3-4 qol imkanı yaratması faktdı. Dəfələrlə də demişəm ki, bunun fiziki və ya 2-ci qolu buraxandan sonra mental yorğunluq olduğunu bilmirəm. Daha sonra zədəlilərlə bağlı da adım çəkilib. Yankoviçlə Veşoviçin zədəli olduğumu nəzərə alsaq, hesab edirəm ki, yanlış bir şey söyləməmişəm. Bilmirəm, bəlkə də Markolar olsaydı, komanda daha yaxşı oynayardı. Fiziki yorğunluqla bağlı Qurban Qurbanovun özünün dediyi sözlər ondan ibarətdi ki, ağır qrafikdə oynamaq çətindi. Çünki 3 gündən bir oynamalısan, həmçinin heyəti düzgün bölməlisən. Belədə futbolçular əməlli-başlı yüklənirlər. Yəni mən bunun səhv olduğunu, oyunçuların yanlış məşq prosesi üzündən yükləndiyini heç vaxt deməmişəm. Sadəcə, dediyim ondan ibarətdi ki, belə qrafik üzrə çıxış edirsənsə, futbolçular yüklənirlər. Bu fikirlərimin kiminsə yorğun görünməsiylə əlaqəsi yoxdu. Düşünürəm ki, fikirlərimdə haqlıyam. Açıq-aşkar da bu görünür. Sözlərimi başqa cür yozurlar və ya komandanın məğlubiyyətini mənim sözlərimlə əlaqələndirirlər. Ümid edirəm ki, düşüncələrimi izah edə bildim”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Manşet / Avrokuboklar

30-07-2024, 17:0

“Qısası, bu oyun Ağdam klubunun rahat qələbəsi ilə bitəcək” - Aslan Kərimov

Manşet / Avropa Liqası

19-02-2024, 16:0

“Braqa”nın futbolçuları üçün 2 topluq fərqi qaytarmaq mümkündü" - Mütəxəssis rəyi

Premyer-liqa / Manşet

2-05-2023, 16:0

“Qarabağ” çempionatın əvvəlindəki performansını göstərə bilmir” – Aslan Kərimov

Ölkə futbolu / Premyer-liqa

23-04-2024, 14:0

"Qarabağ"a vurulan qollara baxsaq, görərik ki…” – çempion niyə qalib gələ bilmir?

Manşet / Avropa Liqası

27-10-2022, 20:0

Aslan Kərimov "Nant"la oyundan nə gözləyir? - AÇIQLAMA

Aktual

10-07-2022, 19:0

“Əminəm ki, həm Qurban müəllim, həm də futbolçular bundan nəticə çıxarıb”

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 07:52
    Paraqvay azlıqda qaldı, Türkiyə hələ də uduzur… - DÇ səhəri
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə