• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə çempionu İsveçrə çempionu ilə bacarmadı - “Beşiktaş” “Luqano”ya futbol dərsi keçdi

Dünya futbolu

1-09-2024, 11:0

Ötən həftə ilə müqayisədə bu dəfə Türkiyə təmsilçiləri yaxşı təsir bağışladılar.

Yalnız “Qalatasaray” ümidləri doğrultmadı. “Trabzonspor”un isə “futbol lotereyası”nda bəxt üzünə gülmədi. Okan Buruk “Yanq Boyz”la cavab oyununda gözlənilmədən sistemi dəyişərək Batşuayi ilə İkardini start heyətində meydana buraxdı. Hər halda, belçikalı ötən həftə sonradan meydana çıxaraq iki qol vurmuşdu. Bu üzdən Buruku anlamaq olardı. Bundan başqa, Barış Alpər Yılmaz müdafiənin sağ cinahına keçmişdi. Güclü azarkeş dəstəyinə malik Türkiyə çempionunun oyuna fəal başlaması gözlənildiyi halda, bunun tam əksi oldu. “Yanq Boyz” sanki belə atmosferə hazır idi və özünü suda balıq kimi hiss edirdi. Daha istəkli və fəal görünən qonaqlardan Qanvulanın baş zərbəsi dirəkdən döndü.

Hücumun davamında “Beşiktaş”lı Omar Kollinin yaxın qohumu Ebrima Kolli topu tora göndərsə də, ofsayd qeydə alındı. İlk yarıda “sarı-qırmızılar”ın təhlükəli sayıla biləcək yeganə hücumunda Kərəmin zərbəsindən sonra top düz qapıçının üzərinə getdi. Buruk fasilədə Ziyeşlə Könü uyğun olaraq, Bərkan Kutlu və Yelertlə əvəzlədi. Bərkan müdafiənin soluna, Yelert sağına keçdi. Barış Alpər isə sağ vinger mövqeyində oynamağa başladı. Qola ehtiyac duyan “Qalatasaray” təzyiqi artırdı. Standart zərbə zamanı hücuma qoşulan Kaan Ayhan topu tora göndərsə də, qol ofsayd üzündən qeydə alınmadı. 1 saatın tamamında qonaqlar qol vurmağa yaxın oldu. Amma Qanvulanın baş zərbəsindən sonra “Cim-Bom”u yenə dirək xilas etdi. Bu epizoddan sonra oyun yalnız meydanın qonaqlara aid hissəsində getdi. Buna baxmayaraq, Okan Burukun komandası real qol vəziyyəti yarada bilmirdi. Heç nə ilə yadda qalmayan Batşuayinin əvəzinə Mertensin meydana çıxması da komandaya fayda vermədi. Sona yaxın əsəblər tarıma çəkildi. Qonaq futbolçular da hər fürsətdə fanatları və rəqib oyunçuları təxribata çəkməyə çalışırdılar. Oyunun qırılma anı 87-ci dəqiqəyə təsadüf etdi. “Qalatasaray” oyun ərzində ilk dəfə məntiqli hücum qurdu və İkardi son zərbəni vurdu. Amma düz qapının küncünə yönəlmək üzrə olan topun qarşısını müdafiəçi kəsdi. “Yanq Boyz” topu ələ keçirərək ildırım sürəti ilə əks-hücum qurdu.

Qonaqlar faktiki 2-3 ötürmə hesabına Muslera ilə təkbətək çıxdılar. İkinci hissədə meydana çıxan Alan Vircinius şansı əldən verməyərək topu Musleranın yanından tora göndərdi. 21 yaşlı fransalı forvardın qolu düz “Qalatasaray” fanatlarının önündə qeyd etməsi Musleranın xoşuna gəlmədi. Əsəblərinə hakim ola bilməyən uruqvaylı qapıçı qolun müəllifinə arxadan təpiklə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə aldı! Beləliklə, Türkiyə çempionu sürpriz şəkildə İsveçrə çempionu ilə bacarmadığı üçün yoluna AL-də davam etməli olacaq. ÇL-də 4-cü dəfə qrup mərhələsində heç bir Türkiyə təmsilçisi yer almayacaq. Bu hal daha öncə 1992/93, 1995/96 və 2022/23 mövsümlərində yaşanmışdı.

AL-in pley-offunda “Beşiktaş” axır ki “Luqano”ya yerini göstərdi. İsveçrə təmsilçisi erkən qol buraxandan sonra 59-cu dəqiqədə bərabərlik qolunu vuraraq ümidləndi. Amma “Qartal” qalan vaxtda 4 top vurub rəqibi darmadağın etdi. İlk görüşdə dubl edən Fernandeş bu dəfə də qələbə qolunun müəllifi oldu. KL-in pley-offunda isə “İstanbul BŞ” sürprizə imkan vermədi. İnadkar “Sent Patriks” İstanbulda rəqibinə yalnız bir hissə müqavimət göstərə bildi. Bu mövsüm hələ də məğlub olmayan Çağdaş Atanın komandası Ömər Əli Şahinər və Kemenin qolları ilə adını qrup mərhələsinə yazdırdı. Türkiyənin avrokuboklarda mübarizəni dayandıran yeganə təmsilçisi “Trabzonspor” oldu. Abdulla Avcının kollektivi İsveçrənin ortabab klubu “Sankt Qallen”i evdə 120 dəqiqəlik mübarizədə məğlub edə bilməyincə qalib penalti seriyasında müəyyənləşdi. İlk 8 zərbənin hamısı qolla nəticələndi. Amma 9-cu zərbə zamanı topun başına keçən təcrübəli Saviçə tir mane oldu. Qonaqlarda isə son zərbəni yerinə yetirən Ambrosios dəqiq oynadı.

Çempionlar Liqası, pley-off, cavab oyunu
Qalatasaray – Yanq Boyz (İsveçrə) 0:1 (ilk oyun – 2:3)

Vircinius, 87.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz, Nelsson, Kaan Ayhan, Kön (Yelert, 46), Torreyra, Sara (Kərəm Dəmirbay, 63), Ziyeş (Bərkan Kutlu, 46), Kərəm Aktürkoğlu (Günay Güvənc, 87), Batşuayi (Mertens, 75), İkardi.

Avropa Liqası, pley-off, cavab oyunu
Beşiktaş – Luqano (İsveçrə) 5:1 (3:3)

İmmobile, 7; 71. Fernandeş, 65. Rafa Silva, 70. Salih Uçan, 90+2 – Vladi, 59.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Əmirhan Topçu, Masuaku, Fernandeş (Salih Uçan, 87), Əl Musrati, Raşitsa (Ndur, 78), Rafa Silva (Can Keleş, 87), Semih Kılıçsoy (Muçi, 66), İmmobile (Mustafa Həkimoğlu, 78).

Konfrans Liqası, pley-off, cavab oyunu
Trabzonspor – Sankt Qallen (İsveçrə) 1:1, p.-4:5 (0:0)

Enis Destan, 52 – Şmidt, 31.
Trabzonspor: Uğurcan Çakır, Ozan Tufan (Maleyro, 46), Saviç, Densvil, Barışiç, Mendi, Okay Yokuşlu (Lundstram, 90), Visça (Poyraz Yıldırım, 91), Bardi (Cihan Çanak, 46), Orşiç (Trezeqe, 76), Enis Destan (Draquş, 76).

İstanbul BŞ – Sent Patriks (İrlandiya) 2:0 (0:0)
Ömər Əli Şahinər, 64. Kemen, 82.

İstanbul BŞ: Muhammed Şengezər, Duarte (Kemen, 7), Həmzə Gürələr, Opoku, Ömər Əli Şahinər (Berat Özdəmir, 76), Onur Ərgün, Berkay Özcan, Pelkas (Lima, 77), Dəniz Türüc, Davidson (Fiqeyredo, 70), Pyontek (Keni, 77).

Faktlar
* “Qalatasaray” avrokuboklarda 318-ci oyundan 121-ci məğlubiyyətlə ayrıldı (113 qələbə, 84 heç-heçə, top fərqi – 429:476).
* “Qalatasaray” ÇL-in təsnifat mərhələsində keçirdiyi 34-cü oyunda cəmi 5-ci dəfə uduzdu (22 qələbə, 7 heç-heçə, top fərqi – 75:38).
* “Qalatasaray” tarixində cəmi 2-ci dəfə ÇL-in pley-offunda hər iki oyundan məğlubiyyətlə ayrıldı. Bu durum daha öncə 2021-in yayında PSV ilə dueldə yaşanmışdı (səfərdə 1:5, evdə 1:2).
* “Qalatasaray” tarixində cəmi 3-cü dəfə ÇL-də mübarizəyə təsnifat mərhələsindən başladığı mövsümdə qrupa düşə bilmədi. Bu hal daha öncə 2008/09 və 2021/22 mövsümündə yaşanmışdı.
* “Qalatasaray” tarixində ilk dəfə evdə İsveçrə klubuna uduzdu! “Cim-Bom” buna qədər evdə isveçrəlilərə qarşı keçirdiyi 8 oyundan 7 qələbə, 1 heç-heçə ilə ayrılmışdı.
* “Qalatasaray”ın avrokuboklarda məğlubiyyət seriyası 3 oyuna yüksəldi. Avropa səhnəsində keçirdiyi son 8 oyunda isə komandanın cəmi 1 qələbəsi var (1 heç-heçə, 6 məğlubiyyət).
* “Beşiktaş” avrokuboklarda 244-cü oyunda 92-ci qələbəsini qazandı (49 heç-heçə, 103 məğlubiyyət, top fərqi – 328:369).
* “Beşiktaş” İsveçrə klublarına qarşı keçirdiyi 6 oyunun cəmi 1-də uduzub (3 qələbə, 2 heç-heçə). Yeganə məğlubiyyət ötən mövsüm KL-in qrupunda “Luqano” ilə ev oyununda (2:3) qeydə alınıb.
* “Beşiktaş” ilə “Luqano” arasında keçirilən son 4 oyunda qapılara 19 qol vurulub.
* “Beşiktaş” avrokuboklarda ev-səfər sistemi ilə keçirilən son 7 pley-off duelinin hamısında mərhələni adlamaqla tarixinin ən yaxşı göstəricisini təkrarladı. Komandanın daha öncə bu cür seriyası 2004 sentyabr – 2008 avqust aralığında olmuşdu.
* Van Bronkhorstun komandaları avrokuboklarda ev-səfər sistemi ilə keçirilən son 7 pley-off duelinin hamısında mərhələni adlamağı bacarıb.
* Rafa Silva “Beşiktaş”ın heyətində keçirdiyi 5 rəsmi oyunda 7 qolun vurulmasında yaxından iştirak edib (4 qol, 3 məhsuldar ötürmə).
* İmmobile “Beşiktaş”ın heyətində 5-ci rəsmi oyunda 3-cü dəfə dubl etdi. O daha öncə superkubokda “Qalatasaray” və superliqada “Antalyaspor”la oyunlarda 2 qol vurmuşdu.
* “Beşiktaş” avrokuboklar tarixində təsnifat mərhələlərində öz meydanında keçirdiyi 26 oyunun heç birində məğlub olmayıb (22 qələbə, 4 heç-heçə)! Avrokuboklar tarixində təsnifat mərhələlərində evdə uduzmadan ən çox oyun keçirən komanda məhz “Beşiktaş”dı.
* 5:1 “Beşiktaş”ın avrokuboklarda son 6 ildəki ən böyükhesablı qələbəsidi. Komanda 2018-in avqustunda “Torshavn”ı 6:0 yenmişdi.
* “Beşiktaş” tarixində ilk dəfə avrokubok matçında 6 dəqiqə aralığında 3 qol vurdu!
* “Trabzonspor” avrokuboklarda 155-ci oyundan 39-cu bərabərliklə ayrıldı (56 qələbə, 60 məğlubiyyət, top fərqi – 194:209).
* “Trabzonspor” tarixində 10-cu dəfə avrokubokların təsnifat mərhələsində iştirak etdi və 7-ci dəfə qrup mərhələsinə qədər irəliləyə bilmədi.
* “Trabzonspor” avqustda keçirdiyi 6 rəsmi oyunda cəmi 1 qələbə qazandı (3 heç-heçə, 2 məğlubiyyət).
* Abdulla Avcı məşqçi karyerasında avrokuboklarda keçirdiyi 49 oyunun cəmi 13-də (!) qələbəyə sevinib (12 heç-heçə, 24 məğlubiyyət).
* “İstanbul BŞ” avrokuboklarda 56-cı oyunda 22-ci qələbəsini qazandı (13 heç-heçə, 21 məğlubiyyət, top fərqi – 82:76). “İstanbul BŞ” hazırda avrokuboklarda qələbə sayı məğlubiyyət sayından çox olan yeganə Türkiyə klubu statusundadı.
* “İstanbulı BŞ” Çağdaş Atanın başçılığı altında avrokuboklarda keçirdiyi 6-cı oyunda da məğlub olmadı (5 qələbə, 1 heç-heçə).

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Arzularımızla oyunun axarı üst-üstə düşmədi. Kağız üzərində iki komanda arasında böyük səviyyə fərqi var. Daha yaxşı performans sərgiləyə bilərdik. Bu oyun ötən mövsüm evdə “Molde”yə qarşı keçirdiyimiz matça bənzədi. Bəzi anlarda sanki oyunçularımızın üstündə 5-10 kq ağırlığında yük var idi. Görünür, bu, təzyiqdən qaynaqlanırdı. Ötürmələrdə çoxlu səhvə yol verərək rəqibə sürətli əks-hücumlar qurmaq fürsəti verdik. İkinci hissəni nisbətən yaxşı keçirdik. Hücumda fəallaşdıq və qol fürsətlərimiz də yarandı. İkardinin zərbəsi matçın qırılma anı oldu. Həmin epizodda qol vuracağımızı gözləyərkən top müdafiəçidən döndü və əks-hücumda qol buraxdıq. Təbii ki, bütün məsuliyyət mənim üzərimdədi. Çünki heyəti, taktikanı seçən, futbolçuları oyuna hazırlayan mənəm. Fanatlarımız möhtəşəm idi. Həm oyunun gedişində, həm də final fitindən sonra bizi dəstəklədilər. Onları sevindirə bilmədiyimiz üçün üzgünük. Amma bir şeyi unutmayın ki, bu komanda ötən mövsüm çempion olduğu üçün ÇL-in pley-offunda oynamaq haqqı qazandı. Önümüzdə hələ çox oyun var. Bu futbolçularla son iki mövsümdə çempion olmuşuq. Onlara güvənməkdə davam edəcəyik. Zədəli oyunçularımız yaxın müddətdə dönəcək. Ən az iki transfer reallaşdıracağıq. Başımızı qaldırıb yolumuza davam edəcəyik”.

Patrik Rahmen, “Yanq Boyz”un baş məşqçisi:
“Komandamla qürur duyuram. Daxili çempionata məğlubiyyətlərlə başlamışdıq. Amma son həftələrdə toparlandıq. “Qalatasaray” kimi bir rəqibə qarşı həm evdə, həm də səfərdə əla performans sərgilədik. İlk yarıda bir çox fürsəti qaçırsaq da, soyuqqanlılığımızı qorumağa çalışdıq. İkinci hissədə “Qalatasaray” üzərimizdə təzyiq qursa da, yüzfaizlik qol şansı yarada bilmədi. Doğru zamanda əks-hücuma çıxaraq oyunu lehimizə çevirdik. Çox həyəcanlı və çılğın atmosfer olacağını bilirdik. Oyun planına sona qədər sadiq qaldıq və bu atmosfer bizə təsir etmədi. “Qalatasaray”ı çox yaxşı incələmişdik. Pressinqdən düzgün istifadə edəcəyimiz halda topu ələ keçirəcəyimizi bilirdik. Çoxları bizdən belə oyun gözləmirdi. Çünki favorit sayılmırdıq. Püşkdə bizə mümkün variantlar arasında ən çətin rəqib düşmüşdü. Amma hər iki oyunda da layiqli qələbə qazandıq”.

Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:
“Həm fanatlarımız, həm də komandamız üçün möhtəşəm axşam oldu. İlk yarıda əlimizə düşən çoxsaylı fürsətlərdən yalnız birini dəyərlənidrdik. İkinci hissəyə yaxşı başlamadıq və qol buraxdıq. Amma hesabda çox tez önə keçdik. 2:1-dən sonra “Luqano”nun müdafiəsində boşluqlar yaranacağını bilirdik. Belə də oldu. Həm oyundan, həm də nəticədən məmnunam. Mən gələndən sonra heyətə yeni oyunçular cəlb olundu. Transfer bazarında yaxşı işlər gördük. Transfer dönəminin bitməsinə qədər bizi gücləndirə biləcək bir futbolçu almağa yaxın olsaq, bundan istifadə edəcəyik. Bu komandanın mövsümə 90-95 faiz hazır olduğunu söyləyə bilərəm. İndi əsas hədəf “Sivasspor”u məğlub edərək yığma fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaqdı”.

Mattia Kroçi-Torti, “Luqano”nun baş məşqçisi: “Beşiktaş” səviyyəsini bir daha göstərdi. 1:1-dən sonra daha yaxşı müdafiə oluna bilərdik. Buna çalışsaq da, Fernandeşin qolu həlledici oldu. “Beşiktaş” layiqli şəkildə mərhələni adladı və onları təbrik edirəm. Özündən daha səviyyəli rəqibə qarşı hər zaman yüksək performans göstərmək çətindi. İlk oyunda bunu göstərsək də, bu gün yalnız müəyyən ana qədər göstərdik. Yolumuza KL-də davam edəcəyik. Orda işimiz nisbətən asan olacaq. Çünki səviyyəcə özümüzə uyğun rəqiblərlə oynayacağıq. Türkiyədə azarkeş mədəniyyəti məni bir daha heyran etdi. Bu stadionda oynamaq “Fənərbaxça”nın stadionunda oynamaqdan daha çətindi. O qədər güclü səs-küy var idi ki, hətta ehtiyatda oturan futbolçularla da ünsiyyət qurmaqda çətinlik çəkirdim”.
Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:
“Həm yaxşı, həm də pis oynadığımız anlar oldu. Şanssız bir qol buraxdıq. Amma ikinci hissədə və əlavə vaxtda üstün oynayan biz olduq. Əlimizdən gələn hər şeyi etdik. Fürsətlərimiz və dirəkdən dönən toplarımız oldu. Hər iki oyunda son nöqtəni qoymaqla bağlı problem yaşadıq. Çox üzgünük. Oyunçular da üzgündü. Çünki KL-də qruplara qalmaq bizim üçün önəmli idi. Ümumilikdə iki oyunun axarına nəzər salsaq, mərhələni adlamağa layiq olduğumuzu düşünürəm. Amma penalti seriyasında uduzmaq futbolun bir parçasıdı. Fürsəti dəyərləndirmirsənsə, sonda bunun cəzasını çəkirsən. Artıq bu səhifəni bağladıq. Fanatlardan üzr istəyirik. 3 gün sonra oyunumuz var. Toparlanıb o matça ən yaxşı şəkildə çıxacağıq. Fanatların etirazını, duyğularını anlayıram. Hələ də iddia edirəm ki, bu komanda çox yaxşı duruma gələcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-08-2024, 14:0

Batşuayinin qəhrəmanlığı ''Qalatasaray''a kifayət etmədi

Dünya futbolu / Manşet

20-08-2024, 19:0

''Qalatasaray'' İsveçrəyə 2 itki ilə yollandı

Dünya futbolu

21-08-2024, 14:0

Okan Buruk ''Yanq Boyz''la oyunöncəsi nə dedi?

Dünya futbolu / Manşet

29-08-2024, 18:0

Bu dəfə acıq vermək növbəsi ''Fənər''lilərdədi...

Dünya futbolu / Manşet

28-08-2024, 20:0

''Qalatasaray''ın ÇL macərası erkən bitdi

Dünya futbolu

27-08-2024, 13:0

Muslera ''Yanq Boyz''la cavab matçında oynayacaqmı?

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə