• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionlar Liqasına hazır olmayan çempion - KÖŞƏ

Manşet / Yazarlar

31-08-2024, 23:0

Avrokuboklarla bağlı ənənəyə bu dəfə də sadiq qaldıq. Daha doğrusu, təsnifat mərhələləri bitmədən təmsilçilərimizdən üçü mübarizəni dayandırdı. İndi bütün diqqətimiz “Qarabağ”a yönəlib. Elə isə ağdamlıların ümumi durumuna nəzər salmaqda fayda var.

“Köhlən atlar” yola Avropa Liqasının liqa mərhələsində davam edəcək. Lakin Çempionlar Liqasında qazandığı nəticələri də gözardı etmək olmaz. Statistiklər üçün qeyd edim ki, komanda avrokuboklarda keçirdiyi 6 matçda 15 qol vurubsa, 9-nu buraxıb. Siyahıda 3 qələbə, 3 məğlubiyyət var. Göstəricilər ölkə futbolunun səviyyəsi üçün yetərincə yaxşı olsa da, məhz “Qarabağ”ın prizmasından baxsaq, daha çoxunu tələb etməliyik. Xüsusilə ona görə ki, “köhlən atlar” “Dinamo”ya azı bir qol vurmalı, ən pis halda 30 minə yaxın azarkeşinin önündə “mavilər”i məğlub etməliydi. Niyə alınmadı? Səbəb çoxdu.
Juninyo cavab görüşündə zəif təsir bağışladı. Onu ya hansısa yağlı təklif düşündürür, ya da “Dinamo”nun müdafiəçiləri gözünün odunun almışdı. İlk oyunda Romao çox sərt oyuna görə qırmızı vərəqə almaq təhlükəsiylə üzləşmişdisə, ikincidə Medina bundan xilas ola bilmədi. Komanda müdafiə xəttində boşluqlara yol verdisə, birəbeş cəzalandı. Bəhlulun hər iki matçda zəif çıxışı bir yana, Qurban Qurbanovun Toralı yox, Elvini start heyətində görməsi sual doğurur. Axı Bayramov çoxdan Cəfərquliyevin mövqeyini “oğurlayıb”. Ümumiyyətlə, Elvin yerdə qalan “Dinamo”lu futbolçunun üzərinə getməklə, hətta tüpürməklə hələ “yetişmədiyini” sübut etdi. İgid basdığını kəsməz. Belə hallar nəinki futbolun etik qaydalarına, milli mentallığımıza da ziddi. Hələ bir neçə gün əvvəl həmin “Tofiq Bəhramov”da “Ludoqorets”in futbolçularını oxşar əməllərə görə qınamırdıqmı?

Qurban bəyə gəlincə, mütəxəssisin ilk oyunda yalnız bir əvəzetməylə yadda qalması günah idi. Daha böyüyü isə bu dəfə 78-ci dəqiqəyə qədər start heyətinə güvənmək oldu. Kreativ Cicanın yox, monoton Keytanın meydana çıxması da ayrı müzakirə mövzusudu. Zubir, sadəcə, təcrübəsi hesabına nəsə etməyə çalışdı. Bu qədər cəhd, canfəşanlıq qolla nəticələnmirsə, bütün göstəricilərdə rəqibdən üstün olmağın faydası nədi?

“Qarabağ”ın transfer çalışmalarında da çatışmazlıq var. Bəli, Mateuş Koxalski məhz avrokuboklarda uğur qazanmaq məqsədilə alınıb. Emmanuel Addai isə “sirli qutu”du. Bəs qalanlar? Musa, Şahruddin və Buntiçin xidmətinə, çox güman, premyer-liqada müraciət ediləcək. Onlar Avropa meydanlarında görünmək istəyirsə, yalnız məcburi əvəzetmələrə ümid etməlidi. Əlbəttə, belədə “köhlən atlar”ın ÇL-in liqa mərhələsi üçün şansları minimum idi. İndi növbəti transferlər gözlənilir. Qurban Qurbanov deyir ki, alınmasa, əlimizdə olan heyətlə yola davam edəcəyik. “Köhlən atlar”ın irəlidə üç cəbhədə mübarizə aparmalı olduğunu nəzərə alsaq, say baxımından ciddi çətinlikdə üzləşəcəklərinə şübhə yoxdu. Üstəlik ehtiyat oyunçular skamyasınd layiqli əvəzedicilərin sayı çox deyil. Qısası, söhbət avrokuboklardan, həmçinin ötən mövsüm AL-in 1/16 finalına qədər məsafə qət edən kollektivin bu dəfə daha çox irəliləmək niyyətindən gedirsə, ciddi addımlar atılmalıdı. İki yol var. Birincisi ayağı yorğana görə uzatmaqdısa, ikincisi boyundan yuxarı tullana bilmək üçün əməli addımlar atmaqdı.

Bəli, “Qarabağ”ı “Dinamo”nu mübarizədən kənarlaşdıra bilmədiyinə görə qınamaq çətindi. Amma etiraf edək ki, hər şey fərqli ola bilərdi. Görünür, premyer-liqanın zirvəsi “Qarabağ”, “Qarabağ”ın zirvəsi isə elə Avropa Liqasıdı. Yəni çempion Çempionlar Liqasına hazır deyildi!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

20-08-2024, 20:0

Bəlkə bu dəfə əjdaha “Qarabağ”, ovu isə “Dinamo” olsun?! - YAZI

Ölkə futbolu / Manşet

8-08-2024, 01:0

Juninyo: Çempionlar Liqasının zirvəsinə doğru!

Manşet / Yazarlar

23-07-2024, 18:0

“Qarabağ” üçün yol: azarkeş sevgisi + püşk bəxti = ÇL-nin qrupu!

Manşet / Çempionlar Liqası

14-08-2024, 00:0

“Qarabağ” pley-offa yüksəldi - YENİLƏNİB

Ölkə futbolu / Manşet

7-08-2024, 14:0

“Bir rəqib, iki oyun və Çempionlar Liqası!” – “Qarabağ”ı hesabdan sildilər

Manşet / Çempionlar Liqası

21-08-2024, 00:0

“Qarabağ” böyük hesabla məğlub oldu - YENİLƏNİB

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Dünən, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Dünən, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Dünən, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 228
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə