• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mircavadov: "Qarabağ"ın bu heyəti, yeni  komanda Çempionlar Liqası üçündü”

Manşet / Çempionlar Liqası

26-08-2024, 22:0

“Qarabağ”ın ÇL oyununda səfərdə “Dinamo”ya 0:3 uduzması gözlənilməz oldu.

Məğlubiyyəti bəxtsizlik, ustalıq səviyyəsi, rəqibin daha təcrübəli olması ilə bağlayanlar var. Təbii ki, bu “Dinamo”nu 2007-ci ildə ölkəmizə gələn komanda ilə müqayisə edənlər də tapıldı. Həmin vaxt cənubluları Ağasəlim Mircavadov çalışdırırdı. Onunla söhbətdə əvvəlcə 17 il əvvəlki oyunu xatırladıq:

“Mən gördüyüm “Dinamo” ilə indiki arasında yerdən göyə qədər fərq var. O vaxt keyfiyyətli futbolçuları vardı. Luka Modriçin 20 yaşı vardı, elə o hamıya bəs idi. Mən "Xəzər Lənkəran"da baş məşqçi olanda evdə  "Dinamo" ilə 1:1 oynadıq. Cavab görüşündə də 1:0 udurduq. 67-ci dəqiqədə oyunçumuz meydandan qovuldu. İki oyunçu hava mübarizəsində toqquşdu, futbolçumuza vərəqə verildi. Ona görə də 50 dəqiqədən çox azlıqda oynadıq. Ev oyunumuzda da ilk yarıda Emin Quliyevi meydandan qovdular, amma o düzgün qərar idi. Hətta orda 86-ci dəqiqədə də Zaur Ramazanov qol vurdu, fikir verdim, laysman qaçdı, amma dayandı, sonra bayraq qaldırdı, ofsayd verdi. Sonradan gördük ki, heç bir oyundankənar vəziyyət yoxdu. Onlar əlavə vaxtda yaxşı oynadılar. Bir xatirə danışım. Deməli, həmin bu “Maksimir” stadionunda oyunöncəsi məşqə çıxdıq. Məşqdən sonra hamı getdi, mən ətrafa göz gəzdirdim. 2-3 meydança var idi, hamısı da təbii ot örtüklü. Gördüm ki, bir meydançada işıq yanır, yaxınlaşıb baxdım, uşaqlar futbol oynayırdı. Yanımda bir nəfər vardı, onlardan soruşdu ki, bu nə oyundu? Sən demə, Xorvatiyada 12 yaşlıların çempionatı gedirdi. 12 yaşlılar axşam saat 8-in yarısında, işıq altında oynayırdılar. Düşündüm ki, bizdə heç vaxt  belə şey ola bilməz. Meydana çıxanda gördüm ki, təbii otdu. Hər bir xorvat uşağın futbola gələndə bir fikri var - xaricə çıxmaq. "Dinamo"nu çıxmaq şərti ilə qalan klublarda maliyyə durumu aşağı səviyyədədi. Uzağa getməyək, "Zirə" ilə qarşılaşan "Osiyek"in futbolçularından 4-5-i 20 yaşlı uşaqlar idi. Yəni onların sistemi başqadı. Futbolçu yetişdirir, satır və klub yaşayır. Bizdə isə başqadı”.

Ağasəlim bəy 0:3 ilə bağlı da fikirlərini bölüşdü:
“İndiki "Dinamo" işgüzar komandadı. Deyim ki, "Qarabağ" oynadı, amma "Dinamo" uddu. Hələ mənim yadıma gəlmir ki, avrokubok oyunlarında bir komanda bu qədər qol vəziyyəti yaratsın, amma birindən də istifadə edə bilməsin. Qollarda bizimkilərin mövqe səhvləri oldu. Bunlar Azərbaycanda bağışlanır, amma Avropada yox. 3:0 ağır hesabdı, ancaq mən ümidliyəm. "Qarabağ" burda da qol vəziyyətləri yarada və yararlana bilər. Düşünürəm ki, burdakı oyunda rəqib qapanacaq və əks-hücumlara əl atacaq. Bu yöndə işləmək, təhlil aparmaq lazımdı. Amma 3-cü qol artıq idi. Məsələn, 2:0-da böyük ümid ola bilərdi. Ağdam klubunu birinci oyundakı çıxışı geridönüş edəcəyinə inandırır. Qapıçı Buntic normal oynadı, qollarda onun heç bir səhvi yox idi. Komanda olaraq da normal mübarizə apardılar. Sağ və sol müdafiədə mövqe səhvləri oldu. Qapıçı topu qaytarırsa, müdafiəçi hara baxır? Harda dayanıb? Birinci qol həmin səhv üzündən oldu. Sonra bir neçə dəfə də müdafiəçilərimiz səhvə yol verdi. "Qarabağ" öz oyununu oynadı, sadəcə, rəqib uddu. "Qarabağ"ın bu heyəti, yeni  komanda Çempionlar Liqası üçündü. Həm oyunçular, həm məşqçilər korpusu bunu bacarar. Gərək hər qol imkanından istifadə edəsən. "Qarabağ"ın indiki oyunu Çempionlar Liqasına layiqdi”.


RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

20-08-2024, 18:0

“Bu "Dinamo" "Qarabağ"a çox müqavimət göstərə bilməyəcək”- Zaur Ramazanov

Dünya futbolu

16-04-2024, 21:0

“Dinamo” da azlıqda qələbə qazandı, “Şaxtyor” da - TURUN İCMALI

Çempionlar Liqası

21-08-2024, 10:0

"Qarabağ"da ciddi itki: "Dinamo" ilə cavab oyununu buraxacaq

Dünya futbolu

25-08-2024, 14:0

“Dinamo” Bakıya qələbəylə gələcək

Manşet / Çempionlar Liqası

16-08-2024, 11:0

“Dinamo”ya bəd, “Qarabağ”a şad xəbər – iki milyonluq futbolçu zədələndi

Dünya futbolu

28-05-2022, 22:0

Mahirin klubunda baş məşqçi ilə bağlı qərar verildi

Aktual
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
"Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
"Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
Son xəbərlər
  • Bu gün, 21:26
    "Sabah"dan ikinci qol - YENİLƏNİR
  • Bu gün, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Bu gün, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Bu gün, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Bu gün, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Bu gün, 18:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Bu gün, 17:55
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Bu gün, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 279
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 101
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə