• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə təmsilçiləri həftəni qələbəsiz başa vurdu - İCMAL

Dünya futbolu

25-08-2024, 11:0

Bu həftə avrokuboklarda Türkiyənin 4 təmsilçisi meydana çıxdı. Onların hamısı qələbəyə həsrət qaldığından həftəni qardaş ölkə üçün uğurlu saymaq olmaz.

İsveçrə - Türkiyə duelinin birinci pərdəsi çərşənbə günü Berndə “oynanıldı”. İki ölkənin çempionlarının duelində “Qalatasaray” hətta səfərdə də favorit sayılırdı. Amma “Cim-Bom” səfərə cəzalı Kaan Ayhanla zədəli Davinson Sançessiz yollanmışdı. Üstəlik baş məşqçi Okan Buruk da cəzalı idi. O ötən mövsüm “Sparta” ilə oyundan sonra yaşanan qalmaqala görə iki oyunluq cəza almışdı. İlk yarı “sarı-qırmızılar” üçün hər mənada uğursuz alındı. Komanda artıq 4-cü dəqiqədə əks-hücumdan qol buraxaraq fanatlarına böyük şok yaşatdı. İstanbul nəhəngi ilk yarını qolun şokundan ayılmağa və süni ot örtüyünə alışmağa sərf etdi. İlk qolda fərqlənən Monteyro fasilə ərəfəsində dublunu rəsmiləşdirdi. Bu azmış kimi, hər iki qolda inamsız təsir bağışlayan Muslera da fasiləyə saniyələr qalmış zədələndiyi üçün fasilədə əvəzləndi. Amma ədalət naminə “Yanq Boyz”un da əsas qapıçısının ilk yarıda zədələnərək əvəzləndiyini bildirək. Qonaqlarda cinah müdafiəçiləri zəif təsir bağışladılar. İlk dəfə start heyətində meydana çıxan Yelertin hələ komandaya uyğunlaşmadığı göründü. Kön isə sol cinahda buraxdığı boşluqlarla fanatlara saç-baş yoldurdu. Məhz Yelertin yerinə meydana çıxan Batşuayi topa ilk toxunuşdaca fərqi minimuma endirdi. Çox keçmədən belçikalı yenə səhnəyə çıxaraq sol ayağı ilə baxımlı qol vurdu. Amma “Qalatasaray” bərabərliyi qoruya bilmədi. Darian Maleşin zərbəsindən sonra top azacıq Əbdülkərimin əlinə toxundu. Özü də top ayaqdan gələrək ələ dəydi. VAR-ın məsləhəti ilə almaniyalı Daniel Zibert epizodu monitordan izlədikdən sonra “nöqtə”ni göstərdi. Üstəlik o, Əbdülkərimə ikinci sarı vərəqəni də göstərdi. Uqriniç fürsəti əldən verməyərək yekun nəticəni müəyyənləşdirdi. “Qalatasaray” səfərdən istənilən nəticə ilə dönə bilməsə də, evdə 1 topun əvəzini artıqlamasıyla çıxmaq mümkündü. Cavab oyunu avqustun 28-də keçiriləcək.

İsveçrə və Türkiyə təmsilçiləri arasında növbəti oyun Tyun şəhərindəki “Stokhorn Arena”da keçirildi. Süni ot örtüyünə malik olan bu stadiona təxminən 1 ay öncə ÇL çərçivəsində “Fənərbaxça” səfər etmişdisə, bu dəfə AL çərçivəsində “Beşiktaş” gəlmişdi. Buna qədər keçirdiyi hər 3 rəsmi oyundan qələbə ilə ayrılan Covanni van Bronkhorstun komandası seriyanı davam etdirməyə çox yaxın idi. İlk yarı Fernandeş və Bisliminin qarşılıqlı qolları ilə başa çatsa da, İstanbul nəhəngi 2-ci hissəyə əla başladı. Əvvəlcə Fernandeş dublunu rəsmiləşdirdisə, çox keçmədən Əl Musrati künc zərbəsindən sonra başla fərqlənərək fərqi artırdı. Amma “ağ-qaralar”ı dəstəkləməyə gələn çoxsaylı qürbətçi fanatlar bu qollara doyunca sevinməmiş işlər yenə tərsinə fırlandı. 3:1-dən cəmi 9 dəqiqə sonra hesab artıq bərabər idi! Əvvəlcə Şteffen topu uzaq küncə göndərdisə, çox keçmədən Paulista avtoqol müəllifi oldu. Düzdü, “Qalatasaray”dan fərqli “Beşiktaş” ən azı uduzmadı. Amma digər tərəfdən 2 topluq fərqin əldən verilməsi sonda komandaya baha başa gələ bilər. Özü də unutmayaq ki, “Luqano” ötən mövsüm İstanbulda “Beşiktaş”ı məğlub etmişdi...

Daha bir İsveçrə - Türkiyə dueli “Kibunpark”a təsadüf etdi. Burda KL çərçivəsində “Sankt Qallen” ilə “Trabzonspor” üzə-üzə gəldi. Qonaqların ilk, meydan sahiblərinin isə 2-ci yarıda üstün olduğu qarşılaşma qolsuz yekunlaşdı. “Sankt Qallen” 86-cı dəqiqədə Villem Jebbelin qolu ilə fanatlarını ayağa qaldırsa da, hakim epizodu monitordan izlədikdən sonra qayda pozuntusu qeydə aldı. “Trabzonspor”un qolsuz seriyası 385 dəqiqəyə yüksəldi. Sonuncu dəfə “Rujomberok”la cavab oyununda fərqlənən Abdulla Avcının komandası ardından keçirdiyi 4 rəsmi oyunun hamısında qələbəyə və qola həsrət qalıb (2 heç-heçə, 2 məğlubiyyət). Türkiyənin daha bir təsilçisi “İstanbul BŞ” isə səfərdə bizə gözəl tanış olan “Sent Patriks”lə qarşılaşdı. Düzdü, başakşəhərlilər də “Sabah” kimi Dublində qola həsrət qaldılar. Amma Çağdaş Atanın komandası ən azı uduzmadı və mərhələni adlamaq şansını çətinə salmadı. Onu da bildirək ki, “İstanbul BŞ” cavab matçını avqustun 28-də, “Beşiktaş”la “Trabzonspor” isə avqustun 29-da keçirəcək. Bu nəticələrdən sonra əmsallar cədvəlində 10-cu pillədə qərarlaşan Türkiyə (35,600) ilə 9-cu pillədəki Çexiya (36,850) arasındakı fərq bir qədər də artdı. Çünki Çexiya təmsilçiləri həftəni 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət ilə tamamladılar.

Çempionlar Liqası, pley-off, ilk oyun
Yanq Boyz (İsveçrə) – Qalatasaray 3:2

Monteyro, 4; 45+4. Uqriniç, 86-p. – Batşuayi, 66; 72.
Qalatasaray: Muslera (Günay Güvənc, 46), Yelert (Batşuayi, 66), Nelsson, Əbdülkərim Bardakcı, Kön, Torreyra, Sara, Barış Alpər Yılmaz (Dyubua, 79), Mertens (Ziyeş, 46), Kərəm Aktürkoğlu, İkardi (Berkan Kutlu, 87).

Avropa Liqası, pley-off, ilk oyun
Luqano (İsveçrə) – Beşiktaş 3:3

Bislimi, 34. Şteffen, 57. Paulista, 64-öz qapısına – Fernandeş, 21; 52. Əl Musrati, 55.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Əmirhan Topçu, Masuaku, Əl Musrati, Ndur (Onana, 58), Raşitsa (Muçi, 71), Fernandeş, Rafa Silva, İmmobile (Mustafa Həkimoğlu, 71).

Konfrans Liqası, pley-off, ilk oyun
Sankt Qallen (İsveçrə) – Trabzonspor 0:0

Trabzonspor: Uğurcan Çakır, Ozan Tufan, Saviç, Densvil, Barışiç, Okay Yokuşlu (Lundstram, 62), Mendi (Umut Günəş, 84), Visça, Bardi (Cihan Çanak, 73), Orşiç (Trezeqe, 63), Enis Destan (Draquş, 84).
Sent Patriks (İrlandiya) – İstanbul BŞ 0:0
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Həmzə Gürələr, Opoku, Ömər Əli Şahinər (Lima, 83), Berkay Özcan (Berat Özdəmir, 90+2), Onur Ərgün, Pelkas (Sərdar Gürlər, 84), Dəniz Türüc, Davidson (Fiqeyredo, 64), Pyontek (Keni, 90+2).

Faktlar
* “Qalatasaray” avrokuboklarda 317-ci oyunu keçirdi və 120-ci məğlubiyyətlə üzləşdi (113 qələbə, 84 heç-heçə, top fərqi – 429:475).
* “Qalatasaray” ÇL-in təsnifat mərhələsində keçirdiyi 33-cü oyunda 4-cü dəfə uduzdu (22 qələbə, 7 heç-heçə, top fərqi – 75:37).
* “Qalatasaray” avrokuboklarda keçirdiyi son 27 oyunda 6-ci dəfə uduzdu (12 qələbə, 9 heç-heçə).
* Batşuayi son 14 ildə avrokubok matçında sonradan meydana çıxaraq 2 qol vuran ilk “Qalatasaray”lı futbolçu oldu. Sonuncu dəfə bunu 2010-un avqustunda AL-in pley-offunda “Karpatı”ya qarşı ev oyununda (2:2) Milan Baroş bacarmışdı.
* Fernandeş “Beşiktaş”ın heyətində avrokuboklarda ilk qolunu vurdu. O, buna qədər Avropa arenasında son qolunu 2018-in noyabrında “Tottenhemin heyətində “Bavariya”ya qarşı ÇL matçında vurmuşdu.
* Fernandeş “Beşiktaş” tarixində səfərdəki avrokubok matçında dubl edən ikinci portuqaliyalı futbolçu oldu. Daha öncə bunu 2011-in dekabrında AL-də səfərdə Təl-Əviv “Makkabi”sinə qarşı oyunda Rikardo Kuareşma bacarmışdı.
* “Trabzonspor” avrokuboklarda 154-cü oyunundan 38-ci bərabərliklə ayrıldı (56 qələbə, 60 məğlubiyyət, top fərqi – 193:208).
* “İstanbul BŞ” avrokuboklarda 55-ci oyunundan 13-cü bərabərliklə ayrıldı (21 qələbə, 21 məğlubiyyət, top fərqi – 80:76).
* 2006-cı ilin sentyabrın 28-dən bəri ilk dəfə avrokuboklarda 3 Türkiyə təmsilçisi eyni gündə keçirdiyi oyunlardan bərabərliklə ayrıldı. Sözügedən tarixdə “Beşiktaş” səfərdə Sofiya ÇSKA-sı (2:2), “Trabzonspor” səfərdə “Osasuna” (0:0) və “Kayserispor” evdə “Alkmaar” (1:1) ilə bərabərə qalmışdı.

Oyundan sonra
Patrik Rahmen, “Yanq Boyz”un baş məşqçisi:

“Əvvəldən sona qədər yaxşı mübarizə apardıq və oyun planımıza sadiq qaldıq. 2 topluq üstünlüyü əldən verəndən sonra da özümüzəinamı itirmədik və qələbə qolunu vura bildik. Təbii ki, ilk oyunda daha çox qol vurmaq və daha böyük fərqlə qalib gəlmək əla olardı. Hər iki komandanın da yararlana bilmədiyi fürsətlər oldu. Hesab 2:0 olarkən bizim bir topumuz dirəkdən döndü. Həmin an 3:0 önə keçsəydik, bəlkə də nəticə başqa cür olardı. “Qalatasaray”ın da səviyyəli oyunçuları var və geri dönə bildilər. İstanbulda bizi tam fərqli bir atmosfer gözləyəcək. Rəqib azarkeşlər bugünkündən daha gurultulu səslər çıxaracaq. Çətin olacağını bilirik. Amma üstünlüyümüzdən faydalanmağa çalışacağıq. Qol vura bilsək, çətin atmosferi lehimizə çevirəcəyik”.

Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Oyuna çox uğursuz başladıq. Müdafiədən hücuma çıxarkən topu itirdik və erkən qol buraxdıq. Həmin an sol müdafiəçimiz hücuma dəstək verməyə çalışdığından geri dönə bilmədi. İlk yarıda bərabərlik qolunu vura bilərdik. Amma fasiləyə 0:2 ilə yollandıq. İkinci hissəni üstün keçirdik. Bu da cavab oyunu ərəfəsində bizi ümid verir. Səviyyəmizə uyğun futbol sərgiləməyə başlayan kimi qol fürsətlərimiz yarandı. İkinci oyunda müdafiədə daha diqqətli olmalıyıq. Tribunadan oyunu izlədim və hakimliyi bəyənmədim. Oyunu tez-tez dayandırırdı. 1 sarı vərəqəni yazması 1 dəqiqə çəkirdi. Bu səviyyədəki oyunlarda adam daha yaxşı hakimlik gözləyir. İsveçrənin alman kantonundakı oyuna almaniyalı hakim təyin etmişdilər. Pis niyyət axtarmaq istəmirəm. Amma məsələn, Türkiyə təmsilçisinin oyununa azərbaycanlı hakim göndərirlərmi? Hakim bura öz maşını ilə gəlmişdi. Ümid edirəm ki, cavab oyununa azərbaycanlı hakim təyin edərlər və durum bərabərləşər. Penalti epizodunu anlamadım. Oyunçu sürüşərək topun qabağını kəsərkən əl avtomatik açılır. Top Əbdülkərimin ayağından gələrək əlinə dəydi. Onu heç nədə günahlandıra bilmərəm. Penalti ilə yanaşı, qırmızı vərəqə də alması çox ağır qərar oldu. Bu epizod belə sərt şəkildə dəyərləndirilirsə, bundan sonra gərək robot kimi oyunçuların qollarını bağlayaq. İsveçrə klublarına qarşı tarixən yaxşı oynayırıq və cavab matçında bunu göstərəcəyik”.

Mattia Kroçi-Torti, “Luqano”nun baş məşqçisi:
“Meydana qələbə üçün çıxmışdıq. Rəqibin səviyyəli futbolçuları var. Şanssız qollar buraxdıq. Amma xarakter nümayiş etdirərək geri dönməyi bacardıq. Avropada hər matçda təcrübə qazanırıq və çəkinmədən oynayırıq. “Fənərbaxça”ya qarşı da belə olmuşdu. Bu nəticədən sonra “Beşiktaş” İstanbulda mütləq qalib gəlməlidi. Bu da onların üzərində təzyiq yaradacaq. İlk oyunda uduzmamağımız çox yaxşı oldu. Standart zərbədən qol buraxmağımız xoşuma gəlmədi. Çünki çempionatda da tez-tez belə vəziyyətlərdə qollar buraxırıq. Belə epizodlara daha yaxşı köklənməliyik. “Beşiktaş” “Fənərbaxça” ilə müqayisədə daha sürətli oynayır. Topu ələ keçirən kimi hücuma atılırlar. “Fənərbaxça” daha yavaş oynayır və mövqe hücumu qurmağa üstünlük verir. Bəzən isə topu ələ keçirən kimi irəliyə - Cekoya atırlar”.

Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:
“Oyuna yaxşı başlayaraq istədiyimiz qolu vurduq. Həmin qoldan sonra oyunun axarı dəyişdi. İkinci hissədə ot örtüyü quruyandan sonra sadə epizodlarda top itirməyə başladıq. İntriqanı öldürə biləcəyimiz anlar var idi. Amma əvəzində əks-hücumlardan qollar buraxdıq. Daha yaxşı müdafiə oluna bilərdik. 3:1-dən sonra rəqibə geri dönməyə imkan verməyimiz heç yaxşı olmadı. Faktiki onlara 2 qol hədiyyə etdik. Amma ümumi götürəndə səfərdən bərabərliklə qayıtmaq pis nəticə deyil. Evdəki oyunumuz tam fərqli olacaq. Daha böyük azarkeş dəstəyinə malik olacağıq. Həm də artıq rəqibimizi daha yaxşı tanıyırıq”.

Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:
“İlk yarıda 6-7 qol fürsətimiz oldu. Orşiç birillik fasilədən sonra ilk dəfə start heyətində oynadı və yetərincə yaxşı təsir bağışladı. İkinci hissədə üstünlüyü əldən verdik. 70-ci dəqiqədən sonra oyunumuz gerilədi. Amma ilk 70 dəqiqədəki futboldan razı qaldım. Cavab oyununda fanatlarımızın dəstəyinə ehtiyacımız olacaq. Düzdü, yenə meydanı qolsuz tərk etdik. Amma dediyim kimi şanslarımız az olmadı. Son zərbələrdə problem yaşayırıq. Transfer dönəminin sonuna qədər bir hcüumçu və bir “10 nömrə” alacağıq. Bu gün komanda şəklində yaxşı müdafiə olunduq və bu oyunumuzu davam etdirməliyik. Futbol asan oyun deyil, hətta “pleysteyşn”də də istədiyin oyunu sərgiləyə bilmək üçün zamana ehtiyac olur. Bir daha deyirəm ki, yaxşı komandamız var. Fanatlardan zaman istəmirəm, dəstək istəyirəm. Meydanın içində qalaq və enerjimizi başqa şeylərə sərf etməyək”.

Çağdaş Atan, “İstanbul BŞ”nin baş məşqçisi:
“Oyuna yaxşı başlaya bilməsək də, tədricən üstünlüyü ələ keçirdik. Rəqib sıx müdafiə olunurdu. Belə müdafiəni yarmaq asan olmur. Səbirli oynamaq məcburiyyətində qaldıq. İkinci hissədə hücum xəttimiz canlansa da, qapıya zərbələrimizin sayı az oldu. Qapımız önündə ciddi təhlükə yaşanmadı. Onlar əsasən uzaqdan zərbələrə üstünlük verdilər ki, bunlardan da biri dirəkdən döndü. 0:0 pis nəticə deyil. Rəqibi yaxşı təhlil edib öz meydanımızdakı oyuna güclü hazırlaşacağıq. Çox güman, “Sent Patriks” cavab matçına da belə müdafiəyəmeyilli taktika ilə çıxacaq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

20-08-2024, 19:0

''Qalatasaray'' İsveçrəyə 2 itki ilə yollandı

Dünya futbolu

22-01-2023, 10:0

Okan Buruk indidən adını ''Qalatasaray'' tarixinə yazdırdı

Dünya futbolu

17-08-2024, 13:0

''Qalatasaray'' Okan Burukun yubiley oyununda qalib gəldi

Reportaj

27-07-2023, 17:0

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Dünya futbolu

15-02-2024, 17:0

“Qalatasaray”ın oyununa türklər üçün uğursuz hakim

Dünya futbolu

22-08-2024, 16:0

Okan Buruk: ''Cavab oyununa azərbaycanlı hakim göndərsinlər''

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Bu gün, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Bu gün, 20:10
    "Zirə" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə