Xatırladaq ki, “Formula-1” bu ilin yanvarında “Andretti-Kadillak” komandasının çempionata qatılmaqla bağlı ərizəsini rədd edib. Baxmayaraq ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) bu ərizənin önündə “yaşıl işıq yandırmışdı”. Həmin vaxt “Liberty Media” şirkətinin cavabı belə olmuşdu ki, yeni komandanın rəqabətədavamlı olacağına inanmırlar. “Liberty Media” şirkətinin rəhbəri Qreq Maffeya ABŞ Ədliyyə Nazirliyinin təhqiqata başlaması ilə bağlı suala belə cavab verib:
“Təhqiqatla tam həcmdə əməkdaşlıq etməyə, bununla bağlı istənilən sorğunu cavablamağa, informasiya verməyə hazırıq. “Andretti”yə münasibətdə verdiyimiz qərar Amerikanın bütün antiinhisar qanunlarına uyğundu, əvvəlki açıqlamalarımızda bu qərarı ətraflı əsaslandırmışıq. FIA ilə yanaşı, “Formula-1”dən də təsdiq cavabının alınmasını tələb edən genişlənmə metodologiyası var. Sözsüz, ərizə ilə müraciət edən yeni iştirakçılarla ünsiyyətə hazırıq. Bütün şərtlər yerinə yetiriləndən sonra onlar bizdən təsdiq cavabı ala bilər”.





