''Fənər''in prezidenti Əli Koç meydanın kənarı ilə hərəkət edərkən Fatih Özkan adlı stadionun işçisi onu arxadan itələyərək yerə yıxmışdı. Bəzi mənbələr Əli Koçun şikayətindən sonra həbs edilərək ifadəsi alınan Fatih Özkanın sərbəst buraxıldığını iddia edirsə, digər mənbələr ona ev həbsi cəzasının verildiyini iddia edir. Bu arada Fatih Özkan yazılı açıqlama verərək hər iki camiədən və Əli Koçdan üzr istəyib:
''Avqustun 17-də futbolumuzun iki önəmli klubu arasında oynanılan matçda yaşanan olayın bir parçası olduğum üçün üzgünəm. Bu hadisənin futbol ictimaiyyətinin diqqətini daha çox cəlb etməməsi, eləcə də fanatlar arasında gərginliyin azalması üçün üzvü olduğum ''Göztəpə''dən, klubun fəxri prezidenti Mehmet Sepildən, ''Fənərbaxça'' camiəsindən və prezident Əli Koçdan üzr istəyirəm''.
ƏLİ





