• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Düşünürəm ki, Rəşad Sadıqovdan az şey öyrənməmişəm və öyrənməyə davam edirəm”

Aktual / Müsahibə

20-08-2024, 12:0

“Zirə” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Osiyek”i məğlub etməklə tarixində ilk dəfə pley-offa vəsiqə qazandı.

Gərgin mübarizənin ardından kapitan Qismət Alıyev "football-plus.az"a müsahibə verib.

- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək istərdim. Oyun ərzində hansı çətinliklərlə qarşılaşdın?
- Bizi çətin cavab oyunnunu gözlədiyini bilirdik. Oyuna yaxşı başlamışdıq. Sadəcə, belə oyunlarda cüzi diqqətsizlik etsən, qapında qol görürsən. Biz isə sonradan toparlanıb öz oyunumuzu oynaya bildik. Nəticədə qələbə qazandıq, mərhələni keçən tərəf olduq.

- “Osiyek”i penaltilər seriyasında məğlub etdiz. Ancaq “Şerif”ə məhz bu şəkildə məğlub olub, Avropa Liqasında mübarizəni dayandırmışdız. Bu iki seriyanı necə müqayisə edərdin?
- Onda bir penaltini vura bilmədik. Tyaqo əlindən gələni etsə də, həmin oyunda penalti çıxara bilməmişdi. Bu oyunda isə 3 penaltini vura bilməsək də, Tyaqo möhtəşəm idi. Bu qələbədə qapıçımızın böyük payı var.

- Bir kapitan olaraq, ümumi çıxışınız və qaçırdığın(ız) penaltilər barədə nə deyə bilərsən?
- Penalti seriyası elədi ki, qapıçılar da oyunçuları təhlil edir. Oyun ərzində fərqlənə bilsəm də, penaltini vura bilmədim. Komanda yoldaşlarım fərqləndi. Qapıçımız da sağ olsun, böyük kömək etdi. Komanda üçün hər şeyin ən yaxşısını etməyə çalışıram ki, mənim də köməyim dəysin.

- “Osiyek”in büdcəsi, Xorvatiya çempionatının səviyyəsi daha üstündü. Belə oyunlarda şans, yoxsa güc əsas amildi? Xorvatiyadakı ilk oyundan sonra hansı qənaətə gəlmişdin?
- Fikrimcə, büdcə kluba böyük işlər görmək üçün yaxşı imkan yaradır. Amma elə klublar da var ki, büdcəsi az olsa da, böyük işlər görür. Məsələn, “Qarabağ”ın illərdi büdcəsi özündən 5-6 qat artıq olan komandalara qarşı necə oynadığını görürük. İşə məsuliyyətlə, həvəslə yanaşanda aşağı büdcə ilə də yaxşı işlər görmək mümkündü.

- Rəşad Sadıqov ölkənin güclü kapitanlarından olub. Bir kapitan kimi onu özünə kumir görürsənmi? Ümumiyyətlə, ondan öyrəndiklərin və öyənmək istədiklərin nədi?
- Rəşad müəllimlə U-21 millimizdə fəaliyyət göstərdiyi vaxtdan - 6-7 ildi birgə çalışırıq. Böyük futbolçu olub, həm yığmada, həm də “Qarabağ”da uğurlar qazanıb. Həqiqətən də ibrət götürüləcək, işinə məsuliyyətlə yanaşan insandı. Biz futbolçu kimi nəyisə düzgün etməyəndə həmişə doğru yol göstərir. O yolu özü də keçdiyi üçün faydalı məsləhətlər verir. Düşünürəm ki, Rəşad Sadıqovdan az şey öyrənməmişəm və öyrənməyə davam edirəm.

- Ümumiyyətlə, Sadıqov tələbkar məşqçidi, bəzən də emosianal olur. Elə məqamlar olurmu ki, baş məşqçinin sizdən istədiklərini, öhdəlikləri sən komanda yoldaşlarına izah edəsən?
- Rəşad müəllim işinə məsuliyyətlə yanaşan, tələbkar məşqçidi. Bəzi məqamlarda emosional davranması normaldı. O da ən yaxşısını etməyə çalışır ki, komanda böyük uğurlara doğru irəliləsin.

- Ddoğrudanmı hazırki “Zirə” “Qarabağ”dan sonra ölkənin ən güclüsüdü? Yaxın gələcəkdə “köhlən atlar”ın uğurunu təkrarlaya bilərsizmi?
- Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq. “Qarabağ” illərdi ölkəmizi layiqincə təmsil edir. Bu isə həm “Zirə”, həm də başqa komandalar üçün əsl nümunədi. Biz də istəyirik ki, inkişaf edək, Azərbaycanı layiqincə təmsil edək. Bunun üçün əlimizdən gələni edirik.

- Həm çempionatda, həm də Avropada mübarizə aparmaq işinizi çətinləşdirirmi? Nəzərə alsaq ki, “Sabah” və “Sumqayıt” mübarizəni dayandırıb, qalan komandalar da istəklidi...
- Düzdü, iki cəbhədə mübarizə aparmaq bir qədər çətinlik yaradır. Gözlənilməz zədələr olur. Məşqçilərimiz hər şeyi yaxşı bilir. Lazım olanda hansısa çempionat oyunumuzu təxirə sala bilərlər.

- Komandaya yeni gələnlər tam uyğunlaşıbmı? Xüsusən də Volkov...
- Gələn futbolçular komandamıza tez uyğunlaşa bildi. Yeni gələnlərə həm məşqçilər, həm də futbolçular tərəfindən isti münasibət göstərilir. Kollektivimizdə mehribanlıq önəmli amildi. Uşaqlar da işə məsuliyyətlə yanaşmağı sevir. David Volkov bizim üçün yad adam deyildi. Üç il əvvəl də “Zirə”də olub, tanıyır. Uyğunlaşmada problem yaşamadı.

- Pley-offda “Omoniya”ilə qarşılaşacaqsız. Rəqib 2021-də “Qarabağ”la qarşılaşıb. Həmin oyunları izləmişdinmi? Ümumiyyətlə, rəqib barədə hansı fikirdəsən?
- Bəli, “Qarabağ”la qarşılaşmalarını izləmişdim. Doğrudan da, “Omoniya” çox yaxşı komandadı, heyətində səviyyəli futbolçular var. Bu gündən etibarən rəqibi daha yaxından təhlil edib, tanıyacağıq.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Müsahibə

16-08-2024, 12:0

⁠"Heç kimdən çəkinmirik" - Tiaqo Silva

Ölkə futbolu

16-08-2024, 13:0

AFFA prezidenti "Zirə"ni təbrik etdi

Aktual / Ölkə futbolu

19-08-2024, 16:0

Azərbaycanlı futbolçular niyə penalti vura bilmir? - Ponomaryovdan məsləhət

Konfrans Liqası

9-08-2024, 10:0

"Cavab matçında bundan daha istəkli, daha güclü "Osiyek" gözləyirəm"

İdman

18-06-2024, 22:0

“Boston” çempionluğun astanasındadı - Əvvəlki 156 halda 0:3 uduzan komanda geridönüş edə bilməyib

Aktual / Konfrans Liqası

14-08-2024, 11:0

“İlk görüşdə etdiyimiz səhvləri aradan qaldırmağa çalışırıq” - “Zirə”nin kapitanı

Aktual
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
Son xəbərlər
  • Bu gün, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Bu gün, 22:59
    Son çempiondan unikal göstərici
  • Bu gün, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Bu gün, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Bu gün, 20:56
    MS yeni qapıçı aldı
  • Bu gün, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Bu gün, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Bu gün, 18:52
    "Şəfa"dan yeni transfer
  • Bu gün, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Bu gün, 18:00
    Yenidən Fransada işləyəcək
  • Bu gün, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 16:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Bu gün, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Bu gün, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Bu gün, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Bu gün, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Bu gün, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Bu gün, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Bu gün, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Bu gün, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Bu gün, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Bu gün, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Bu gün, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 10:00
    Mbappe rekordlardan doymur
  • Bu gün, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 175
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 139
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə