"Araz-Naxçıvan" Misli premyer-liqasının 3-cü turunda Konfrans Liqasının pley-offuna vəsiqə qazanan "Zirə"ylə qarşılaşmalıydı. Lakin matç "qartallar"ın müraciəti, "qırmızı-ağlar"ın razılığı ilə təxirə salındı.
Bilindiyi kimi, "Şamaxı"nın da Çempionlar Liqasının pley-offunda iştirak edəcək "Qarabağ"la oyunu baş tutmadı. Belədə "şirlər" "Zaqatala" ilə yoxlama oyunu keçirdi - 5:0.
Bəs Muxtar Respublika təmsilçisinin boş vaxtı dəyərləndirmək planı nədən ibarətdi? Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun "Football-plus.az"a cavabı: