Dortmund "Borussiya"sının hücumçusu Paris Brunner "Monako"ya keçib.
Liqa 1 təmsilçisinin mətbuat xidməti xəbər verir ki, 18 yaşlı forvard 2024/2025 mövsümünü icarə əsasında "Serkl Brügge"də keçirəcək.
Xatırladaq ki, Brunner 2020-ci ildə "Borussiya"ya keçib. O, ötən mövsüm Dortmund klubunun U-19 komandasının heyətində meydana çıxdığı 22 matçda 20 qol vurub.