“Borussiya” MS-dən futbolçu aldı

2.08.2024 14:33 334
Dünya futbolu
“Borussiya” Yan Koutonu heyətinə cəlb edib.

Dortmund klubunun “Mançester Siti”nin oyunçusuna görə 25 milyon avro ödəyəcəyi xəbər verilir. Qeyd edək ki, Kouto son mövsümü icarə əsasında “Jirona”da keçirib. 22 yaşlı braziliyalı “Borussiya”dan “Aston Villa”ya satılan İan Maatsenin yerini tutacaq.

Koutonun son mövsümdə İspaniya çempionatında meydana çıxdığı 34 oyunda 1 qol vurduğunu xatırladaq.