“Sona qədər 11 nəfərlə oynasaydıq, onları keçəcəkdik” - MÜSAHİBƏ

18.08.2024 13:56 336
Aktual / Müsahibə
“Sabah” “Sent Patriks” səddini keçə bilmədi. Baxmayaraq ki, “Makkabi”ni adlayan “bayquşlar” bu cütdə favorit sayılırdı.

Oyundan sonra komandanın hücumçusu Coy-Lens Mikelslə danışdıq.

- “Sabah”ın “Sent Patriks”ə uduzmasına nə səbəb oldu?
- Oyunun taleyini qırmızı vərəqə həll etdi.

- Rəqib daha ciddi mübarizə apardı, yoxsa hakimin qərarı planları pozdu?
- Rəqib güclü deyildi. Sona qədər 11 nəfərlə oynasaydıq, onları keçəcəkdik. Oyunların ikisini üst-üstə gəlsək, tam bir oyunu 10 nəfərlə keçirmişik.

- Bəs azlıqda qalana qədər çıxışınızdan razı idin?
- Bəli. 

- Yəqin ki, bundan sonra diqqətinizi çempionata yönəldəcəksiz. Premyer-liqada hədəfləriniz nədi?
- Yenidən avrokuboklara vəsiqə qazanmaq, Avropada oynamaq istəyirik.

 - Çempionata və komandaya tam uyğunlaşmısanmı?
- Demək olar ki, bəli. Amma bir az çətinliklərim var. Hücumda oyun keyfiyyətlərimizi artırmalıyıq.

RÖYANƏ OĞUZ