• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rekordlarla zəngin mövsümdə “Qalatasaray” sevindi - TƏHLİL

Dünya futbolu

13-08-2024, 16:0

Türkiyə çempionatında sözün əsl mənasında tarixi mövsümü geridə qoyduq.

Rekordlarla zəngin olan və iki komandanın aşkar dominantlığı şəraitində keçən mövsümü “Fənərbaxça”lılar heç də xoş hisslərlə xatırlamayacaq. Ötən yay kimsə “Fənərbaxça”nın mövsüm ərzində cəmi 1 dəfə uduzacağını, 99 qol vuracağını və 99 xal toplayacağını, amma bütün bu göstəricilərə rəğmən, çempion olmayacağını söyləsəydi, buna heç kim inanmazdı. Amma komanda üçün acı reallıq məhz belə oldu.

Derbidə şok və bir həftə sonra çempionluq
38 oyunun yalnız 5-də xal itirmək həqiqətən də fenomenal göstəricidi. “Qalatasaray” sabit oyunu ilə bu göstrəriciyə nail oldu və titulunu qorumağı bacardı. Zarafat deyil, komanda 3-cü pillədəki “Trabzonspor”u 35 xal (!) qabaqladı. Mövsümə Kayseridəki qolsuz bərabərliklə başlayan “Cim-Bom” sonrakı 10 turda xal itirmədi və bu seriya Hataydakı sürpriz məğlubiyyətlə qırıldı. Okan Burukun komandası 2022/23-dən fərqli bu dəfə “Fənər”lə prinsipial derbilərdə inamsız təsir bağışladı (səfərdə 0:0, evdə 0:1). Dekabrın sonunda, yanvarın əvvəllərində “Aslan” Kadıköydə və Sivasda büdrəyərək 3 turun ikisində xal itirdi. Məhz bundan sonra komanda sanki “turbo rejimi” qoşaraq rəqiblərini bir-bir pərişan etməyə başladı. Nəticədə “Qalatasaray” ardıcıl 17 (!) qələbəlik rekord seriya yaxaladı. Bura Trabzonda və “Beşiktaş”la səfərdə əldə olunan qələbələr də daxildi. Bəzi qarşılaşmalarda komanda xal itirməyə çox yaxın idi. Məsələn, “Kasımpaşa” ilə səfər oyununda (4:3) “sarı-qırmızılar” 82-ci dəqiqəyə hesabda geridə, “Fatih Karagümrük”lə səfər oyununda (3:2) 90-cı dəqiqəyə bərabərliklə daxil olmuşdu. Amma hər dəfə İstanbul nəhəngi xarakter nümayiş etdirərək vəziyyəti öz xeyrinə dəyişə bildi. Mövsümün kuliminasiya nöqtəsi sondan əvvəlki, yəni 37-ci tura təsadüf etməliydi. “Qalatasaray”a çempionluğu rəsmiləşdirmək üçün evdə “Fənər”lə oyundan 1 xal götürmək kifayət edirdi. Hər kəs oyundan sonra stadionun qələbəliyə çevriləcəyini, fanatların küçələrə axışacağını gözlədiyi halda, “Fənər” uzun müddət azlıqda oynamasına baxmayaraq, rəqibinə şok yaşatdı. Amma bu şok cəmi bir həftə çəkdi. Son turda “Cim-Bom” Konya səfərində inamlı qələbə qazanaraq ardıcıl 2-ci, tarixinin 24-cü çempionluğunu qazandı. Düzdü, Zaha və Ziyeş kimi yeni transferlər ümidləri tam doğrultmadı. Amma əvəzində İkardi, Mertens səviyyəsini qoruyaraq çempionluqda mühüm rol oynadı. Universal Barış Alpər Yılmaz, eləcə də müdafiədə Nelsson – Bardakçı tandemi yeni səviyyəyə yüksəldi. Digər turnirlərdə “Qalatasaray” ümidləri doğrultmadı. Komandanın qarşısını ÇL-də “Kopenhagen”, AL-də “Sparta”, ölkə kubokunda isə iddiasız “Fatih Karagümrük” kəsdi.

Evdə itirilən xallar “Fənər”ə baha başa gəldi
“Fənərbaxça” ötən yay transferlərə 59 milyon avro xərcləməklə tək klub yox, bütövlükdə Türkiyə rekordunu yenilədi. Təbii ki, bu boyda xərc 20-ci çempionluğun və 4-cü ulduzun qazanılmasına hesablanmışdı. Amma əvəzində komanda belə desək, çempionsuzluğun 10-ci ildönümünü qeyd etdi! Çünki sonuncu çempionluq 2013/14-də qazanılıb. Əslində adamın nə İsmayıl Kartalı, nə rəhbərliyi, nə də oyunçuları qınamağa dili gəlir. Çünki bütün mövsümə nəzər salsaq, hər kəs üzərində düşəni etdi. Komanda hətta mövsümə rəsmi matçlarda ardıcıl 19 oyunluq qələbə seriyası ilə başladı. Amma əzəli rəqiblə müqayisədə “Fənər”in yeganə çatışmazlığı oldu. Məhz bu məqam komandaya çempionluq bahasına başa gəldi. Söhbət evdə itirilən xallardan gedir. “Qalatasaray” mövsüm ərzində evdə yalnız 1 oyunda - “Fənər”lə derbidə büdrədi. Amma “Fənər” evdə “Qalatasaray”dan (0:0) başqa “Trabzonspor”u (2:3), “Alanyaspor”u (2:2) və hətta debütant “Samsunspor”u (1:1) da məğlub edə bilmədi. Halbuki “sarı-lacivərdlilər” sonda Trabzon təmsilçisini 32 xal üstələdi. “Samsunspor” isə mövsüm ərzində səfərdə ən az (8) xal toplayan komanda oldu. 99 xal əvvəlki 65 mövsümün hər birində çempionluq üçün kifayət edərdi! Çünki buna qədər xal rekordu 93-ə bərabər idi. Amma bu dəfə etmədi. Ölkə kubokunda “sarı-lacivərdlilər” gözlənilmədən “Ankaragücü”nə boyun əydilər. Digər turnirləri bəlkə də qazanmaq olardı. Superkubokda rəhbərliyin qəribə və ağlasığmaz qərarı ilə komanda “Qalatasaray”a qarşı gənc oyunçularla meydana çıxdı, üstəlik 2 dəqiqə sonra meydandan çəkildi. Bu addım guya KL-in 1/4 finalında “Olimpiakos”la oyuna daha yaxşı hazırlaşmaq üçün atılmışdı. Amma nəticədə Yunanıstan nəhəngi ilə duel də penalti seriyasındakı dramatik məğlubiyyətlə yekunlaşdı. Yəni komanda Əli aşından da oldu, Vəli aşından da!

“Beşiktaş” üçün uğursuz, amma kuboklarla zəngin olan il
Digər komandalar o qədər geri qaldılar və mövsümü o qədər qeyri-sabit keçirdilər ki, onların performansı barədə geniş danışmağa ehtiyac yoxdu. “Beşiktaş” mövsümün gedişində 5 fərqli məşqçinin başçılığı altında oynayaraq və 4 derbinin hamısında uduzaraq sonda 6-cı pillə ilə kifayətlənməli oldu. Amma “Qartal” ölkə kubokunu qazanmaqla özü üçün “mövsümü xilas etdi”. Komandanın bir neçə gün öncə superkuboku da qazandığını nəzərə alsaq, 2024-ü bərbad saymaq olmaz. Hər halda, fanatlar bu ili heç də pis hisslərlə xatırlamayacaqlar. “Trabzonspor” da çox qarışıq və qeyri-sabit mövsüm keçirdi. Nenad Byelitsa ilə yollar artıq oktyabrda ayrıldı və 2022-dəki çempionluğun baş memarı Abdulla Avcı yenidən Trabzona qayıtdı. Komanda yekunda bürünc medalları qazandı. Amma fanatlara titul bəxş etmək mümkün olmadı. Çünki kubokun finalında “Beşiktaş”a qarşı dramatik matçda məğlubiyyət qeydə alındı. Digər komandalardan “İstanbul BŞ”nin mövsümün gedişində mükəmməl yüksəlişini qeyd etmək olar. 4-cü turu son pillədə başa vuran komanda mövsümü 4-cü pillədə tamamlayaraq avrokuboklara vəsiqə əldə etdi. “Kasımpaşa” 5-ci yeri tutmaqla tarixinin ən yaxşı mövsümünü keçirdi.

Fiaskoya uğrayan klubların başında isə “Ankaragücü” ilə “Fatih Karagümrük” gəlir. Paytaxt təmsilçisi Əmrə Belözoğlunu baş məşqçi vəzifəsinə gətirərkən bəlkə də tam fərqli nəticələr gözləyirdi. Amma komanda sürpriz şəkildə elita ilə vidalaşdı. Ankaralıların yeganə uğuru “Fənərbaxça”nı kubokda mübarizədən kənarlaşdırmaq oldu. Eyni sözləri “Fatih Karagümrük” haqda da demək olar. Martda təcrübəli Tolunay Kafkasla anlaşan İstanbul təmsilçisi eyni aqibətlə üzləşdi. “Karagümrük” yalnız kubokun 1/4 finalında “Qalatasaray”ı mübarizədən kənarlaşdırması ilə öyünə bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-11-2023, 15:0

''Qalatasaray''ın seriyaları qırıldı

Dünya futbolu

19-05-2024, 14:0

Tarixi derbidə kim sevinəcək?

Dünya futbolu / Manşet

12-08-2024, 20:0

Türkiyə çempionatında əsas göstəricilərdə lider kimdi?

Dünya futbolu / Manşet

12-07-2024, 20:0

Türkiyə çempionatında yeni mövsümün təqvimi bəlli oldu

Dünya futbolu / Manşet

11-08-2024, 12:0

''Qalatasaray'' sabiq ''Fənər''linin qolu ilə qələbə qazandı

Aktual
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Son xəbərlər
  • Bu gün, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü
  • Bu gün, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Bu gün, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Bu gün, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Bu gün, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Bu gün, 15:50
    Londondan Liverpula yollandı
  • Bu gün, 15:20
    Haunun xələfi o oldu
  • Bu gün, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Bu gün, 13:58
    MS-yə yenə gərək olmadı
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
Daha çox
Oxunub: 333
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 123
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə