"Qarabağ"ın "Ludoqorets"ə məğlubiyyətinin "səbəbkarı” odu?

10.08.2024 21:52 850
Aktual / Çempionlar Liqası
Belə çıxır ki, "Qarabağ"ın "Ludoqorets"ə məğlubiyyətinin "səbəbkarı” Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Aulddu.

Səfər oyundan əvvəl sosial şəbəkə hesabında belə yazmışdı: “Atalar üçdən deyib. “Tofiq Bəhramov” stadionunda izlədiyim üçüncü oyunda, nəhayət, “Qarabağ”ın qalibiyyətini görəcəyimə ümid edirəm”.

Təəssüf ki, belə olmadı – “Qarabağ” səfirin izlədiyi 3-cü oyunda da uduzdu...