Millimizin müdafiəçisi Rahil Məmmədovun yeni klubu bəlli olub.
28 yaşlı futbolçu Polşanın yüksək liqa təmsilçisi "Radomyak"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rahillə 2 illik müqavilə imzalanıb.
"Radomyak" ötən mövsüm Polşa liqasını 15-ci yerdə (18 komanda arasında) başa vurub.
Qeyd edək ki. Rahil bundan əvvəl də Polşada çıxış edirdi. Bu ilin yanvarında "LKS Lodz"a keçən müdafiəçi komandanın aşağı liqaya düşməsindən sonra klubdan ayrılıb.
Rahil Məmmədovun yeni klubu
Dünya futbolu






